Icma.az
close
up
RU
“44 gün Tarixi zəfər” kitabının IV cildi təqdim olunub

“44 gün Tarixi zəfər” kitabının IV cildi təqdim olunub

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının qiymətli nəşrlərindən sayılan “44 gun – Tarixi zəfər” adlı coxcildliyin IV cildi azərbaycan və ingilis dillərində işıq üzü görüb və Təqdimat Sumqayıt  Dövlət Dram Teatrının konfrans zalında ictimaiyyətə təqdim olunub. 

Əvvəlcə Şəhid Vüsal Şükürova həsr olunan sənədli film nümayiş olunub. Maraqla qarşılanan bu təsirli film “Vətən daşı...və ya 44 günün dastanı” adlı layihə əsasında çəkilən səkkiz sənədli filmdən biridir ki, redaksiya heyəti tərəfindən ərsəyə gəlib. 

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Tərlan Hacı-zadə Xatirə Kitabı Redaksiyasının yeni işıq üzü görən cildliyi barədə məlumat verərək kitabın şəhidlərimizin adının əbədiləşdirilməsinə verilən böyük töhfə olduğunu vurğulayıb.  

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova təqdimata toplaşanlara redaksiyanın Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını qeyd edərək, ensiklopedik tarixi salnamə baxımından əvəzsiz olduğunu  diqqətə çatdırıb. O bildirib ki, Respublika Xatirə Kitabında, əsasən, İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar cildlərə salınır. Yaddaşımızın abidəsi kimi adlandırılan bu kitabda tarixin səs-sədası, milli kimliyimiz örnək nüanslar kimi səciyyələnir.   

Şair-publisist Rəfail Tağızadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı, şəhid Vəli Vəliyevin atası Kamran Vəliyev, şəhid Pərvin Təhməzovun anası Əsli Təhməzova, şəhid Elnur Səmədovun ömür-gün yoldaşı Aynur Səmədova, şəhid Rəsul Sadıqovun nənəsi Səkinə Sadıqova  kitabın böyük təsəlli olduğunu bildirərək, kitabın baş redaktoru Nəzakət Məmmədovaya minnətdarlıq ediblər.

Sumqayıt şəhəri və Abşeron rayonundan olan şəhidlər haqqında əlifba sırası ilə ensiklopedik məlumatların yer aldığı çoxcildli “44 gün – Tarixi zəfər” adlı IV cildi şəhid ailələrinə təqdim olunub.     

Rəna TƏBƏSSÜM,
AJB-nin və AYB-nin üzvü
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Aprel 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri