İmamolunun Suriyaya səfərini ləğv ediblər İBB sədri razılıqdan 6 sonra qərarın dəyişməsinə üsyan elədi
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) və Türkiyə Bələdiyyələr Birliyinin (TBB) sədri Əkrəm İmamoğlunu Dəməşqə buraxmayıblar.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.
Əkrəm İmamoğlu Dəməşq Valiliyinin Türkiyə Bələdiyyələr Birliyinin (TBB) Suriyaya səfərini ləğv etdiyini bəyan edib: "Dəməşqə səfər mənim şxsi niyyətim olmayıb. Bu, şəxsi səfər deyil, yəni. Mən bildirmişdim ki, TBB və İBB adına nümayəndə heyətləri Şama gedəcək. Xarici İşlər Nazirliyi ilə də əlaqə saxlayıb, razılaşdırmışdıq. Məqsəd güclü, demokratik və dünyəvi Suriya dövlətinin qurulmasına necə töhfə verə biləcəyimizi müzakirə etmək idi. Bazar günü saat 14:00-a razılıq verildi. Ancaq 6 sonra Dəməşq valisi TBB heyətinin səfərini prezident Ərdoğanın səfərindən sonra baş tutacağını xəbər verərək, səfəri ləğv etdiyi haqda bilgi verib. Mən bu ləğvi qəbul etmirəm, bu çox yanlış mövqedir. Soruşuram: 6 saatdan sonra təsdiqlənmiş görüşü ləğv etmək üçün kim ortaya girib, kim bu prosesə müdaxilə edib?
Türkiyə Cümhuriyyəti böyük dövlətdir. Bu dövləti bir şəxs müəyyən edə bilməz. Bu, tək bir insandan çox daha böyük bir quruluşdur. Onlar bunu yaxşı başa düşməlidirlər”.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 10 Yanvar 2025 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















