Icma.az
close
up
RU
İmpressionizmlə kubizm arasında... Pikasso niyə “Biz hamımız Sezanın uşaqlarıyıq” deyirdi?

İmpressionizmlə kubizm arasında... Pikasso niyə “Biz hamımız Sezanın uşaqlarıyıq” deyirdi?

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

22 oktyabr fransız rəssamı, postimpressionizm cərəyanının yaradıcısı və görkəmli nümayəndəsi Pol Sezanın anım günüdür.

Kulis.az bu münasibətlə sənətkarın həyatı, yaradıcılığı və 5 önəmli əsəri haqqında materialı təqdim edir.

Pol Sezan, 19-cu əsrin sonlarında ortaya qoyduğu özünəməxsus sənətkar baxışı ilə müasir rəssamlığın öncüllərindən biri kimi qəbul edilir.

Klassik qaydaları sual altına alan yanaşması və təbiəti həndəsi formalar vasitəsilə yenidən şərh etməsi onu impressionizm ilə kubizm arasında körpü roluna gətirib.

Sənətçinin rəng, forma və perspektiv üzərində inkişaf etdirdiyi yenilikçi üsullar 20-ci əsr sənətinin əsas sütunlarını təşkil etmiş və çoxsaylı qabaqcıllara ilham verib.

Pol Sezan Kimdir?

19-cu əsrin sonu ilə 20-ci əsrin əvvəlləri arasında sənətdə dərin bir dəyişikliyin xəbərçisi olan Pol Sezan, müasir sənətin qurucu simalarından biri sayılır.

1839-cu ildə Fransanın Eks-an-Provanse şəhərində dünyaya gələn Sezan gəncliyində hüquq təhsili almağa başlasa da mış, lakin tezliklə rəsm çəkməyə olan ehtirası hər şeyə üstün gəlib.

Ailəsinin mühafizəkar dəyərləri və sənətə müəyyən qədər uzaq münasibətinə baxmayaraq, Parisə gedərək Emil Zolya kimi intellektuallarla yaxınlıq qurub, orada dövrün avanqard rəssamları ilə tanış olub.

Sezan akademik sənətdən uzaq duraraq daha şəxsi, eksperimental və struktur dağıdıcı bir yanaşma inkişaf etdirib.

Həyatı boyunca çoxsaylı təcrid və tənqidlərlə üzləşsə də, ehtirasla davam etdirdiyi yaradıcılıq prosesi onu yalnız impressionizm hərəkatının çərçivəsindən çıxaran biri kimi deyil, həm də kubizmin əsaslarını qoyan bir sənətkara çevirib.

Pol Sezanın sənət yolculuğu ilk dövrlərində romantik və barokko təsirlərin göründüyü tünd rəng palitrası ilə başlayır.

Gəncliyində Delakrua və Kurbey kimi rəssamların dramatik üslublarına maraq göstərib lakin Parisə köçdükdən sonra impressionist mühitlə tanış olaraq rəng, işıq və təbiətin təsvirində yeni yollar axtarmağa başlayıb.

1870-ci illərdə Klod Monet, Kamil Pisarro və Pyer-Oküst Renoir kimi sənətçilərlə birlikdə çalışıb, impressionist sərgilərdə iştirak edib, lakin heç vaxt bu hərəkatın sərt çərçivələrinə sığmayıb.

Sezanın impressionizmdən ayrıldığı məqam, təbiəti yalnızca müvəqqəti işıq oyunları və anlıq təəssüratlar kimi deyil, həm də strukturca bütöv şəkildə əhatə etmək cəhdidir.

Bu yanaşması ilə fiqurları həndəsi formalarla sadələşdirməyə başlayıb, beləliklə rəsmlərində həcm, dərinlik və məkan əlaqələrini daha sistematik şəkildə qurub.

Ondan sonra gələn kubist sənətçilər, xüsusilə Pablo Pikasso və Jorj Brak, Pol Sezanın bu strukturlaşdırıcı baxışını əsas götürərək müasir sənətin istiqamətini dəyişdiriblər.

Sənət həyatında heç bir hərəkatın tam üzvü olmağı qəbul etməyən Sezan, təbiətə sədaqət ilə abstraksiya arasında qurduğu balansla özünəməxsus bir üslub yaradıb; bu da onu həm impressionizmin, həm də modernist hərəkətlərin arasında körpü quran nadir bir şəxsiyyət edib.

Pol Sezanın sənət anlayışı formalar üzərində araşdırmalar və struktur bütövlüyü əsasında qurulmuş özünəməxsus rəsm dili ilə xarakterizə olunur.

Rəsmlərində obyektləri yalnız vizual təəssürat kimi deyil, həm də üçölçülü həndəsi formalar kimi qavramağa çalışır.

Bu kontekstdə təbiətdəki hər şeyi kürə, konus və silindr kimi əsas formalarla ifadə etmək onun üslubunun təməl daşı olub. Həcm yaratmaq üçün istifadə etdiyi paralel və ya kəsişən qısa fırça zərbələri səthdə ritmik və titrəyən bir təsir yaradır.
Bu texnika vasitəsilə obyektlər həm durğun, həm də canlı təsir bağışlayır.

Rəng Pol Sezanın əsərlərində yalnız dekorativ element deyil, həm də forma yaratmaq vasitəsidir. Kölgə və işıq üçün klassik qara-ağ kontrastdan fərqli olaraq soyuq və isti rənglərin qarşılaşdırılmasını istifadə edir.

Beləcə, obyektlərin konturlarını yumşaldaraq onları ətraf mühitlə ahəngdar göstərir. Perspektivdə adət edilən qaydaları rədd edir.

Tək baxış nöqtəsinə bağlı qalmaq əvəzinə, obyektləri fərqli baxış bucaqlarından göstərərək məkanı çoxölçülü şəkildə qavramağa imkan verir.

Bu yanaşma ənənəvi xətti perspektivə meydan oxuyan inqilabi bir mövqe kimi qiymətləndirilir.

Pol Sezanın 5 əsas əsəri


"Mont Sainte-Victoire" (1885–1906)


Pol Sezanın ən ikonik əsərlərindən biri olan "Mont Sainte-Victoire" rəssamın təbiətə olan bağlılığını əks etdirir.

Eyni dağa müxtəlif işıq və atmosfer şəraitində dəfələrlə baxaraq yaratdığı bu seriya onun təbiəti analiz və strukturlaşdırma üsulunu nümayiş etdirir.

Dağ Sezanın həndəsi formalarla bağlı marağına uyğun olaraq fərqli strukturda təsvir olunur.

Rəng keçidləri və fırça zərbələri ilə həm həcm, həm də ritm hissi yaradılır.


"The basket of apples" (təxminən 1893)
Bu məşhur natürmort Pol Sezanın klassik perspektiv qaydalarını necə sual altına aldığını göstərən əhəmiyyətli nümunədir.

Masa üzərindəki tarazsızlıq, obyektlərin əyri xətləri və fərqli baxış bucaqlarının bir araya gəlməsi izləyicini ənənəvi rəsm anlayışını yenidən qiymətləndirməyə dəvət edir.

Bu əsərdə meyvələr yalnız obyektlər deyil, həm də forma, rəng və tarazlıq anlayışlarının yenidən şərh olunduğu vasitə kimi çıxış edir.


"The card players" (1890–1895)


Beş fərqli versiyası olan "The Card Players" seriyası Pol Sezanın fiqurativ sənətə yanaşmasını əks etdirən şah əsəridir.

Oyunçuların hərəkətsizliyi, səhnədəki sakitlik və məkanın sadəliyi fiqurları demək olar ki, heykəltəraşlıq keyfiyyətinə yüksəldir.

Hər fiqurun həndəsi olaraq qurulması Pol Sezanın insan bədənini də təbiətdəki formalar kimi araşdırdığını göstərir. Kompozisiya tarazlıq və uyğunluq prinsipləri əsasında formalaşıb.


"Still life with a curtain" (1895)
Bu natürmort Pol Sezanın obyektlərə tətbiq etdiyi həcmli yanaşmanın uğurlu nümunəsidir.

Meyvələr, masa örtüyü və pərdə arasındakı münasibətlər müxtəlif teksturaların və səthlərin necə təsvir ediləcəyini araşdırır.
Perspektivin qəsdən pozulması izləyicinin baxış bucağının rəsmdə dəyişməsinə şərait yaradır.
Formal sadəliklə yanaşı daxili gərginlik daşıyan kompozisiya Pol Sezanın klassika ilə modern arasında körpü rolu oynadığını vurğulayır.


"Avtoportret" (1880–1881)
Bu əsər Pol Sezanın özünü təsviri onun həm xarici görünüşü, həm də daxili aləmi haqqında nüasnları təqdim edir.

O, qalın və kəskin fırça zərbələri ilə üz xətlərini demək olar ki, heykəltəraşlıq kimi təsvir edib.

Rəssamın təbiəti strukturlaşdırdığı kimi öz üzünü də analiz edərək kətana köçürdüyü görünür.

Fonla fiqur arasında aydın sərhədin olmaması Pol Sezanın insanı da təbiətin bir hissəsi kimi gördüyünü göstərir.

Pol Sezan yalnız öz dövrünə deyil, 20-ci əsr sənətinə dərindən təsir edən sənətkardır.

Təbiəti “silindr, kürə və konus kimi həndəsi formalar vasitəsilə anlama” yanaşması Pablo Pikasso və Jorj Brakın inkişaf etdirdiyi kubist estetikaya təməl olub.

Hətta Pikassonun “Biz hamımız Sezanın uşaqlarıyıq” ifadəsi bu təsirin ölçüsünü açıq şəkildə göstərir.

Sezanın perspektiv anlayışı da klassik sənət qaydalarına meydan oxuyub.

Tək baxış nöqtəsinə bağlı qalmaq əvəzinə, obyektləri müxtəlif bucaqlardan birləşdirərək təsvir etmiş, beləliklə, izləyicini aktiv müşahidəçiyə çevirib.

Bu yenilikçi yanaşma, xüsusilə 20-ci əsrin əvvəllərində inkişaf edən abstrakt sənət hərəkatlarını mənəvi qidalandırıb.

Pol Sezanın fırça zərbələri ilə həcm yaratması və formaları rəng vasitəsilə qurmaq cəhdi onu saf formal problemlərə fokuslanan sənətkara çevirir.

Bu cəhəti ilə həm estetik, həm də nəzəri baxımdan sənətin inkişafında dönüş nöqtəsidir. Onun təbiətə baxışı, estetik yanaşması və texniki cəsarəti sənət tarixinə qazandırdığı ən böyük dəyərlərdən biridir.

Artür Rembo nə üçün Tanrı ilə bağlı şeirləri “şər” adlandırırdı? Bədii qiraət müsabiqəsi elan edilir İran şahının edam etdirdiyi azərbaycanlı millət vəkili - Araşdırma
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri