Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

İndi anlayıram ki, Elçin məndən niyə qorxurdu...

İndi anlayıram ki, Elçin məndən niyə qorxurdu...

Bakupost saytına istinadən Icma.az xəbər verir.


“Mən səndən qorxuram”ı elə qəribə, bir az da gözlənilməz səmimiyyətlə dedi ki...

Qaşını yuxarı qaldıranda (insanda adətən kənar və yaxud ortadan qalxır, Elçində hər iki qaş bir-birinə “baxan” yerdən alının tən ortasına doğru qalxırdı və bu, nadir rast gəlinir) gözlərində bir heyrət ifadəsi yaranırdı və bu, onun təbii halı idi: “ondan sonra” heç vaxt, heç kimdə hər şeyə bu qədər “adi” heyrət ifadə edə biləcək “göz-üz həmahəngliyi” müşahidə etməmişəm - yəqin, bu da Elçinin özəlliyiydi, uşaqlığından gələn və bir ömür dəyişməyən, illərin, onillərin təcrübəsinin, hiss-pasının üstünü örtə bilmədiyi uşaq sadəlövhlüyü.

“Uşaqlığını içində yaşatmayan yaza bilməz” - fikrin müəllifi yadımdan çıxıb, mən də belə düşünmüşəm; Elçin “sona qədər” yazdı, yaza bildi və görünür ki, uşaqlığını hər zaman içində qoruyub, yaşadıb...

- Niyə? - deməkdən özümü saxlaya bilmədim və təəccüb içində gülümsədim.

Gülümsəmək etikaya riayət etməkdən idi, əslində, bu qəfil sözdən və bu sözü tamamlayan üz ifadəsindəki məsumiyyətdən uğunub getməkdən ötrü sinov gedirdim. İndiki yaşım olsaydı, yəqin ki, ar etməz, hisslərimi açıq büruzə verərdim, əlbəttə; ancaq indiki yaşımla Elçinin o sözünə gülmək mümkün deyil, səbəbini soruşmaq da - çünki təxmin edirsən bu “qorxunun” mahiyyətini və ona görə də bu sözə yalnız kədərlənmək olar, qarşısını ala bilmədiyin zaman axınına təslimiyyətin acısını səssizcə yaşamaq olar...

Yalnız Elçin dünyasını dəyişəndən sonra bir daha anladım ki, adam bütün həyatı boyu - ən enerjili vaxtından, ən sağlam çağından - gəncliyinin və şöhrətinin zirvəsində olanda da - zamanın sürətli axınının ağrısını içində daşıyıb.

***

1998-ci il, NK, Baş nazirin müavini Elçin Əfəndiyevin otağı. Özü dəvət etmişdi, redaksiyaya zəng edib, mənə müsahibə vermək istədiyini demişdi.

Həmin vaxt dərc olunmuş bütün yazılarını oxuduğum “üç muşketyor”dan biri idi: təzəcə “Şərəf” ordeni alan Əkrəm Əylislinin bizə geniş müsahibəsində onun haqda sözlərinə cavab vermək istəyirdi - həm də.

Mənsə fürsətdən istifadə edib, fərqli bir müsahibəyə hazırlaşmışdım. Həm də istəyirdim öyrənim ki, Baş nazirin müavini, dəbdəbəli kabinetdə vaxtını iclaslara, dövlət işinə, rəsmi səfərlərə xərcləyən Elçin necə yaza bilir? Ya da belə: Elçin sözünü-qələmini dəbdəbəli kabinetə necə dəyişə bildi?

Sualın qoyuluşu dəqiq yadımda deyil (guya nə fərqi var ki), amma cavab dəqiq xatirimdədir:

- Sən burda bir dəbdəbə görürsən? - Elçin qaşını qaldırıb, çöhrəsində təbəssümvari ifadə ilə burnunun ucuna sürüşən eynəyinin üstündən gözünü sağa-sola dolandırdı.

Elçinin Nazirlər Kabinetindəki otağı doğrudan da dəbdəbəli deyildi.

- Doğrudur, dəbdəbə yoxdur, onda “dəbdəbə” sözünü sualdan çıxaq... - dedim.

Güldü, təbii ki, bilirdi nəyi soruşuram: hər gün tezdən saat 5-də qalxırmış yuxudan, tam 9-a qədər yaradıcılıqla məşğul olurmuş - oxuyurmuş, yazırmış, qeydlər edirmiş. Gündəlik də tuturmuş.

Bir neçə gün öncə Anar Elçinin gündəliyindən bəzi parçalar paylaşdı - 1990-cı ildə, Araz Dadaşzadə və Ənvər Məmmədxanlının ölümü ilə bağlı. Biri 10 noyabr 1990-cı il qeydi, digəri 27 dekabr. Qeydlərdən aydın olur ki, gündəlik “gündəlik” deyil, günlərin xülasəsidir.

Belə bir parça var o qeyddə, 1990-cı ilin oktyabrı üçün:

“Günorta Anar zəng elədi ki, Araz xəstəxanadadı, gedək ona dəyək və axşam mən maşınla Anarı evlərinin qabağından götürməyə gedəndə Nizama (sürücüsü) dedim:

- Arazı tanıyırsan da, mənim dostumu?

- O yaşlı kişini deyirsiniz, Elçin müəllim?

Nizamın Araz barəsində “yaşlı kişi” deməsi mənə çox təsir etdi və bir daha keçib gedən vaxtın amansız sürətindən xəbər verdi”.

Elçin bu sözləri yazanda 47 yaşı vardı. 47 yaşının fotosunu Anar paylaşıb. Cavan oğlandır sanki orda Elçin, elə Anar da... Amma “vaxtın amansız sürəti” onda da Elçini tərk etmir...

Haçan tərk edib ki!

Hekayələrinin böyük əksəri “...Sonra” ilə başlayır Elçinin. Bunu soruşmuşdum və demişdi ki, özü də bunun fərqinə varıb. “Bu, “əvvəli” yazmaq tənbəlliyindəndirmi” sualını da vermişdim.

27 ildən sonra düşünürəm ki, bunun səbəbi məhz “sonra” axtarışıdır: “...Sonra” nə olacaq?

Doğuşu bildik - bəs, sonra?

Yaşamı bildik - bəs, sonra?

Bəs Ölümdən sonra?..

***

Yuxudan 5-də qalxırmış, özünə çay qoyurmuş, başlayırmış... Bu rejimə xarici səfərlərdə, qaldığı otel otaqlarında da riayət edib.

Nədənsə Elçin bu sözləri deyəndə ağlıma gəldi ki, qaynamağa qoyduğu çaydan mütləq “fit verən”lərdəndir. Niyə bu fikirdəyəm, niyə Elçin adı gələn kimi onun hər gün tezdən qalxıb, ağır iş günündən öncə bir neçə saat yaradıcılıqla məşğul olmağa başlarkən özünə yalnız “fit çalan çaydanda” su qaynatdığını düşünürəm - bilmirəm. Və bu fikir niyə əl çəkmir axı?

***

27 yaşında elmlər namizədi, AMEA-da elmi işçi; 32 yaşında Azərbaycan Yazıçılar İttifaqının katibi; 44 yaşda məşhur “Vətən” cəmiyyəti, 45 yaşda paralel olaraq deputatlıq, 50 yaşda Baş nazirin müavini - ta 75 yaşa qədər.

Maraqlıdır, 25 il Baş nazirin müavini işləyəsən - həm də necə gərgin illərdə və yaradıcılığa da davam edəsən? Hətta oçerklər, portretlər, önsözlər də yazasan?

Nədir axı bu söz yanğısı?

“Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl...”

Elçin “...sonra”da yaşamaq istəyirdi və bütün həyatını bu “sonra”ya həsr etdi sanki!

O, müsahibələrinə də ədəbiyyat kimi baxırdı, ona görə hər kəsə müsahibə vermirdi, istəyirdi, müsahibələri də söz olsun - söz-söhbət yox, SÖZ! Sanki çatdırıb yaza bilmədiklərini müsahibələrində diktə edirdi!

Elçin dünyasını dəyişəndə Sabir Rüstəmxanlı bir xatirəsini yazmışdı: “...Elçin, “ağlagəlməz işdir. Adam heç inana bilmir ki, tanıdığın cavan Anar gəlib 80-ə çatıb. Mən də 75-in qapısını döyürəm. Bu illər necə keçdi, anlamaq olmur", - deyə zamanın amansızlığına heyrətini bildirdi”.

Yenə zaman, yenə vaxtın sürəti, amansızlığı, hökmü...

...1998-də 55 yaşındaydı, gümrah, enerjili - mənə “səndən qorxuram” deyəndə.

“Niyə” təəccübqarışıq gülümsəməyimə tam ciddi cavab verdi:

- Bax, 25 yaşın var, sənin üçün hər şey qarşıdadır - bizim üçün isə hər şeyi siz müəyyən edəcəksiniz. Məni öz nəslim qəbul etdi, sən və sizin nəsil də qəbul etsə, ən azı iki nəsil eyni populyarlıqla oxunacam, sonra da ədəbiyyat tarixinə düşəcəm. Ona görə səndən qorxuram - qərarınız nə olacaq?

Bəlkə də hansısa sözləri unutmuşam və yaxud dəyişirəm; bəlkə də ifadə bir az fərqliydi - ancaq məna-məzmun tamamilə beləydi.

Elçin bilirdi vaxtın amansızlığını, dünyanın faniliyini, zamanın dəhşətli sürətini; çox gözəl bilirdi onillərin o tayındakı hadisə “sanki dünəndir” kimi xatırlanır və sən zamanın yalnız bir anısan, Bir Anı!

O, bu Andan “sonra” üçün çalışırdı...

