Icma.az
close
up
RU
İmtahandan keçə bilmədiyi üçün təhqirli səsyazısı yayılan türkiyəli həkim işdən çıxarılır?

İmtahandan keçə bilmədiyi üçün təhqirli səsyazısı yayılan türkiyəli həkim işdən çıxarılır?

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Bir müddət əvvəl Bakıda fəaliyyət göstərən uzman fizioterapevt Musa Kılıçın diplomunun saxta olması ilə bağlı xəbərlər yayılıb. Qeyd olunub ki, Gürcüstanda universitetdə təhsil alan həkimin xarici dil bilikləri sual altındadır və onun diplomları saxtadır. M.Kılıç isə haqqında yayılan məlumatları təkzib edib.

Oxu.Az xəbər verir ki, bu söhbətlər səngiməmiş türkiyəli mütəxəssislə bağlı yeni səsyazısı yayılıb.

Səsyazısında Musa Kılıçın kimisə təhqir etdiyi əks olunub: "Axmaq, orada videonun 3, 4-cü dəqiqəsində bütün diplomlar paylaşılıb. Necə arsız bir millətsiniz?! Qanınız nə qədər xarabdır?! Kimsən sən? Dövlətin mənə verdiyi diplomlarla, icazələrlə peşəmi icra edirəm".

Bu səsyazısından sonra M.Kılıç yenidən paylaşım edib. O, son paylaşımında bu fikirləri səsləndirib:

"Peşə fəaliyyətimlə bağlı gerçəkləri əks etdirməyən məlumatlar paylaşıldı, sonradan reallıq ortaya çıxdı. Azərbaycan xalqını Türkiyə xalqından ayırmıram. Dövlətlərimizi nə qədər sevdiyimi bilən bilir. Bakıda qalma səbəbim xalqımızın mənə olan sevgisindən qaynaqlanır. Dünyanın ən inkişaf etmiş müalicə üsullarını Bakıda tətbiq edirik.

Bu gün səsyazısı yayıldı, səhifəmizə hücum edildi. Haqqımızda bəzi qarayaxma kampaniyaları başladı. Hücum adı altında "rədd ol, ölkənə get" kimi mesajlar göndərənlər var. Mən onları nəzərdə tutaraq həmin cavabı vermişəm. Bütün xalqı nəzərdə tutmamışam, xalqımız mənim başımın tacıdır. Qarayaxma kampaniyası aparanlara cavabım yoxdur, artıq heç nə deməyəcəyəm. İşimlə gündəmə gəlmək istəyirəm".

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Məsələyə aydınlıq gətirmək üçün M.Kılıça etdiyimiz zənglər cavabsız qaldığından diplomunun saxta olduğu bildirilən həkimin fəaliyyətini davam etdirib-etdirmədiyini öyrənmək üçün əməkdaşı olduğu "Medera Hospital"a üz tutduq.

Klinikanın Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bu fikirlər səsləndirilib:

"Musa Kılıç "Medera Hospital"da fəaliyyətini davam etdirir. Həkimə nazirlik tərəfindən təqdim edilmiş sənədlər klinikada var. M.Kılıçın əmək fəaliyyətini davam etdirməsi ilə bağlı lazım olan bütün sənədləri mövcuddur. Sənədsiz fəaliyyətinə necə davam edə bilər?"

Qeyd edək ki, məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzinə (AEM) sorğu ünvanlanıb.

Xatırladaq ki, bu yaxınlarda Türkiyə vətəndaşı, uzman fizioterapevt Musa Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunub, imtahanda müvafiq keçid balını toplaya bilmədiyi üçün uğursuz nəticə əldə edib və ona Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən yalnız akademik tanınma şəhadətnaməsi təqdim olunub.

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Mart 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri