Icma.az
close
up
RU
İmmuniteti gücləndirən mükəmməl bitki FAYDALARI

İmmuniteti gücləndirən mükəmməl bitki FAYDALARI

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Mövsüm keçidlərində, allergiya vəziyyətlərində, xolesterol və şəkər xəstəlikləri, immunitet sisteminin güclü saxlanmasında və bu kimi digər hallarda məsləhət görülən çörəkotu mükəmməl bir bitkidir.

Çörəkotunun faydaları bunlarla bitmir. Bu bitkinin saç və dəriyə qulluq üçün də dəstəkləyici rolu var. Aparılan araşdırmalar çörəkotunun tərkibində 100-dən çox birləşmə olduğunu sübut edib. Bunlardan bəziləri nigellon və alpha pinen birləşmələri, Omega-3, Omega-6 yağ turşuları, selenium, sink, dəmir, mis, kalsium mineralları və E vitaminidir. Bu birləşmələr və yağ turşuları xüsusən immunitet sisteminin qüvvətlənməsində son dərəcə vacib rol oynayır.  

Ana südünü artırır və hüceyrələri yeniləyir

Salatlara əlavə edəcəyiniz yarım çay qaşığı çörəkotu yağı həm dadı artırır, həm də sağlamlığa xidmət edir. Üyüdülmüş çörək otunu qatığa qataraq da yeyə bilərsiniz. Çörəkotu tərkibindəki birləşmələr sayəsində hüceyrələri yeniləyici xüsusiyyəti ilə yanaşı, ana südünü artırmağa da kömək edir. Bunun üçün istər yağ, istər üyüdülmüş formada bala qataraq yeyə bilərsiniz. Şora xüsusi dad vermək üçün qatılan da məhz çörəkotudur.

Milli.az xəbər verir ki, çörəkotu yağı alarkən diqqətli olmaq lazımdır. Bunun üçün aşağıdakıları bilməlisiniz.

Dad: Çörəkotu toxumunun dadı yüngüldür. Dadın acı olması bu yağın keyfiyyətli olması demək deyil. Yağın məhsuldarlığının artırılması üçün sıxma əsnasında istilik əməliyyat tətbiq edilir. Bu da rəngin tündləşməsinə, dadın acılanmasına səbəb olur. Bunu təhlillərdə peroksid miqdarına baxılaraq da anlamaq mümkündür. Halbuki soyuq pres üsulu ilə əldə edilən çörək otu yağında acılıq və boğazı yandırma nisbəti yüngüldür.  Bundan başqa, oksigenlə təmas edən, depolanma şərtləri uyğun olmayan çörək otu yağlarında turşuluq miqdarı və peroksid miqdarı artır. Bu da acı dadda və yağın rəngində artmaya səbəb olur.

Rəng: Yağın rəngi orijinalında soyuq sıxmada açıqdır.

İyi: Xarakterik çörəkotu qoxusu.

Peroksid: Soyuq preslənmiş və təbii yağlarda maksimum 15 meq O2/kq olması lazımdır. Yağlar və peroksid miqdarı oksidləşmə dərəcəsi haqqında məlumat verir. Lipid oksidləşmənin mərhələsidir, arzuedilməz dad və qoxu yaranması, yağda həll olan bəzi vitaminlərin itkisinə, sərbəst radikalların artmasına səbəb ola bilər.

Turşuluq: Turşuluq dərəcəsi 1-10 faiz arasında dəyişir. Sağlam qidalanmanız üçün keyfiyyətli və soyuq sıxılmış çörəkotu yağı seçin. Bunun üçün ya yağın peroksid miqdarını ölçdürən, ya da güvənli, standartlara uyğun istehsal edən firmalara üstünlük verin.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see353

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see317

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see301

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see253

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see249

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see245

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see238

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see226

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see225

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see219

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see215

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see213

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see211

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see209

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see209

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see206

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see205

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see203

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see190

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri