Icma.az
close
up
RU
İmişlidə də Anım Günü dərin ehtiramla qeyd olundu Video

İmişlidə də Anım Günü dərin ehtiramla qeyd olundu Video

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İmişli rayonunda 27 Sentyabr – Anım Günü münasibətilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad edilib.

“Qafqazinfo” xəbər verir ki, İmişli Rayon İcra Hakimiyyətinin və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən mərasimdə şəhid ailələri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının nümayəndələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə şəhidlərimizin məzarlarını və “Şəhidlər” abidəsini ziyarət edib, məzarları önünə gül dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər, şəhidlərin ruhuna dualar oxuyublar.

Daha sonra Nərgizim Sarayında şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi açılıb. Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bildirib ki, Anım Günü Azərbaycan xalqının öz qəhrəman övladlarına ehtiramını ifadə etdiyi xüsusi gündür. O qeyd edib ki, 44 günlük Vətən müharibəsi xalqımızın həmrəyliyini və Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Şəhidlərin keçdiyi şərəfli yolun gələcək nəsillər üçün daim örnək olacağını vurğulayan icra başçısı onların adlarının Azərbaycan tarixində əbədi yaşayacağını bildirib.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxışında qeyd edib ki, Anım Gününün mənası yalnız keçmişi xatırlamaqla məhdudlaşmır. Bu tarix həm də Azərbaycanın hansı böyük iradə və fədakarlıq hesabına bu günkü reallığa gəlib çatdığını dərk etmək üçün mühüm mənəvi gündür. Səfa Ağayev bildirib ki, Vətən müharibəsi Azərbaycan xalqının öz dövlətinin və ordusunun ətrafında necə sıx birləşə bildiyini göstərən tarixi hadisə kimi yadda qalıb. Onun sözlərinə görə, həmin günlərdə cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların eyni amal ətrafında birləşməsi milli həmrəyliyin ən aydın ifadələrindən biri olub.

Çıxış edən şəhid ataları - İsrail Əbilov və Nərbala Babaşov bildirib ki, övlad itkisini sözlə ifadə etmək mümkün olmasa da, şəhid ailələri üçün ən böyük təsəlli oğullarının Vətən qarşısında şərəfli bir iz qoymasıdır. Şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və birinci vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Saat 12:00-da isə respublikanın bütün ərazisində olduğu kimi, İmişlidə də Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon ərazisində nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Sentyabr 2026 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri