Icma.az
close
up
RU
IMF in İcraiyyə Şurası Azərbaycanın iqtisadi siyasətini müzakirə edib

IMF in İcraiyyə Şurası Azərbaycanın iqtisadi siyasətini müzakirə edib

Icma.az, Sia Az saytına istinadən bildirir.

Beynəlxalq Valyuta Fondunun (IMF) İcraiyyə Şurası martın 21-də fondun Nizamnaməsinin IV maddəsi çərçivəsində Azərbaycanda keçirilmiş illik məsləhətləşmələrin nəticələrini müzakirə edib. Bu barədə SİA-ya IMF-ə istinadən xəbər verir. Fondun Azərbaycan, Yaxın Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordon 2025-ci il yanvarın 22-dən fevralın 5-dək Bakıda səfərdə olub. Bu müddətdə o, hökumət və Mərkəzi Bank nümayəndələri ilə görüşlər keçirib.

IV maddəyə əsasən, IMF beynəlxalq valyuta sisteminin sabitliyini təmin etmək üçün üzv ölkələrin iqtisadi, maliyyə və valyuta siyasətinə nəzarət edir. Bu məsləhətləşmələr çərçivəsində fondun ekspertləri makroiqtisadi vəziyyəti təhlil edir, məlumat toplayır və milli hakimiyyət orqanları ilə əsas iqtisadi məsələləri müzakirə edirlər. Səfərin nəticələrinə əsasən hazırlanan hesabat İcraiyyə Şurasına təqdim edilir, bundan sonra isə fond ölkə hökumətinə öz tövsiyələrini göndərir.

IMF missiyası 2025-ci ilin əvvəlində Bakıya səfəri zamanı Azərbaycan hökumətinin iqtisadi bloku ilə makroiqtisadi göstəriciləri, neft-qaz sektorundakı vəziyyəti, dekarbonizasiya təşəbbüslərini, iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərini, həmçinin maliyyə sektorunun qiymətləndirilməsi ilə bağlı tövsiyələri müzakirə edib.

IMF-in məlumatında qeyd olunur ki, Azərbaycan hökumətinin fond əməkdaşlarının hesabatı və müvafiq mətbuat bəyanatı ilə tanış olması üçün əlavə vaxt tələb olunur.

Qeyd edək ki, Azərbaycan 18 sentyabr 1992-ci ildən IMF-in üzvüdür. 1995-2005-ci illərdə Valyuta fondu ölkədə iqtisadi islahatları dəstəkləmək məqsədilə ümumilikdə 577,3 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsaitlər tam qaytarılıb. 2006-cı ildən etibarən Azərbaycan və IMF arasında əməkdaşlıq IV maddə üzrə məsləhətləşmələr və makroiqtisadi siyasət sahəsində texniki dəstək çərçivəsində davam edir, çünki ölkənin fondun maliyyə resurslarına ehtiyacı olmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Mart 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see228

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see183

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see150

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see148

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

01 Oktyabr 2025 23:44see145

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see142

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see141

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see140

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see136

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see135

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see132

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see131

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see126

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see125

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see124

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see121

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see120

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see118

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see118

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri