Icma.az
close
up
RU
İmkanı olmayan toyuq, xoruz qurban kəsə bilərmi?

İmkanı olmayan toyuq, xoruz qurban kəsə bilərmi?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Builki Qurban bayramı AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 6 iyun tarixinə təsadüf edir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə QMİ sədri şeyxülislam Allahşükür Paşazadə bayram təbrikində bildirib.

Onun sözlərinə görə, şəri hökmlərə əsasən, 3 gün ərzində icra oluna bilən Qurban kəsimi həcc ziyarəti zamanı mütləq vacib əməldir, həcc xaricində olan müsəlmanların qurban kəsib ehtiyacı olanlara paylamaq niyyəti isə müstəhəb və savabdır.

Allahşükür Paşazadə qeyd edib ki, Qurban bayramı namazları ölkəmizin bütün mərkəzi məscidlərində qeyd ediləcək, o cümlədən Bakının Əjdərbəy məscidində bayram namazı saat 08.00-də, Təzəpir məscidində 09.00-da qılınacaq.

El arasında “Qurban bayramı günü mütləq qan axıtmaq lazımdır” düşüncəsi ilə heyvan kəsməyə imkanı olmayan şəxsin toyuq, xoruz və s. kəsməsinin mümkünlüyü müzakirə olunur. 

Bəzən qurban əti adı altında dükanlarda ət satılır, qurban kəsməyə imkanı olmayanlar bayram günləri onu alıb yeyirlər . Bunlar qurban hesab olurmu?

“Cümhuriyət” xəbər verir ki, ilahiyyatçılar qurban ətinin satıla bilməyəcəyini deyib: 

“Çünki bu, qurban əti hesab olmur. Qurbanın məqsədi fağırın doymağıdır, nəinki fağırın qurban kəsməsi. Fağıra qurban kəsmək dində buyurulmayıb”.

“Qurbanı kimlər kəsməlidir?” sualına cavabında ilahiyyatçılar bildirirlər ki, bunun üçün bəzi şərtlər var:

“Qurban kəsən şəxs müsəlman olmalıdır, ağıllı olmalıdır, həddi- buluq yaşını keçməlidir, səfərdə olmamalıdır, müəyyən miqdarda mala sahib olmalıdır”.

Qurbanlıq heyvanın seçiminə gəldikdə, heyvan hər şeydən əvvəl sağlam və nöqsansız olmalıdır: 

“Kor, buynuzsuz, şikəst, axtalanmış, hər hansı bədən üzvündə eyib olan heyvanı Allah yolunda qurban kəsmək Allaha ədəbsizlik və günahdır. Heyvan xəstə və zəif, qocalıb əldən düşmüş olmamalıdır. Dəvənin ən azı 5 yaşı bitib 6-cı ilə keçməlidir. 

İnəyin və keçinin 2 yaşı bitib 3-cü ilə keçməsi kifayət edər. Qoyun isə ən azı 7 ayını başa vurub 8-ci aya keçməlidir. Amma ehtiyat üçün qoyunun bir ilinin tamam olması daha yaxşıdır”.

İlahiyyatçılar deyirlər ki, qurbanlıq heyvanı Qurban bayramı günü kəsmək daha yaxşıdır:

“Amma Qurban bayramından sonrakı iki gün ərzində də kəsməyin eybi yoxdur”.

“Hansı heyvanlar qurban kəsilə bilər?” sualına cavabında  bildirilir ki, İslam şəriətinə görə, dəvə, inək, keçi və qoyun cinsindən qurban kəsmək olar: 

“Qurani-Kərimdə Həcc surəsinin 28-ci və 34-cü ayələrində belə buyrulub. Həmin ayələrdə qurbanlığın «ənam» adlanan ev heyvanlarından olması şərt sayılıb. Quranın Ənam surəsinin 143-144-cü ayələrinə baxsaq «ənam» qisminə aid olan heyvanların yuxarıda adı çəkilən dörd cinsdən olduğu vurğulanıb”.

Xəzər
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 İyun 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri