İmtahan həyəcanını azaltmaq üçün mütəxəssis tövsiyələri
Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İmtahan həyəcanı imtahanlara hazırlaşarkən və imtahan zamanı yaşanan narahatlıq, qorxu və gərginlik hissidir.
Pravda.az bildirir ki, bu vəziyyət həm fiziki, həm də psixoloji əlamətlərlə müşayiət olunur və akademik nəticələrə mənfi təsir göstərə bilər.
Mütəxəssislər qeyd edirlər ki, həyəcanın əsas səbəbləri arasında özünə inamsızlıq, ailə və cəmiyyət təzyiqi, keçmiş uğursuz təcrübələr, zəif vaxt bölgüsü, mükəmməllikçilik düşüncəsi və başarısızlıq qorxusu yer alır.
Əlamətlərə nələr daxildir?
Fiziki: ürək döyüntüsü, tərləmə, ürəkbulanma
Emosional: panik, qorxu, inamsızlıq
Zehni: diqqət dağınıqlığı, neqativ düşüncələr
Həyəcanı azaltmaq üçün tövsiyələr:
Dərin nəfəs və rahatlama texnikaları
Fiziki fəaliyyət və sağlam qidalanma
Özünə güvəni artırmaq, pozitiv düşünmək
Planlı hazırlaşmaq və vaxtı düzgün idarə etmək
Ailə və müəllim dəstəyindən faydalanmaq
Qeyd: Bu metodlarla yanaşı, psixoloji dəstək almaq və zehni gücləndirici texnikalardan istifadə də imtahan stressini idarə etməyə kömək edə bilər.
Əminə Bayramova


