Icma.az
close
up
RU
“İmişli”nin diqqətinə: Şir həmişə şir deyil…

“İmişli”nin diqqətinə: Şir həmişə şir deyil…

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Biri var imiş, biri yox imiş… Azərbaycan çempionatında özünü hamıdan peşəkar görən, atdığı hər addımın alqışlanmasını gözləyən, yersiz-yurdsuz, azarkeşsiz bir klub var imiş.

O qədər qeyri-peşəkar imiş ki, nə stadionu varmış, nə konkret təmsil etdiyi yer. İmişli? Yox, həmin “İmişli”nin İmişli rayonu ilə əlaqəsi də yoxdur. Komanda nə orada məskunlaşıb, nə orada məşq edir, nə də doğma meydanında oyuna çıxır. Sayılan səbəblər də klubun özü qədər həvəskardır. Stadionun yoxdursa, Premyer Liqada nə işin var?!

Yaxşı, “Qarabağ”ı başa düşdük. Rayonu illərdir işğal altında idi. Qəhrəmancasına azad olundu, indi də stadionun tikintisi gedir.

Yaxşı, “Araz-Naxçıvan”ı da başa düşdük. Naxçıvanda oynayanda klubların əksəriyyəti yolun uzaq olmasından, təyyarə uçuşlarından şikayətlənəcəklər. 

Siz isə ölkənin mərkəzində yerləşirsiniz. Nə əraziniz işğal olunub, nə də ölkədən ayrı quru parçasında yerləşmisiniz.  

Ötən mövsümə Şamaxıda başlayıb, Qubada bitirən komanda növbəti mövsümə Yevlaxda başlayacaq. Harada bitirəcəyi isə qeyri-müəyyəndir. Heç bitirib-bitirməyəcəyi də bəlli deyil.

Baş məşqçi Jorj Kaşkilyanın şəxsi bacarığı ilə liqada qalmağı bacaran klub ilin jurnalistini seçməyə çalışdı. İdman prinsiplərini, əsasnaməni, qaydaları bilməyən klub jurnalistlər arasında seçim edə biləcəyini düşündü. Debüt ilində iki-üç tərif gördü və elə bildi ki, həqiqətən jurnalistlər arasında qərar verə biləcək ali orqandır. Edilən normal transfer yoxdur, amma medianın işinə qiymət vermək fikri var…

O qədər qeyri-peşəkar klub imiş ki, aldığı texniki məğlubiyyətə görə aləmə car çəkirmiş. AFFA-ya, oradan da Avropanın hüquqi qurumlarına müraciət edirmiş. Adı protokolda olmayan futbolçunu meydana buraxandan sonra başqalarını günahlandıracaq qədər həvəskar klubdur. Soruşsan, hələ də həmin oyunda özlərini qalib hesab edirlər.

Dünən də yeni loqonu təqdim ediblər. Ukraynanın “Lvov” klubunun loqosunun (red. - maraq üçün aşağıda yerləşdirilib), üzr istəyirəm yanlış dedim, “İmişli”nin embleminin üzərində qızılı rəngdə pələng simvolu yer alıb. Təkrar edirəm, qızılı rəngdə pələng simvolu. Bir daha nəzərinizə çatdırıram, qızılı rəng, pələng. Bilirsiniz də, “təmsil etdikləri” İmişli rayonu qızıl yataqları ilə məşhurdur. Ölkənin qızıl hasilatının 99 faizini İmişli rayonumuz təmin edir.

Həmçinin İmişli meşələri qırmızı kitaba düşən pişiklər fəsiləsinin növlərinin daimi yaşayış məskənidir. Tarix boyu burada pələnglər, şirlər, panteralar yaşayıblar. Təsadüfi deyil ki, yeni loqoda da bu simvollar öz əksini tapıb.

Zarafat edirəm, İmişlidə nə qızıl çıxıb, nə də pələng görülüb. Sadəcə klubun təqdim etdiyi absurd loqoya absurd məna qazandırmağa çalışdım. Hətta gözəl təklifim də var. Loqoya pələng yerinə quş simvolu yerləşdirin. Onsuz da quş kimi hər gün bir rayona köçür, orada oynayırsız. O, “İmişli”yə daha məxsus olar, nəinki pələng…

Pambıq, Araz çayı, Aran simvollarından istifadə edərək uğurlu loqo hazırlamaq olardı. Lakin bu, bəzilərinin işinə gəlmir. Onlar hər addımda İmişlidən qaçmaq, komanda ilə rayon arasındakı əlaqəsini kəsməyə çalışırlar. Biabırçılıqdan başqa bir şey deyil. Ümid edirəm ki, bir gün böyüyəcəksiniz və “İmişli”ni öz doğma azarkeşlərinin yanına, doğma rayonuna qaytaracaqsınız. Təbii ki, həmin günə qədər gec olmasa. Unutmayın, pələng nəhəng və gözəl heyvandır. Lakin şir həmişə şir deyil…

Tarixdə bu gün: Futbolun əfsanəsi Lionel Messi 38 yaşını qeyd edir "Qarabağ" transfer axtarışında: YENİ MÜDAFİƏÇİ... “Neftçi” yoxlama matçında məğlub oldu Hakimi "Real"ın hədəfində Rednik razıdır, "Kəpəz"dən bir tələbi var - EKSKLÜZİV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://apasport.az
archiveBu xəbər 21 Avqust 2026 04:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri