İnarə Vəliyeva: Təhsil sahəsində xüsusi proqramları və layihələri davam etdiririk AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 13 dekabr, AZƏRTAC
Təhsil sahəsində xüsusi proqramları və layihələri davam etdiririk.
AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə Vəliyeva dekabrın 13-də qurumun ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən oyunçuların mükafatlandırılmasına həsr olunmuş “Digital.Azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024” mərasimində çıxışı zamanı deyib.
Agentlik sədri qeyd edib ki, İRİA-nın təqaüdləri sayəsində Azərbaycanın regionlarında da insanlar həyatını müsbət istiqamətdə dəyişib. Həmçinin aztəminatlı ailələrə Agentlik dəstək göstərir: “İRİA-nın təqaüdü nəticəsində Qəndab Məmmədova hazırda İngiltərənin Harvard Universitetində Astrofizika fakültəsində təhsilini davam etdirir. Növbəti təqaüdçümüz Ülviyyə Cəfərova Laçında İKT işləri üzrə əlaqələndirici vəzifəsi tutur. Biz çalışırıq ki, bu cür uğurlu layihələrin sayı çox olsun. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq davam etdirilir”, - deyə İ.Vəliyeva əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 13 Dekabr 2024 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















