Icma.az
close
up
RU
İmişli fərqi artırdı

İmişli fərqi artırdı

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli premyer-liqasında ilk 4 tur geridə qaldı. Bu gün 5-ci tura start veriləcək.

İlk iyun günündə iki matç keçiriləcək və "CBC Sport"un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
19 sentyabr
1-ci dövrə, 5-ci tur
Karvan-Yevlax - İmişli 0:2

Dioqo Almeyda, 12. Edvin Banquera, 15
"Karvan-Yevlax" bu rəqiblə ilk dəfə qarşılaşacaq.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 30-30-40.
Hakimlər: ELVİN BAYRAMOV, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov.
VAR hakimi: İnqilab Məmmədov.
VAR hakiminin köməkçisi: Namiq Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı, şəhər stadionu. Saat 16.00.
Mövsümə yaxşı başlayan "Karvan-Yevlax" "Şamaxı"nın meydanında yaşadığı böyükhesablı məğlubiyyət üzündən sarsıldı. İndi psixoloji durumu yaxşılaşdırıb "İmişli"yə qarşı görüşə hazırlaşmaq vacibdi. Hər halda, mövsüm hələ yeni başlayıb və ruhdan düşmək yalnız yevlaxlılara ziyan verəcək. Onsuz da kollektiv müəyyən qarşılaşmalarda potensialının olduğunu sübut edib. Sadəcə, ən qısa zamanda toparlanmaq və yola davam etmək lazımdı. "Karvan-Yevlax" unutmamalıdı ki, "İmişli" "Sumqayıt" üzərində qələbə qazansa da, adı iştirak ərizəsində olmayan futbolçunu meydana buraxdığına görə böyük ehtimalla texniki məğlubiyyətlə üzləşəcək. Əlbəttə, belə xoşagəlməz hadisə "pələnglər"in də psixoloji hazırlıq səviyyəsinə mənfi təsir edə bilər. Odu ki, ötən mövsüm 1-ci liqada bir-birinə qarşı göstərdiyi oyunlarla azarkeşlərə futbol zövqü yaşatmağı bacaran bölgə təmsilçiləri premyer-liqada da ənənəyə sadiq qalmalıdı. Bəs bölgə təmsilçiləri buna nə dərəcədə nail olacaq? Cavabı cümə günü öyrənəcəyik.
Zirə - Şamaxı
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 17:+7=8-2, 24:13.
2015/16 – 0:0, 2:1; 2016/17 – 1:1, 1:1; 2017/18 – 1:1, 1:2; 2018/19 – 2:2, 2:0; 2019/20 – 3:1; 2020/21 – 3:1, 0:0; 2021/22 – 2:0, 0:0; 2022/23 – 1:0, 2:2; 2023/24 - 0:1, 3:0.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 40-40-20.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR hakimi: Rauf Cabbarov.
VAR hakiminin köməkçisi: Müslüm Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə, İdman Kompleksinin stadionu. Saat 18.30.
Yeni mövsümdə hələ məğlubiyyət üzü görməyən iki komandadan biri olan "Zirə" bu matçda da favoritdi. Görünür, "qartallar" xüsusən son iki "futbol ili"nə imza atdığı uğurlu nəticələri bu dəfə də təkrarlamaq niyyətindədi. Hədəf budusa, əlbəttə, "doğma divarlar" arasında keçiriləcək oyunda yeganə amal qələbə qazanmaq olmalıdı. O başqa məsələ ki, "Şamaxı" buna asanlıqla icazə verəcək rəqib deyil. Bəllidi ki, Ayxan Abbasovun “şirlər”i bəlkə də azı Rəşad Sadıqovun komandası qədər inadkar və mübarizdi. Xüsusilə iddialı rəqiblərə qarşı. Fiziki durum öz yerində. "Zirə" çətin "Qarabağ" səfərindən xalla qayıtdığına, "Şamaxı" evdə "Karvan-Yevlax"ı darmadağın etdiyinə görə psixoloji baxımdan problemsizdi.
Statistika isə qəsəbə təmsilçinin xeyrinədi. Bu komandalar indiyə qədər 35 dəfə qarşılaşıb. Bunların 15-də “Zirə”, 7-də “Şamaxı” qalib gəlib, 13-də isə “sülh” qeydə alınıb. Topların nisbətində “qartallar” öndədi – 46:31.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Sentyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri