Icma.az
close
up
RU
İmkanı olan da, olmayan da azı 25 manat verməlidir: Bəs araşdırma hara itdi?

İmkanı olan da, olmayan da azı 25 manat verməlidir: Bəs araşdırma hara itdi?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“2024-cü ilin avqustunda bütün əsas provayderlər, dövlət və özəl provayderlər eyni anda internetin minimal qiymət həddini 25 manata qaldırdı.

Bu kollektiv qərar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "kartel sövdələşməsi" və "vətəndaşların seçim imkanlarının məhdudlaşdırılması" kimi qiymətləndirildi və araşdırma başladıldı. Üstündən 9 ay keçib. Hələ də nəticə yoxdur”.

“Cebheinfo.az” xəbər verir ki, bunu İKT üzrə mütəxəssis Osman Gündüz deyib.

Onun sözlərinə görə, bu müddət ərzində internet bazarında əsaslı struktur dəyişiklikləri baş verib: 

““Aztelekom” nazirliyin tərkibindən çıxarılıb və “AZCON Holdinq”in tərkibinə qatılıb, bazardakı bütün dövlət provayderləri “Aztelekom”-un ətrafında birləşdirilib. 

Nəticədə “Aztelekom” internet bazarının 60%-nə nəzarət edən, hər ay yalnız internet xidmətlərindən 70 milyon manatdan çox gəlir əldə edən bir nəhəng dövlət şirkətinə çevrilib.

AZCON tərkibində olan “Aztelekom”-un regionlar üçün yeni internet tarifləri müəyyən edəcəyi ilə bağlı fikirlər səslənsə də, hələlik bu istiqamətdə konkret addımlar yoxdur.

Ucdantutma hamı - tələbatı olan və olmayan, bizneslə məşğul olan və olmayan, imkanı olan və olmayan hamı minimal 25 manat verməlidir. “Azercell”-in də dövlətə məxsus olduğunu nəzərə alsaq, ölkədə internet bazarında dövlətin payı bəlkə də 80%-ə yaxınlaşıb.

Bəs bu təmərküzləşməyə ölkədə rəqabətə cavabdeh qurum nə deyir?

Rəqabətə nəzarət etməli olan, statusu daha da yüksələn qurum – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi – nə qiymət artımına, nə də bazarda yaranmış dominant mövqe ilə bağlı cəmiyyətə açıqlama verib. İndi biz ölkənin telekom və internet bazarında formalaşan yeni mühiti necə dəyərləndirək, Antiinhisar buna nə deyir?”

Xəzər
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyun 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri