İmişli ilə Şəfa arasında oyun yarımçıq dayandırılmasının təfərrüatları bilinib
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İmişli" ilə "Şəfa" arasında iki gün əvvəl Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşmanın yarımçıq dayandırılmasının təfərrüatları bilinib.
İdman.Biz prosport.az saytına istinadla xəbər verir ki, baş məşqçi Jorj Kaşkilya ilə münasibətləri pozulduğu üçün "İmişli"dən "Şəfa"ya keçən, Premyer Liqanın dördüncü turunda "Sumqayıt"la matçda meydana çıxdığı üçün texniki məğlubiyyətin alınmasına səbəb olan (klub buna görə CAS-a müraciət edib) İbrahim Əliyev sabiq komandasına debüt matçında qol vurub.
Daha sonra futbolçular arasında gərgin anlar yaşanıb və kobud oyun qeydə alınıb. Kobud oyunda aktiv iştirakçılardan biri ötən mövsüm "Şamaxı"da oynamış "Şəfa"nın dayaq yarımmüdafiəçisi Emin Zamanov olub. Hadisələr tərəflər arasında gərginliyi pik həddinə çatıb və adi yoxlama oyunu statusundan çıxıb. Nəticədə "İmişli"nin portuqaliyalı baş məşqçisi təxminən 70-ci dəqiqədə komandanı stadiondan çıxarıb.
Bununla belə, Birinci Liqanın lideri "Şəfa" Premyer Liqa təmsilçisi "İmişli" ilə yarımçıq başa çatmış matçın nəticəsini öz səhifəsində qalib gəlmiş kimi təqdim edib (həmçinin, paylaşım zamanı "İmişli"nin səhv rəngdə olan loqosundan istifadə olunub).
Qeyd edək ki, "İmişli" bundan öncə Birinci Liqanın autsayderi "Şimal"ı darmadağın etmişdi - 5:0.
Baxış sayı:43
Bu xəbər 18 Yanvar 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















