Icma.az
close
up
RU
İncə bir SOS: Sənətin Sosial Taleyi Şahanə Müşfiq yazır

İncə bir SOS: Sənətin Sosial Taleyi Şahanə Müşfiq yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şahanə MÜŞFİQ

Bəzən bir rəsm tablosu cəmiyyətin ağrısını, ya da xarakterini daha dəqiq ifadə edir, bəzən bir musiqi parçası içimizdə sözlərlə izah olunmayan duyğulara toxunur. İncəsənət - insanın özünüifadəsinin ən qədim, ancaq daim yenilənən formasıdır. Lakin günümüzdə incəsənətin ifadə vasitələri dəyişməklə qalmır, həmçinin, onun cəmiyyətdəki rolu da dönüş yaşayır. Bu dönüşün ən böyük katalizatoru isə, şübhəsiz, sosial şəbəkələrdir.

Əgər əvvəllər incəsənət qalereyalarda, səhnələrdə, kinoteatrlarda, tamaşa zallarında və konsert salonlarında təqdim olunurdusa, bu gün bir çox yaradıcı insan öz "səhnəsini" sosial platformalarda - instaqram, TikTok, yutub və digər kanallarda qurur. Bu, bir tərəfdən demokratikləşmədir: indi istedadlı olmaq üçün yalnız sənət institutlarından məzun olmaq və ya tanınmış prodüserlərlə işləmək kifayət deyil. Əgər sən həqiqətən maraqlı, fərqli və hiss etdirən məhsul yaradırsansa - istər vizual sənət, istər musiqi, istər performans - sosial şəbəkələr səni yüz minlərlə insana tanıtmaq gücündədir.

Amma bu dəyişiklik birmənalı deyil. İncəsənət artıq yalnız "dərin" olmaqla kifayətlənə bilmir; o, həm də "trendlərə uyğun" olmalıdır. Paylaşım üçün əlverişli olmayan, viral potensialı zəif olan əsərlər çox vaxt diqqətdən kənarda qalır. Sanki sənətkar artıq yalnız öz daxili çağırışlarına deyil, həm də alqoritmin diktəsinə qulaq asmalıdır. Gəlin etiraf edək ki, bu gün incəsənət çox zaman "layk" sayının kölgəsində qalır.

Cəmiyyətin incəsənətə münasibəti də dəyişib. İndi sənət təkcə estetik dəyərə deyil, həm də "kontent" statusuna malikdir. TikTok-da bir rəssamın 15 saniyəlik iş prosesi bəzən onun tamamlanmış əsərindən daha çox maraq doğurur. Dinləyici mahnının sözündən daha çox onun trend olub-olmadığına diqqət yetirir.

Görünür, bu yeni dövrdə sənətkar olmaq - həm yaradıcılıq, həm də texnoloji savad tələb edir. Ənənəvi dəyərləri qorumaqla yanaşı, yeni platformaları doğru və ağıllı şəkildə istifadə etmək bu günün əsas çağırışlarındandır. Bu balansı tapmağı bacaranlar həm özlərini ifadə edə bilir, həm də cəmiyyətin sənətə olan münasibətini dəyişə bilir.

Çünki sosial şəbəkələr keçicidir, amma əsl incəsənət - qalıcı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Aprel 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see248

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see244

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see241

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see236

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see188

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see176

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see166

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see151

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see133

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see131

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see125

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri