İnarə Vəliyeva: Sənədlər rəqəmsallaşır və artıq kağız sənədləri daşımağa ehtiyac yoxdur
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Uşağın doğum prosesindən daha sonra şəhadətnamənin alınması, ölüm şəhadətnaməsi, nikaha müraciət, nikah şəhadətnaməsinin alınması üçün müraciət və digər bir çox xidmətlər tamamilə başdan sona rəqəmsallaşma prosesindədir".
Oxu.Az xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən laureatların mükafatlandırılmasına həsr olunmuş "digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" mərasimində çıxışı zaman qurumun sədri İnarə Vəliyeva deyib.
O bildirib ki, məqsəd Azərbaycanı regionda rəqabətli və lider bir ölkəyə çevirməkdir:
"Bizim məqsədimiz dəyişməz olaraq qalır. Vətəndaşların, bizneslərin həyatını rahatlaşdırmaq, onları növbəsiz, çox rahat vaxt itirmədən müəyyən bir məqsədlərə çatdırmaq əsas məqsədlərdəndir. Hazırda insanların həyatını asanlaşdırmaq istiqamətində rəqəmsallaşma istiqamətində müzakirələr gedir. Əslində sənədlər rəqəmsallaşır və artıq kağız sənədləri daşımağa ehtiyac yoxdur. Burada rəqəmsal şəxsiyyət vəsiqəsi və bir neçə digər sənəddən söhbət gedir. Uşağın doğum prosesindən daha sonra şəhadətnamənin alınması, ölüm şəhadətnaməsi, nikaha müraciət, nikah şəhadətnaməsinin alınması üçün müraciət və digər bir çox xidmətlər tamamilə başdan sona rəqəmsallaşma prosesindədir".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 13 Dekabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















