İmamoğluya qarşı ittihamlar açıqlandı: Mütəşəkkil dəstə yaradaraq elə işlər görüb ki...
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun da saxlanıldığı iki istintaqın təfərrüatını paylaşıb.
Turkustan.az xəbər verir ki, İstintaqı Baş Prokurorluğun Mütəşəkkil Cinayətkarlığa Qarşı İstintaq Bürosu aparıb.
Açıqlamaya əsasən, İmamoğlu iş adamlarını pul verməyə məcbur etməkdə, çirkli pulları yumaqda, pulların köçürülməsi və yığılmasında “gizli seyflər” adlandırılan mülki şəxslərdən istifadə etməkdə, şəxsi məlumatların qanunsuz əldə edilməsində, rüşvətxorluq, qəsb, qanunsuz satınalmalar kimi cinayətlərlə ittiham olunur.
Həmçinin bildirilib ki, İmamoğlu İBB sədri olduqdan sonra Beylikdüzü Bələdiyyə Başçısı olduğu müddətdən bəri yanında olan şəxsləri İBB tabeliyinə təyin edib. Şübhəlilər bir çox cinayət təşkilatı və cinayət işlərinin idarə edilməsini təmin etmək üçün öz alt strukturlarını yaradıblar.
Onların peşəkar iş yolu ilə mütəşəkkil qaydada tenderlərin saxtalaşdırılması, ixtisaslı saxtakarlıq, hədə-qorxu ilə tələb etmə hərəkətləri törətdikləri müəyyən edilib./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 19 Mart 2025 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















