Icma.az
close
up
RU
İmmunitet üçün ən vacib MADDƏ Ölkəmizdə ciddi defisiti var!

İmmunitet üçün ən vacib MADDƏ Ölkəmizdə ciddi defisiti var!

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Hamı bilir ki, yod qalxanvari vəzinin normal fəaliyyəti üçün ən vacib maddədir. Lakin yodun orqanizmdə daha az bilinən funksiyası da var.

Yod immun sisteminin effektli işləməsi üçün ən vacib maddələrdən biridir. Belə ki, məhz yodun köməyi ilə immun hüceyrələri olan faqositlər öz funksiyalarını yerinə yetirir.

Xəstəliyin törədicisi olan hər hansı bir mikrob və ya virus orqanizmə daxil olduqda, onların “yolunu kəsən” ilk immun hüceyrələri faqositlər olur. Faqositlər patogenləri mexaniki olaraq “udur” (“phagein” yunan dilində “yemək” və ya “udmaq” deməkdir, “cyte” – “hüceyrə”) və bununla orqanizmdə yayılmasının qarşısını alır. İmmun sistemi güclü olan bir çox insanlarda bakteriya və viruslar (və o cümlədən koronavirus) selikli qişalardan dərhal zərərsizləşdirilir və orqanizmə daxil olmur.

Faqositlərdən əlavə leykositlər, immunoqlubulin, komplement və s. kimi immun sisteminin vacib tərkib hissələrinin normal fəaliyyəti orqanizmə yodun səviyyəsi ilə sıx əlaqəlidir.

Yod defisiti zamanı immun sistemi effektli işləyə bilmir və insan daha tez-tez və daha ağır xəstələnməyə başlayır.

ÜST-in məlumatlarına görə, dünyada 140-dan ölkədə yod defisiti müşahidə olunur. Azərbaycanın bir çox bölgələrində də bu problem var.

Orqanizmi yodla təmin etmək üçün yodlaşdırılmış duz (daha yaxşı dəniz duzundan) daim istifadə etmək, qidalanmada yodla zəngin olan qidaların miqdarını artırmaq lazımdır.

Saglamolun.az oxucularına yodla zəngin olan məhsulların siyahısını təqdim edir:

- dəniz balığı

- dəniz kələmi (laminariya)

- feyxoa

- xurma

- yumurta

- göbələk

- süd məhsulları

- ət, qaraciyər

- qarabaşaq.

Həmçinin mütəxəssislər qeyd edirlər ki, yod preparatlarını yalnız analiz verdikdən və həkimlə məsləhətləşdikdən sonra qəbul etmək olar. Orqanizmdə yodun normadan artıq səviyyədə olması da təhlükəlidir ki, bu zaman autoimmun xəstəliklərin inkişafı riski artır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri