Icma.az
close
up
RU
İnam Heydər Malik: COP27 və COP28də verilən vədləri yerinə yetirməyin vaxtı çatıb Xəbər saytı Son xəbərlər və Hadisələr

İnam Heydər Malik: COP27 və COP28də verilən vədləri yerinə yetirməyin vaxtı çatıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistan təbii fəlakətlərlə mübarizəni bir regionla məhdudlaşmayan qlobal problem kimi qəbul edir.

BAKU.WS xəbər verir ki, bunu report-a müsahibəsində Pakistanın Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Malik deyib.

O qeyd edib ki, bir ölkədə baş verən təbii fəlakət çox vaxt temperaturun yüksəlməsi, buzlaqların əriməsi və digər qlobal proseslərlə əlaqəlidir:

"Bizim vəzifəmiz təbii kataklizmlərin inkişafını proqnozlaşdırmaq və onların trayektoriyalarını müəyyən etməkdir. Burada məqsəd cəmiyyəti əvvəlcədən məlumatlandırmaq və onlara hazırlaşmaq üçün vaxt verməkdir".

General bildirib ki, Pakistan təbii fəlakətləri onların baş verməsindən 10 ay əvvəl proqnozlaşdırmağı öyrənib ki, bu da zərər və insan itkilərini minimuma endirməyə imkan verir.

"COP27 və COP28 konfranslarında verilən vədləri yerinə yetirməyin vaxtı gəlib çatıb. Biz iqlim maliyyələşdirilməsi ilə bağlı İtki və Zərərlə Mübarizə üzrə Qlobal Fondu işə salmalıyıq. Bu fond regionlarda ictimai təşkilatların iştirakı və innovasiyaları stimullaşdırmaq üçün özəl sektorun cəlb edilməsi də daxil olmaqla müxtəlif komponentlərə bölünməlidir", - o deyib.

Onun sözlərinə görə, iqlim maliyyələşdirilməsi təkcə dövlət qurumlarının deyil, fəlakətlərə cavab vermək üçün texnologiya və materialların hazırlanmasında mühüm rol oynaya bilən özəl sektorun töhfəsini də nəzərə almalıdır.

"Fəaliyyət üçün vaxt getdikcə azalır. Biz artıq Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunacaq 2030-cu ilə gedən yolun təxminən yarısını keçmişik. İndi əvvəllər müəyyən edilmiş vəzifə və məqsədlərin həyata keçirilməsi üçün siyasəti yenidən nəzərdən keçirmək və genişmiqyaslı cavab tədbirləri görmək lazımdır", - general bildirib.

Azərbaycanla münasibətlərə toxunan H.Malik vurğulayıb ki, Pakistan beynəlxalq təşkilatlar və ölkələrlə, o cümlədən Azərbaycan, Avropa, Şərqi Asiya dövlətləri və kiçik ada ölkələri ilə fəal əməkdaşlıq edir.

"Biz tərəfdaşlarımıza müraciət edərək Pakistanın soyuq şimal bölgələrindəki fəlakətlərlə dünyanın digər yerlərindəki oxşar zonalar arasındakı əlaqəni öyrənməyi təklif etmişik".

O qeyd edib ki, bu, tarixi məlumatlar və müasir erkən xəbərdarlıq texnologiyaları əsasında bilik mübadiləsi aparmağa və cavab tədbirlərini təkmilləşdirməyə imkan verir.

"COP29 konfransına hazırlıq çərçivəsində azərbaycanlı həmkarlarla məhsuldar qarşılıqlı fəaliyyəti xüsusilə qeyd etmək istəyirəm. Bütövlükdə, Bakıda COP29 yüksək səviyyədə təşkil edilib. Bu platformada əməkdaşlıq qlobal iqlim problemlərinin həllində önəmli addım ola bilər", - o deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://baku.ws
archiveBu xəbər 22 Noyabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see334

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see298

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see251

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see238

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see218

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see208

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see175

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see126

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri