Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

İmtahandan narazı qalan müəllimlər hökumətə çağırış edirlər: Düzgün cavab verdiyimiz suallar da səhv kimi qeydə alınmışdı

İmtahandan narazı qalan müəllimlər hökumətə çağırış edirlər: Düzgün cavab verdiyimiz suallar da səhv kimi qeydə alınmışdı

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

20 iyun 2025-ci il tarixində ölkənin müxtəlif bölgələrində Elm və Təhsil Nazirliyi (ETN), Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən keçirilən müəllimlərin sertifikatlaşdırma imtahanı ciddi narazılıqlara səbəb olub.

Gununsesi.info-ya müraciət edən bir qrup müəllim bildirir ki, imtahan prosesi zamanı çoxsaylı texniki və hüquqi pozuntular baş verib.

Onların iddiasına görə, kompüterlərdə donma, sistemin ləng işləməsi, suallarda texniki səhvlər, cavabların qeyri-müəyyənliyi, hətta bəzi hallarda düzgün cavabın səhv kimi qeydə alınması müşahidə olunub:

“Müəllimlərin kompüterlərinə müdaxilə olmuşdu. Kompüterlər ya donurdu, ya da ləng işləyirdi. Bəzi sualların tərtibatı səhv idi. Vaxt düzgün bölünməmişdi. Elə suallar vardı ki, cavablar bir-birinə zidd idi, bəzilərində isə bir neçə doğru cavab var idi və ya ümumiyyətlə düzgün cavab yox idi. Düzgün cavab verdiyimiz suallar da səhv kimi qeydə alınmışdı 3 gündən sonra bizim şəxsi elektron kabinetimizə 30 baldan aşağı topladığımıza dair məlumat daxil oldu. 

Bütün bu neqativ hallar nəticəsində biz sertifikatlaşdırma imtahanından kəsilmişik. İmtahan suallarının imtahan bitdikdən sonra iştirakçılara təqdim olunmaması, biz – imtahan verən müəllimlərin apellyasiya hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, şəxsi kabinetdə hansı suallarla bağlı şikayət edəcəyimizi müəyyənləşdirmək üçün bizim həmin suallara çıxış imkanımız olmayıb. Hətta imtahan bitdikdən sonra bizə vərəqə hər hansı qeydlər aparmağa da icazə verilməyib. Bu isə həm imtahan qaydalarının, həm də imtahan iştirakçısının hüquqlarının birbaşa pozulması deməkdir”.

Onlar iddia edir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarla müqayisədə bu prosesdə heç bir şəffaflıq olmayıb.

“İmtahan kompüter vasitəsilə keçirildiyindən, təşkilatçılar tərəfindən sistemə kənardan istənilən müdaxilənin olunması ehtimalı mövcuddur. Halbuki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlar kağız formatında keçirilir, cavab kartları imzalanaraq təşkilatçılar tərəfindən toplanır və sual kitabçaları isə imtahan iştirakçılarına təqdim olunur. Bu yanaşma şəffaflıq və sonradan ediləcək şikayətlər üçün sübut təqdim etmək baxımından tam imkan yaradır.

Lakin ETN, MÜTDA və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən təşkil olunmuş sertifikatlaşdırma imtahanında bu şəffaflıq təmin olunmamışdır. Yuxarıda sadalanan neqativ hallar nəticəsində bizim hüquqlarımız kobud şəkildə pozulmuş, nəticələr isə əsassız şəkildə “uğursuz” elan olunmuşdur. Nəticədə, 30 iyun 2025-ci il tarixində minlərlə müəllim əmək fəaliyyətinə xitam verilərək işsiz vəziyyətə salınmışdır” – deyə müəllimlər əlavə edib.

Müəllimlərin narazı qaldığı əsas məqam isə apellyasiya hüququnun faktiki olaraq təmin edilməməsidir.

Onlar qeyd edirlər ki, apellyasiya nəticələri elan olunmadan müəllimlərin əmək müqavilələrinə xitam verilməsi, qanunvericiliyin birbaşa pozulmasıdır.

Müraciət edən şəxslər bildirirlər ki, apellyasiya şikayəti verildikdən sonra, qanunvericiliyə əsasən 30 günlük gözləmə müddəti təmin olunmalı idi:

“Yalnız apellyasiya nəticələri rəsmi şəkildə elan edildikdən sonra əmək münasibətlərinə xitam verilməsi mümkün ola bilərdi. Lakin bu qaydalara əməl edilməmiş, 30 iyun 2025-ci il tarixində ölkə üzrə minlərlə müəllim, şəffaflıqdan uzaq, kənar müdaxilələrlə müşayiət olunan və etibarsız hesab edilən sertifikasiya prosesi nəticəsində tələsik şəkildə işdən azad olunmuşdur.

Rəsmi əsas kimi isə göstərilir ki, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanmış əmək müqavilələrinə, sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilib. Lakin bu, hüquqi və məntiqi baxımdan ciddi suallar doğurur.

Biz illərdir peşəkar, səriştəli, savadlı və məsuliyyətli müəllimlər kimi üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişik. Bunu təkcə rəsmi göstəricilər deyil, həmçinin pedaqoji kollektivimiz və valideynlər də təsdiq edə bilər”.

Müəllimlər ölkənin bütün müvafiq qurumlarına, nazirliklərə və Prezident Administrasiyasına müraciət edərək, baş verənlərin araşdırılmasını, saxta və qeyri-şəffaf keçən sertifikasiya imtahanlarının nəticələrinin ləğv edilməsini, hüquqlarının bərpa olunmasını və işlərinə qaytarılmalarını xahiş edirlər.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 İyul 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri