Icma.az
close
up
RU
“İnanıram ki, gələcəkdə daha çox gənc samboya maraq göstərəcək”

“İnanıram ki, gələcəkdə daha çox gənc samboya maraq göstərəcək”

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycanda və bir çox ölkədə sevilən idman növlərindən biri də sambodur. Sambo hazırda qeyri-olimpiya idman növü olsa da, daim yeniyetmələrin və gənclərin marağını cəlb edir. 

Geridə qalan dövr ərzində bir çox həmyerlimiz sambo üzrə ölkəmizi həm idmançı, həm də hakim kimi beynəlxalq arenalarda təmsil edib, böyük uğurlar qazanıb. 

Onlardan biri də Azərbaycanın əməkdar məşqçisi, SSRİ idman ustası, beynəlxalq dərəcəli hakim, 1-ci Qarabağ müharibəsi veteranı, Prezident mükafatçısı Mübariz İbrahimovdur. 

Həmçinin Beynəlxalq Əlbəyaxa Döyüş Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi də olan M.İbrahimov Azərbaycan Əlbəyaxa Döyüş Klubunun təsisçisidir. Təsadüfi deyil ki, bu klub Azərbaycan sambosunun əfsanəsi, mərhum Əbülfəz Əliyevin adını daşıyır. M.İbrahimov təsis etdiyi klubla sambonun, məşqçiliyin və hakimliyin sirlərini öyrəndiyi müəllimi Əbülfəz Əliyevin xatirəsini yaşadır. 

Bugünkü həmsöhbətimiz də məhz Mübariz İbrahimovdur. 

O, əvvəlcə ölkəmizdə samboya olan marağın səviyyəsindən danışıb: “Azərbaycanda əvvəllər də samboya maraq çox yaxşı olub. Bu maraq hazırda da var. İnanıram ki, gələcəkdə daha çox gənc bu idman növünə maraq göstərəcək. Sambo dünyada populyar idman növüdür. Gənclər daha çox döyüş sambosuna meyl edirlər. Tanınmış qaydasız döyüşçülərin əksəriyyəti vaxtilə döyüş sambosu ilə məşğul olub. İstər Azərbaycanda, istərsə də digər ölkələrdə belədir. Düzdür, sambo qeyri-olimpiya idman növüdür, Olimpiya idman növləri qədər məşhur deyil. Lakin sambo qeyri-olimpiya idman növləri arasında ən öndə gedən idman növüdür. İnanıram ki, gələcəkdə daha çox perspektivli idmançımız ölkəmizi təmsil edəcək”. 

M.İbrahimov yaxın gələcəkdə ölkəmizdə perspektivli samboçuların üzə çıxacağına inandığını bildirib: “Azərbaycan sambosunun pik nöqtədə olduğunu deyə bilmərəm. Aşağı səviyyədə də deyil. Hər şey orta səviyyədə davam edir. Tək samboda yox, bütün idman növlərində belə problemlər yaşanır. Bir müddət çox perspektivli, Avropa və dünya səviyyəsində öz gücünü göstərən idmançılar yetişdirirsən. Həmin dövr keçir, o nəsil gedəndən sonra yeni bir nəsil ortaya çıxarmalısan. Ona görə də nailiyyətlər bir az azalır. İnanıram ki, Azərbaycan sambosunun yeni nəsil idmançıları məşqçilərlə birlikdə daha yaxşı çalışacaqlar və ölkəmizi benəlxalq arenalarda yüksək səviyyədə təmsil edəcəklər”. 

Həmsöhbətimiz Əbülfəz Əliyevin adını daşıyan Azərbaycan Əlbəyaxa Döyüş Klubunun yaradılmasından və fəaliyyətindən də söz açıb: “Beynəlxalq Əlbəyaxa Döyüş Federasiyasının rəsmi nümayəndəsi Azərbaycana gəldi və bizimlə danışıqlar apardı. İkitərəfli razılaşdıq. Beynəlxalq Əlbəyaxa Döyüş Federasiyasının verdiyi sertifikat əsasında mən Azərbaycanda Əlbəyaxa Döyüş Klubunu yaratdım. Hal-hazırda fəaliyyət göstəririk. Bu idman növü üzrə federasiyanın yaradılması üçün Gənclər və İdman Nazirliyinə müraciət etdik. “Yox” cavabı aldıq. Səbəb isə budur ki, 30-dan yuxarı qeyri-olimpiya idman növünün fəaliyyəti dayandırılıb. Həmin idman növləri ictimai bir təşkilat kimi fəaliyyət göstərə bilərlər. Biz də bir klub olaraq işləyirik. İdmançılarımız ölkəmizi beynəlxalq yarışlarda təmsil edirlər. Çalışırıq ki, idmançılarımızı həm dünya çempionatlarına, həm həm Avropa çempionatlarına  bacardığımız qədər yaxşı hazırlayaq. Klubumuzun bir neçə filialı var. Onlar da ölkədaxili məşqlərə başlayıblar. Çalışacağıq ki, bu idman növünün inkişafı üçün əlimizdən gələni əsirgəməyək”. 

M.İbrahimov hakimliyin çətinliklərini və sirlərini də açıqlayıb: “Məşqçi zala gələn idmançıların arasında heç vaxt ayrı-seçkilik etməməlidir, hamısına eyni gözlə baxmalıdır, hazırlıqlarına eyni səviyyədə yanaşmalıdır. Artıq uğur qazanmış, nailiyyətlər əldə etmiş idmançıları başa salmalısan ki, yeni gələnlərə dəstək olsunlar. Heç bir peşə asan deyil. Hər peşənin öz çətinlikləri var. İdmanın çətinlikləri isə daha dərindir. Hər bir idmançının orqanizmi fərqlidir. 20 idmançıya məşq keçirsənsə, bir psixoloq kimi hər birinə fərqli yanaşmalısan.  Yetişdirdiyin idmançıların haqqını daim qorumalısan. Onları hazırlayıb ortaya çıxardıqdan sonra dəstək olmalısan ki, idmançı öz məşqçisini yanında görəndə qürurlansın, özünə inansın. Düşünsün ki, məşqçim yanımdadır, arxa-dayağım var. Biz bunları yaşamışıq. Həmişə müəllimimizdən dəstək almışıq. Bu gün də deyirəm ki, bütün məşqçilər öz tələbələrinə dəstək olsunlar. Hətta millinin məşqçisisənsə, Avropa və dünya çempionatlarına, beynəlxalq yarışlara gedəndə həmişə idmançının yanında olmalısan. Öz haqqını da tələb etməyi bacarmalısan ki, hakimlər tərəfindən idmançıların sıxışdırılmağına yol verilməsin. Bu da sənin ölkəni necə təmsil etməyindən asılı olan bir şeydir. Əgər sənin sözünün kəsəri varsa, idmançıların haqqını qoruya biləcəksən. Məşqçi zəifdirsə, sözünün kəsəri yoxdursa, nailiyyət əldə edə bilməyəcək”. 

Azərbaycanın beynəlxalq dərəcəli hakimi bu peşəni seçənlərə tövsiyələr verib: “Hakim özünü çətinliyə salmaq istəmirsə, hər zaman obyektiv olmalıdır. İstər Respublika səviyyəli yarışlarda, istərsə də beynəlxalq yarışlarda. Hakim kimliyindən asılı olmayaraq, iki idmançıdan hansının haqqına girsə, həmişə qınağa məruz qalacaq. Həm idmançı, həm məşqçi, həm də azarkeşlər tərəfindən. Ona görə də hakim neytral olmalıdır. Obyektiv hakimlik etməlidir ki, hörmətlə qarşılansın. Mən bizim hakimlərə də tövsiyə edirəm ki, kimliyindən asılı olmayaraq, heç bir idmançının haqqını tapdamasın, adları həmişə müsbət baxımdan hallansın. Belə şeylərlə çox rastlaşmışıq ki, hakim “bu mənim dostumun tələbəsidir”, “bu mənim qohumumun tələbəsidir” deyib. Hakim kiminsə sifarişi ilə hakimlik etsə, həmişə çətinliklə rastlaşacaq”. 

O, sonda sambonun insan həyatına faydalarından da danışıb: “Sambo insanın həyatına böyük təkan verir. İnsanda özünəinam, dözümlülük, iradə yaradır. Sambo ilə məşğul olmaq orqanizmin, əzələ sisteminin bərkiməsində böyük rol oynayır. Bu idman növü ilə məşğul olan gənc istənilən yerdə qarşı tərəfin hücumunu dəf etməyə malik olur. Ona görə də arzu edərdim ki, yeni nəsil sambodan faydalansın. Həm Bakıda, həm də bölgələrdə idman zalları var. Tövsiyə edirəm ki, gənclər məşqçilərə müraciət etsinlər, sambonun sirlərinə yiyələnsinlər”.

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://qol.az
archiveBu xəbər 23 Mart 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri