Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Biznes kreditlərində rekord artım

İmişlidə “44 gün Tarixi zəfər” kitabının üç cildinin təqdimatı olub

İmişlidə “44 gün Tarixi zəfər” kitabının üç cildinin təqdimatı olub

Icma.az, Azertag saytına istinadən bildirir.

İmişli, 6 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası İmişlidə şəhid Amil Səfərlinin anım günündə “44 gün – Tarixi zəfər” adlı kitabın 3 cildinin təqdimatını keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimat mərasimində Mədəniyyət Nazirliyinin, rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi anılıb. Sonra mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Qələbədən danışıblar. Bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi yaddaşlara əbədi həkk olunub.

Daha sonra “44 gün – Tarixi zəfər” adlı kitabın 3 cildinin təqdimatı olub. Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova bildirib ki, kitablarda Vətən uğrunda şəhid olmuş şəxslər haqqında ensiklopedik məlumatlar yer alıb, onların adları və xatirələri əbədiləşdirilib.

Xatirə Kitabı Redaksiyası İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız, torpaqlarımızın azadlığı uğrunda şücaət göstərmiş şəxslər haqqında materiallar toplayaraq, ayrı-ayrı kitablar dərc edir. Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. Redaksiya 2017-ci ildə Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın işçi qrupu ilə birgə torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı talelərini araşdırıb və dörd cilddən (iki dildə) ibarət kitab hazırlanıb.

Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə 4 cilddə kitab çap edib. Redaksiyanın hazırladığı “Qələbə - 75 və Qələbə 80: Azərbaycan xalqının mübarizə əzmi” kitabı da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir. Kitabda Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və maraqlı fikirlər də yer alıb.

Bildirilib ki, Respublika Xatirə Kitabı Redaksiyası, həmçinin “Bakı Xəbər” qəzeti ilə birgə layihə əsasında Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib. Redaksiya, eyni zamanda, “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub.

Çıxış edənlər həmçinin şəhid Amil Səfərlinin həyat yolundan, döyüşlərdə göstərdiyi şücaətdən, Vətənə və bayrağa olan sevgisindən söhbət açıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see408

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see358

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see271

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see268

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see266

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see256

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see251

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see235

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see230

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see225

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see209

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see200

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see200

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see196

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see191

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see191

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see188

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see186

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see171

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri