Icma.az
close
up
RU
“İmişli”nin biləyini bükən tapıldı

“İmişli”nin biləyini bükən tapıldı

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Araz-Naxçıvan – İmişli 2:0 (1:0)
12. Kristian Avram – 5,5
5. Slavik Alxasov – 5,0
4. Rahil Məmmədov – 6,0
3. Bəxtiyar Həsənalızadə - 5,5
26. Ömər Buludov – 5,5
(34. Urfan Abbasov, 88) – qiymətsiz
19. Bar Kohen – 5,0
(24. Mustafa Əhmədzadə, 46) – 5,5
29. Vanderson Melo (k) – 5,0
(8. Coşqun Diniyev, 46) – 5,5
23. Nuno Rodriges – 6,0
(7. Hamidu Keyta, 74) – 5,5
11. Çanse Ba-Muaka Simakala – 6,5
(14. Ülvi İsgəndərov, 74) – 6,0
70. Şarl Boli – 5,5
10. Felipe Santos – 5,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
76. Süleyman Həsənov
2. Qara Qarayev
22. Elçin Mustafayev
17. İssuf Paro
77. Bruno Franko
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Çanse Ba-Muaka Simakala
33. Andrey Sinenka – 5,0
29. Edvin Banquera – 5,5
19. Azər Salahlı (k) – 5,5
14. Ronaldo de Souza – 6,0
23. Dioqo Rollo – 5,5
44. Həzrət İsayev – 5,0
(22. İbrahim Əliyev, 66) – 5,0
10. Nikola Karaklaiç – 5,5
(77. Elmir Rəhimzadə, 66) – 5,0
17. Ezekyel Morqan – 4,5
(5. İdris İnqilablı, 46) – 5,0
21. Abbas Ağazadə - 5,5
11. Vüsal Qənbərov – 5,5
(97. Xəzər Mahmudov, 85) – qiymətsiz
9. Dioqo Almeyda – 5,0
Ehtiyat oyunçular
1. Hüseynəli Quliyev
99. İmam Əli
27. Lətif Rzayev
3. Tuncay Yusifli
30. Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya
Komandanın ən yaxşısı: Ronaldo de Souza
Qollar: Ç.B-M.Simakala, 33 (1:0, R.Məmmədov). Ü.İsgəndərov, 90+5 (2:0, U.Abbasov).
D.Almeyda 90+3-cü dəqiqədə penaltidən yararlana bilməyib (tir).
Vərəqələr: V.Melo, 8 (qeyri-idman hərəkəti). H.İsayev, 60 (qeyri-idman hərəkəti). A.Salahlı, 62 (hakimin qərarına etiraz). Ç.B-M.Simakala, 65 (qeyri-idman hərəkəti). İ.İnqilablı, 72 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev (hamısı Bakı).
VAR hakimi: Rauf Cabbarov (Bakı).
VAR hakiminin köməkçisi: Cəmil Quliyev (Bakı).
Hakim-inspektor: Orxan Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Kifayət Mustafayeva (Bakı).
3 oktyabr. Bakı. “Liv Bona Dea Arena”. 150 tamaşaçı (6500 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 7 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Yəqin ki, “Araz-Naxçıvan” da matçın qarşılıqlı mübarizə şəraitində keçəcəyini təxmin edirdi və oyuna hazırlıq zamanı müxtəlif məqamlar nəzərə alınmışdı. Ancaq “İmişli” nəinki yenə döyüşkən oyun tərziylə yadda qalmağı bacardı, hətta Mərdəkandan xalla qayıtmağa yaxın idi. Sadəcə, bəxt “pələnglər”dən üz döndərdi...

Yekun nəticəni meydan sahiblərinin daha təcrübəli futbolçulardan qurulması müəyyənləşdirdi desək, yanılmarıq. Bəlkə də məhz bu üzdən matça daha fəal başlayan “qırmızı-ağlar” hələ 10-cu dəqiqədə topa toru qovuşdura bildi. O başqa məsələ ki, Simakalanın qolu futbolçu topu qəbul edərkən ofsaydda olması səbəbindən sayılmadı. Bundan sonra komandaların uzun müddət meydanın mərkəzində davam edən mübarizəsinə şahidlik etdik. Tarazlığı nominal meydan sahibləri pozdu: onlar 33-cü dəqiqədə Kohenin yerinə yetirdiyi cərimə zərbəsinin davamında hesabı açdı. Düzdü, burda adını tabloya yazdırmaq istəyən Rahil idi. Lakin “kürə”nin onun zərbəsindən sonra meydanı tərk etməyə doğru irəliləməsi Simakalanı hərəkətə keçirdi. Daha doğrusu, almaniyalı başla zərbəylə komandasını sevindirdi.
Növbəti təhlükəli vəziyyət 41-ci dəqiqədə Slavikin topu uzaqdan cərimə meydançasına göndərməsi sayəsində yarandı. Boli fərqlənə bilərdi ki, Sinenkanın ayıq-sayığlığı rəqibin fərqi artırmasına imkan vermədi. Nəticədə “qırmızı-ağlar” fasiləyə hesabda öndə yollandı.
İnsafən, “İmişli”nin 2-ci yarıya daha fəal başladığını vurğulamalıyıq. Hətta iş elə gətirdi ki, “Araz-Naxçıvan”ın qapısına penalti təyin edildi. Buna cərimə meydançasına daxil olub qol vurmağa hazırlaşan Ronaldonun yerdə qalması səbəb oldu. Belədə dərhal “nöqtə”ni göstərən Cavid Cəlilov Bəxtiyarın rəqibə qarşı kobud oynadığını zənn etdi. Ancaq VAR-a dəvət edilən ədalət təmsilçisi epizodu incələyəndən sonra yanlış qərar verdiyini anladı. Sən demə, “İmişli”nin futbolçusu topa zərbə endirərkən ayağıyla Bəxtiyara toxunub və məhz bu üzdən yıxılıb. Təbii ki, belədə qərar ləğv olundu. Tədricən üstünlüyü ələ alan “Araz-Naxçıvan” 68-ci dəqiqədə Simakalanın qeyri-dəqiqliyi, 80-ci dəqiqədə Ülvinin Sinenkayla bacarmaması üzündən fərqi artıra bilmədi. Ardınca “İmişli” üçün əla fürsət yarandı. Buna Slavikin cərimə meydançası daxilində əllə oyunu səbəb oldu. Epizodu VAR-da incələyən Cavid Cəlilov “nöqtə”ni göstərdi ki, topun arxasına keçən Almeyda komandasını məyus etdi. Top onun zərbəsindən sonra tirə dəydi. “Qırmızı-ağlar” isə sonda daha bir qol vurdu.
Beləliklə, “Araz-Naxçıvan” 1-ci pilləyə yüksəldi. “İmişli” isə hələ üzgündü. Axı Almeyda komandasının azı bir xal ümidini “dəfn etdi”.
Gözdən qaçmadı
// “Sektor 85” və “Küdrü qartalları” fanklubları tribunada yerini almışdı. İmişlili azarkeşlər Cavid Cəlilovu 90 dəqiqə ərzində təzyiq altında saxladı.
// Kaşkilya dəfələrlər hakim qərarına etiraz etsə də, sarı vərəqə almadı. Maraqlıdı ki, hakimin idarəçiliyindən razı qaldığını da dedi. Deyəsən, Cavid Cəlilovun son dəqiqələrdə penalti təyin etməsi portuqaliyalını yumşaltmışdı…
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Oktyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri