Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

İmmun sistemi yaşlanmış hüceyrələri kənarlaşdıra bilər KƏŞF AZƏRTAC

İmmun sistemi yaşlanmış hüceyrələri kənarlaşdıra bilər KƏŞF AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 24 dekabr, AZƏRTAC

Veizman İnstitutunun alimləri yaşlanmanın əsas problemlərindən olan qocalmış hüceyrələrin bədəndə yığılması problemini həll etmək üçün innovativ yanaşma təklif ediblər. Bu hüceyrələr bölünmə qabiliyyətini itirərək aktiv qalır və immun sistemindən yayınaraq toxumalarda toplanır. Onlar xroniki iltihaba, yaşla bağlı xəstəliklərə və toxuma funksiyasının pozulmasına səbəb olur. Alimlərin araşdırmaları bu hüceyrələrin immun sistemi “tıxayaraq” bədəndə necə toplandığını və bunun qarşısını almağın yollarını üzə çıxarıb.

AZƏRTAC “Medical Press”ə istinadla xəbər verir ki, tədqiqat müəyyən faktorları ortaya qoyub. Belə ki, qocalmış hüceyrələr xərçəng hüceyrələrinə bənzər şəkildə immun sistemindən yayınmaq üçün PD-L1 adlı zülalı yüksək miqdarda ifadə edir. PD-L1 zülalı xərçəng müalicəsində əsas hədəflərdən biridir, çünki o, immun hüceyrələrin hüceyrəni tanımasına və məhv etməsinə mane olur. Veizman İnstitutunun alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələrdə bu zülalın miqdarı “p16” adlı başqa bir proteinin təsiri ilə artır. “P16” proteini hüceyrənin bölünməsini dayandıraraq yaşlanma prosesini tənzimləyir, lakin bu proses PD-L1-in təbii parçalanmasını çətinləşdirir və nəticədə immunitet sisteminin hüceyrələri məhv etməsi mümkün olmur.

Tədqiqatçılar bu bilikdən istifadə edərək qocalmış hüceyrələri hədəf alan yeni müalicə üsulu işləyib hazırlayıblar. Xərçəng müalicəsində istifadə edilən PD-L1 antikorlarından faydalanan alimlər, siçanlar üzərində aparılan təcrübələrdə bu antikorların immun sistemin hüceyrələri tanımasını və məhv etməsini aktivləşdirdiyini göstəriblər. Siçanların ağciyərlərində qocalmış hüceyrələrin sayı azalıb, həmçinin iltihab göstəriciləri əhəmiyyətli dərəcədə aşağı düşüb.

Professor Valeri Krijanovskinin rəhbərlik etdiyi tədqiqat qrupu bildirir ki, bu yanaşma qocalmış hüceyrələrin bədəndən çıxarılması ilə iltihabı azaldaraq xroniki xəstəliklərin qarşısını almaq potensialına malikdir. Tədqiqat, qocalmış hüceyrələrin yalnız yaşla deyil, həm də xroniki xəstəliklər, məsələn, xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) ilə əlaqəli olduğunu da göstərib. Siqaret çəkənlərdə rast gəlinən bu xəstəlikdə də qocalmış hüceyrələrin yüksək səviyyədə PD-L1 ifadə etdiyi aşkarlanıb.

Alimlər gələcəkdə PD-L1 və digər qocalma göstəricilərini birgə hədəf alan mühəndislik antikorlarının daha dəqiq və effektiv müalicələr təmin edə biləcəyinə inanır. Bu kəşf immunoterapiyanın yalnız xərçəng müalicəsində deyil, həm də yaşlanma ilə bağlı xəstəliklərin və xroniki iltihab problemlərinin həllində geniş tətbiqinə yol aça bilər. Krijanovski qeyd edir ki, bu müalicə “qocalma saatını dayandırmasa da,” yaşlanmanın mənfi təsirlərini azaldaraq həyat keyfiyyətini artırmaq üçün yeni imkanlar açır.

Tədqiqat, qocalmış hüceyrələrin bədəndən çıxarılmasının yaşla bağlı xəstəliklərin müalicəsində inqilabi dəyişikliklər edə biləcəyini ortaya qoyur və gələcək tibb üçün böyük ümidlər vəd edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see282

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see274

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see269

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see265

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see263

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see259

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see249

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see244

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see229

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see219

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see218

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see208

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see206

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see205

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see202

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see202

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see198

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see196

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see190

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri