Icma.az
close
up
RU
“İMZA” İB 2025 ci ildə də beynəlxalq əhəmiyyətli tədbirlərini davam etdirəcək

“İMZA” İB 2025 ci ildə də beynəlxalq əhəmiyyətli tədbirlərini davam etdirəcək

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi “Konstitusiya və Suverenlik” ili çərçivəsində yerli və beynəlxalq əhəmiyyətli  tədbirlər keçirəcək. Bu barədə İctimai Birliyin sədri Xəyyam Əsgərov İB-nin İdarə heyətinin iclasında məlumt verib. Bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin qərarı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması tarixi hadisədir. Çünki 1995-ci ildə qəbul olunmuş konstitusyamız və 30 ildən sonra ərazilərimizin işğaldan azad olunmasından sonra  suverenliyimizin təmin olunması Azərbaycan tarixində böyük əhəmiyyətə malik tarixi hadisələrdir. 2025-ci ildə tədbirlərimizi məhz bu önəmli il çərçivəsində daha yüksək səviyyədə keçirəcəyik. Vurğuladı ki, bütün tədbirlərimizdə iştirakçılar ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursuna tam dəstək verdiklərini və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın  ölkəmizin dünyada tanıdılması, irsimizin, mədəniyyətimizin təbliği, inkişafı üçün atdığı addımları rəğbətlə qarşıladıqlarını, təqdir etdiklərini bildiriblər. O dedi ki, sosial şəbəkələrdə də fəaliyyətimiz uğurla davam edir. İdarə etdiyimiz səhifələrin statistikası  milyonlarla ölçülür. Bundan başqa İctimai Birliyə üzv olmaq istəyən vətəndaşlarımızın arzusu nəzərə alınaraq, yüzlərlə yeni üzv sıralarımıza qoşulub. “İMZA” İB-nin Türkiyə təmsilçisi, qardaş ölkənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç bildirdi ki, artıq İctimai Birlik bütün türk dünyasında yaxşı tanınır, fəaliyyəti müsbət qarşılanır. Xüsusi ilə də beynəlxalq əhəmiyyətli tədbirlərimiz rəğbətlə qarşılanır. H.Kılıç türk dünyasının ortaq maraqlarına xidmət edən layihələrin sayının artırılmasının önəminə diqqət çəkdi. Sədrin Beynəlxal məsələlər üzrə müavini Elnar Məmmədli “İMZA” İB-nin 2025-cü ildə keçiriləcək beynəlxalq və yerli əhəmiyyətli tədbirləri barədə danışdı. Qeyd etdi ki, yenə də qərbi Azərbaycan mövzusu diqqətdə saxlanılacaq. Soydaşlarımızın tarixi torpaqlarımıza qayıdış hüququna beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqəsdi ilə növbəti beynəlxalq konfransın keçirilməsinə hazırlıq işləri başa çatmaq üzrədir. Tədbirin yüksək səviyyədə baş tutmasında əvvəlki illərin təcrübəsi və təşkilatın getdikcə güclənən beynəlxalq əlaqələri həlledici rol oynayacaq. “İMZA” həmçinin daha bir beynəlxalq simpozium keçirməyi də planlaşdırır və hazırda həmin layihə üzərində intensiv iş aparılır. Sədrin müşaviri Emin Qəribli iclas iştirakçılarını daha çox iqtisadi əhəmiyyət daşıyacaq həmin tədbir barədə məlumatlandırdı. Bundan başqa “İMZA” milli mədəniyyətimiz və irsimizlə əlaqdar önəmli bir layihəni, həmçinin regionlarda sosial dəstək mahiyyətli və əhəmiyyətli aksiyalarını da bu il davam etdirəcək.

Sonra “İMZA” İB-nin yeni təyinatları açıqlanıb. İlahə Nadirova sədrin müşaviri, Elvira Məmmədova isə İnsan Resursları departamentinin rəhbəri təyin olunublar. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Aprel 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri