Icma.az
close
up
RU
İmişli nin kapitanı: Mövsümün əvvəlində öz üzərimdə təzyiq var idi MÜSAHİBƏ

İmişli nin kapitanı: Mövsümün əvvəlində öz üzərimdə təzyiq var idi MÜSAHİBƏ

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İmişli"nin kapitanı Azər Salahlı Sportal.az saytına müsahibə verib.

- "İmişli" artıq Premyer Liqadakı yerini qoruyub-saxladı. Demək olar ki, komanda bu mövsüm üçün əsas hədəfinə çatmış oldu? Bu mənada, Premyer Liqaya yeni vəsiqə qazanan komanda üçün uğurlu hesab etmək olar?

- Çox sevindirici haldır ki, çempionatına sonuna 3 tur qalmış Premyer Liqada qalmağı təmin etdik. Yüksək liqaya yeni vəsiqə qazanmış komanda üçün ilk ildəcə buna nail olmaq uğurlu nəticə kimi qeyd oluna bilər.

- Bu mövsüm komandanın kapitanı idin və stabil performans göstərən futbolçularının siyahısında öndə gedirdin. Mövsümü özün üçün uğurlu hesab edirsən?

- Düşünürəm ki, stabillik çox vacibdir. Fərdi və komanda şəklində yaxşı, uğurlu mövsüm keçirdik.

- Maraqlıdır ki, "Neftçi"də isə oynadığın zaman daha çox tənqid edilən futbolçu idin. "İmişli"də isə əsas güvənilən futbolçu oldun. Bu onu göstərir ki, böyük klubda təzyiq yüksək olur, yoxsa yanaşmaq fərqli idi sənə?

- “Neftçi” və “İmişli” təbii ki, fərqli hədəfləri olan klublardır. “Neftçi”də hər zaman istər azarkeşlər, istər futbol ictimaiyyəti maksimumu tələb edir. “İmişli”də ən çox çempionatında əvvəlində fərdi şəkildə öz üzərimdə bir az təzyiq var idi. Yeni qurulmuş komandada sənə inanıb, bura dəvət edən insanlar var idi, komandanın kapitanı olmağım da məsuliyyətimi daha da artırırdı. Şükürlər olsun ki, bunun öhdəsindən birlikdə gələ bildik.

- Son matçda "Qarabağ”la qarşılaşdınız. Həmin oyun necə keçdi?

- Hamı "Qarabağ"ın gücünü bilir. Biz bu oyuna yaxşı hazırlaşmışdıq. Təbii ki, çalışırdıq ki, ən yaxşısını edək. Yaxşı oynadığımızı düşünürəm.

- Bu mövsüm "Qarabağ"a, yoxsa "Sabah"a qarşı oynamaq çətin oldu?

- İstər “Qarabağ”, istərsə də “Sabah” bu mövsüm həqiqətən çox uğurlu mövsüm keçirdilər. “Qarabağ” bu mövsüm titulsuz qalsa da, Çempionlar Liqasında etdikləri, qazandığı uğurlar təkrarı çox çətin olan uğurlardır. Buna görə də hər iki cəbhədə mübarizə aparmaq çətin oldu. “Sabah” da həqiqətən çox gözəl və stabil mövsüm keçirdi. Düşünürəm ki, layiqli çempionluq qazandılar. Hər iki komandaya qarşı oynamaq çətin idi.

- "İmişli" ilə müqavilə müddətin başa çatır. Yeni mövsümdə də bu komandada qalacaqsan? Yoxsa 2026/2027 mövsümündə səni yeni komandada görəcəyik?

- Çempionatın sonuna hələ bir tur qalıb. Mövsüm başa çatdıqdan sonra bu haqda söhbət etmək olar.

- Bu mövsüm stabil oynasan da, milli komandaya cəlb edilmədin. Səncə, milliyə geri dönüşün üçün nə lazımdır, klubunun daha üst pillələrdə olması, yoxsa şəxsi performansını daha da yaxşılaşdırmaq?

- Hər bir insan özünə hədəflər qoyur. Mənim də ilk hədəfim stabil oynayıb, milli komandaya geri dönməkdir. Buna özümü tamamilə hazır hiss edirəm. Qarşıda millinin daha bir toplanışı olacaq. Milli komandada yer almaq hər zaman sevindiricidir.

- Bu mövsüm ev oyunlarınızı keçirdiyiniz Quba İdman Kompleksinin stadionu tez-tez və çox müzakirə edildi. Hətta rəqiblərlə müqayisədə bu stadionun sizin üçün əlavə avantaj olduğunu deyirdilər. Belə idi, yoxsa siz də orada oyundan-oyuna oynadığınız üçün özünüz üçün də belə stadionda çıxış etmək təhlükəli və uyğunsuz idi?

- Əlbəttə, biz də oyunlarımızı daha yaxşı meydançada keçirmək istəyərdik. Bizim də heyətimizdə keyfiyyətli, topla yaxşı bacarığı olan futbolçular yer alıb. Daha yaxşı meydançada, daha fərqli “İmişli” görürük. Bunu əsas nümunəsi də odur ki, qazandığımız bütün qələbələri səfər oyununda əldə etmişik.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sportal.az
archiveBu xəbər 17 May 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri