Icma.az
close
up
RU
İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası ilə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası ilə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

 Bakı, 29 may, AZƏRTAC

Auditorlar Palatası və İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) nümayəndə heyətləri arasında əməkdaşlığın inkişafına dair görüş keçirilib.

Qurumdan AZƏRTAC-a verilən məlumata görə, Auditorlar Palatasında baş tutan işgüzar görüşdə icraçı direktor Səbuhi Gülməmmədov, sədrin müşaviri Fəqan Qarayev, sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, ACCA-nın Yaxın Şərq və Avrasiya üzrə rəhbəri Kush Ahuja və Avrasiya üzrə ictimai əlaqələr şöbəsinin rəhbəri Gaukhar Ashirbekova iştirak ediblər.

Görüşün əsas məqsədi 2024-cü ilin sentyabr ayında imzalanmış, yenilənmiş anlaşma memorandumunun icrası çərçivəsində görülmüş işlərin müzakirəsi, dayanıqlı inkişafa dair hesabatlılığın təmin edilməsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, Azərbaycanın Auditorlar Palatasının ACCA-nın qeydiyyatdan keçmiş təlim tərəfdaşı (Registered Learning Partner) kimi tanınması və digər məsələlərin müzakirəsindən ibarət olub.

Səbuhi Gülməmmədov Auditorlar Palatası tərəfindən son dövrlərdə peşənin təşkili və tənzimlənməsinə dair həyata keçirilmiş işlər, beynəlxalq təcrüənin öyrənilməsi və tətbiqi, o cümlədən 23 və 24 may tarixlərində keçirilmiş “ƏL/TMM sahəsində nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda beynəlxalq elmi-praktik konfrans, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin son versiyasının Azərbaycan dilinə tərcüməsi və nəşri, Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu ilə birgə nəşr etdirilmiş “İstixana qazlarının uçotunun əsasları-dayanıqlı inkişafla bağlı MHBS standatları əsasında” adlı təlimatın nəşri barədə məlumat verib və palatanın 2024-cü il üzrə fəaliyyətinin yekunlarında dair nəşr etdirilmiş hesabatını qonaqlara təqdim edib.

Daha sonra çıxış edən Fəqan Qarayev Auditorlar Palatası tərəfindən dayanıqlı inkişafa dair hesabatlılığın təkmilləşdirilməsi istiqamətində ACCA ilə əməkdaşlığın perspektivlərini vurğulayıb, Auditorlar Palatasının üzvləri üçün bu sahədə birgə ixtisasartırma kurslarının və sertifikasiyanın təşkili, Auditorlar Palatasının ACCA tərəfindən rəsmi təlim tərəfdaşı kimi tanınması məsələlərinin əməkdaşlığın prioritet istiqamətlərini təşkil etdiyini vurğulayıb.

ACCA-nın Yaxın Şərq və Avrasiya üzrə rəhbəri Kuş Ahuja və Avrasiya üzrə ictimai əlaqələr şöbəsinin rəhbəri Gaukhar Ashirbekova görüşə görə palatanın rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

K.Ahuja Azərbaycanın Auditorlar Palatası tərəfindən görülən işləri yüksək qiymətləndirərək iki qurum arasında əməkdaşlıq çərçivəsində MHBS S1 və S2 Dayanıqlı İnkişaf Standartlarının və 5000 saylı Davamlılığın Təminatı üzrə Beynəlxalq Standartın tətbiqinə dair Palatanın üzvləri üçün ACCA-nın yeni dayanıqlı inkişafa dair sertifikatlaşdırma layihəsini birgə həyata keçirməyi təklif edib.

Daha sonra sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov çıxışında dayanıqlı inkişafa dair hesabatlılığın təmin edilməsində auditorların rolundan bəhs edib.

Görüşün sonunda nümayəndə heyətləri gələcək əməkdaşlıq istiqamətləri üzrə geniş fikir mübadiləsi aparıb və prosesin davamlı inkişafı üçün qarşılıqlı fəaliyyət planlarının hazırlanmasına dair razılığa gəliblər.

Auditorlar Palatasının nümayəndə heyəti iki qurum arasında əməkdaşlığın inkişafına verdikləri dəstəyə görə Kuş Ahujaya və Gauxar Aşirbekovaya minnətdarlıqlarını bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri