Icma.az
close
up
RU
İnam Kərimovdan hakimlərin etik davranış qaydaları ilə bağlı açıqlama

İnam Kərimovdan hakimlərin etik davranış qaydaları ilə bağlı açıqlama

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən dövr məhkəmə hakimiyyəti üçün də kifayət qədər məhsuldar və uğurlu olub. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində qanunvericilik və institusional islahatlar aparılıb, bu islahatların beynəlxalq aləmdə təbliği məqsədilə mühüm tədbirlər həyata keçirilib.

"Unikal" xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Bakıda keçirilən Azərbaycan Hakimlərinin II Forumunda açılış nitqi zamanı səsləndirib.

Onun sözlərinə görə, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, hüquqi məsələlərin həllində yanaşmanın sabitliyinin və mövqelərin proqnozlaşdırılan olmasının təmin edilməsi istiqamətində işlər davam etdirilib: "Belə ki, əlavə və dəyişikliklərlə birgə Ali Məhkəmə tərəfindən 10 Plenum qərarı, 2 kollegiya qərardadı qəbul edilib, 45 yekun məhkəmə qərarına 3 ulduz statusu verilib. 2025-ci il, həmçinin beynəlxalq əməkdaşlıq sahəsində də mühüm nailiyyətlərlə yadda qalıb. Məhkəmə-Hüquq Şurasının 20 illik yubileyinə həsr olunmuş tədbirlər, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq, qarşılıqlı anlaşma memorandumlarının imzalanması, eləcə də Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu bir daha təsdiqləyib. Bu çərçivədə hakimlərimiz müxtəlif ölkələrdə təlim proqramlarında iştirak edib, xarici mütəxəssislər ölkəmizə səfərlər ediblər”.

İnam Kərimov qeyd edib ki, ötən dövr məhkəmə sistemi üçün səmərəli və məhsuldar olsa da, hələ bir sıra vacib vəzifələr var: "Hesab edirəm ki, vahid məhkəmə təcrübəsinin daha geniş tətbiqi sayəsində qərarların proqnozlaşdırıla bilən olması mühüm əhəmiyyət daşıyır. Həmçinin hakimlərin iş yükünün optimallaşdırılması, onların sosial təminatının gücləndirilməsi və etik davranış qaydalarının təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzindədir. Bununla yanaşı, məhkəmələrdə İKT-nin inkişafı və süni intellektin tətbiqi mürəkkəb işlərin analizində və qərarların dəqiqliyinin artırılmasında əhəmiyyətli rol oynayacaq",- deyə o qeyd edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Fevral 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri