İmişli 2000 manata görə geri çəkildi
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer Liqasının startına bir aydan da az vaxt qalmasına baxmayaraq, "İmişli"nin ev oyunlarını harda keçirəcəyi hələ məlum deyil. Sport24.az xəbər verir ki, bölgə təmsilçisinin Bakıdakı "ASCO Arena"ya və ya Quba Olimpiya kompleksinə üz tutacağı söylənilir.
Sözügedən məsələ ilə bağlı etibarlı mənbədən redaksiyamıza məlumat daxil olub. "İmişli" rəhbərliyi Qubadakı arena ilə maraqlansalar da, qarşı tərəfin şərtləri bölgə klubunu qane etməyib. Quba Olimpiya Kompleksin rəsmiləri elita klubundan hər oyun üçün 2000 manat istəyib. İmişlilər isə məbləğin çox olduğunu bildirərək, Quba variantından imtina etmək qərarına gəlib.
Qeyd edək ki, Misli Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.
Baxış sayı:76
Bu xəbər 24 İyul 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















