İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək
Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Partizani"nin heyətində qol vurmağım məni çox sevindirdi. Amma etiram edim ki, mənim üçün daha vacib olan komandamın qalibiyyətidir. Buna görə də sevinirəm. Yolumuza davam edirik, çalışacağıq ki, uğurlu nəticəmizin davamı gəlsin".
Bu sözləri Sportal.az saytına açıqlamasında “Partizani”nin futbolçusu Vüsal İsgəndərli deyib. Ölkə çempionatının 16-cı turunun "Flamurtari"(1:2) ilə görüşündə qol vuran həmyerlimiz komandasının qalibiyyətində önəmli rol oynayıb.
O, Albaniya Superliqasındakı performansının yüksəlməsindən sonra Azərbaycan millisinə də dəvət alacağına inandığını deyib:
"Ayxan Abbasovun mənə dəstəyini, futbolçu və Vüsal İsgəndərli kimi olmağımda nə qədər zəhməti keçdiyini hamı bilir. Bu haqda çox danışa bilərəm. Amma milli komandada baş məşqçisidir, sonra səhv başa düşülər. İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək. Dəvət almamağımın fərqli səbəbləri var idi. Bunlar performansla əlaqəli deyildi. Bəli, köməkçi məşqçi Vüqar Mustafayevlə əlaqə saxlayır arada-bir".
Mirbağırağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 18 Dekabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















