İmişlidə torpaq qatının şoranlaşmasının qarşısı almaq üçün işlər aparılır
Report.az saytına istinadən Icma.az xəbər verir.
İmişli rayonunda torpaq qatının şoranlaşmasının qarşısı almaq üçün işlər aparılır.
İmişli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən "Report"un Muğan bürosuna verilən məlumata görə, bu məqsədlə rayon ərazisində əsasən torpaq üzlüklü kanallar beton üzlüyə alınır.
Qeyd edilir ki, bunun nəticəsində su sahələrə itkisiz çatır. Eyni zamanda torpaq qatının şoranlaşmasının qarşısı alınır.
Rayon ərazisində mövcud olan kanalların 430 kilometri beton üzlüklüdür. Hazırda rayonun Qaralar və Muradallı kəndləri ərazilərində 280 hektar sahəyə xidmət göstərən və uzunluğu 5 600 metr olan su kanalında betonlanma işləri davam etdirilir.
Həmçinin Çaxırlı kəndi ərazisində ümumi uzunluğu 1 750 metr olan Künc arx kanalının 750 metr hissəsində novlar quraşdırılıb.
Qeyd edək ki, İmişli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisində 54 min 200 hektar əkin sahəsinə 1 140 kilometr uzunluqda suvarma kanalları vasitəsilə xidmət göstərir.
Baxış sayı:67
Bu xəbər 02 Fevral 2025 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