***

Bir xatirəsini danışmışdı, dumanlı qalıb yadımda: Gəncliyində respublikadan kənarda – hansısa kurort şəhərlərinin birində azərbaycanlı gənclə təsadüfən rastlaşır, tanış olur, bir az söhbətləşirlər və məlum olur ki, hər ikisinin Bakıda olacağı vaxt bir neçə ay sonraya, payıza düşür. Vədələşirlər ki, filan ayın filan günü, saat filanda “Baksovet” (“İçərişəhər”) metrosu yanında görüşsünlər.

“Ev telefonu hər kəsdə yox idi (mobil telefondan danışmağa dəyməzdi, əlbəttə). Aradan aylar keçmişdi, düşündüm ki, onun yadından çıxa bilər, inamsız idim, ancaq söz vermişdim deyə, getdim. Hava soyuq idi, bir az da çiskin vardı. Vədələşdiyimiz yerə doğru yaxınlaşanda baxdım ki, o, artıq məni gözləyir”, - Elçin demişdi.

O adamın kimliyinə, sonradan dostluğa davam edib-etmədiyinə toxunmadı, mən də soruşmadım.

Bu xatirə beynimdə onun xarakterinin bir detalı kimi ilişib qalıb...

***

Elçinlə ikinci görüşümüz yenə Nazirlər Kabinetində, yenə iş otağında oldu - tam 14 ildən sonra, 2012-ci ildə.

Söhbətimizin sonunda dedim ki:

- Elçin müəllim, niyə soruşmursunuz ki, 14 ildən sonra nə dəyişiklik hiss etdim?

- Doğrudan, çox maraqlıdır: nə hiss etdin?

- Heç nə dəyişməyib, həmən Elçinsiniz, bizim Elçin!

Çöhrəsini bir uşaq təbəssümü bürüdü - Elçinin müsahibələrində, söhbətlərində vaxtaşırı müşahidə etdiyiniz həmən o gülümsəmə.

- Mənim üçün bundan gözəl söz olmazdı!.. - dedi.

***

Heç vaxt ağlıma gəlməzdi ki, Elçinin ölümü mənə bu qədər təsir edəcək: 3 avqustdan, ölüm günündən 2 aydan da çox zaman keçib, eyni təsirdəyəm!

Yalnız doğmanı itirəndə belə uzunmüddətli təsirlənmə olur. Elçinlə isə bütün həyatım boyu cəmi ikicə dəfə görüşüb, müsahibə almışam - hamısı bu qədər!

Niyə belə təsirləndim ki?

Bəlkə:

- Uzun illərdir vaxtın dəhşətli sürətini iliyimə qədər hiss edirəm;

- Aylardır ölüm xofu ilə yaşayıram - tərs kimi də bu ölkənin “işıqları” bir-birinin ardınca sönür - vaxtlı-vaxtsız, sanki bəhsə giriblər, bir göz qırpımında “yır-yığış” edib, bu dünyanı boşaldırlar.

Bəlkə:

- Elçin bizdən öncəki nəslin ümumi simasıydı. Elçinin gedişi o nəslin gedişi, yox olmasıdır...

Yəni bizdən öncəki nəsil - ölümlə toqquşan “öncül dəstə”nin sırası seyrəlir və ya tam sıradan çıxır; növbə bizə çatır və sənə doğru gələn addımı, “dəryazın səsini” eşidirsən - aydın, tam, açıq, saat kəfkiri kimi - çaq-çaq, çaq-çaq...

Ya da “stansiya”dan ayrılan qatar kimi - “Qatar. Pikasso. Latur. 1968” (Bu gözəl hekayəni Elçin 25 yaşında yazıb).

Bəlkə də:

- Elçin “3 müşketyor”un ən balacasıydı axı - Əkrəm 1937, Anar 1938-ci ildəndir - hər ikisi çox yaşasın!

“Ardıcıllıq” pozulanda, adam təsirlənir!

Əkrəm demişkən: Elçindən “sonra” Əkrəm Əylisli də mediaya danışdı və bəlli oldu ki, Elçin ölümündən əvvəl ona zəng edibmiş, köhnə çağları xatırlayıbmış, belə demək mümkünsə, onu bağışlayıbmış...

Yenə barışıq üçün addım atan Elçin olub - baxmayaraq ki, onun ömrünün mənası hesab etdiyi yazılarını ictimai şəkildə “yıxıb-sürüyən” Əkrəm idi...

Bu da Elçinin xarakteri üçün daha bir cizgi.

***

2012-ci ildə müsahibədən sonra Elçinə dedim ki:

- Sizdən bir xahişim olacaq!

- Əlbəttə, Anar (adımı vurğulamağı xoşlayırdı, müsahibələrdə hiss etmişdim, yəqin dostu Anara münasibətindən idi)!

- Növbəti 14 ildən sonra sizinlə 3-cü müsahibə istəyirəm. Ancaq burda (Nazirlər Kabinetindəki iş otağını nəzərdə tuturdum) yox və vaxt məhdudiyyəti olmadan...

- İnşallah, sevə-sevə, - güldü.

Bu xahişi 2012-ci ildə edəndə nədənsə məhz Azərbaycandan kənarda, keçmiş SSRİ-nin məşhur kurortlarından birində rastlaşdığı azərbaycanlı ilə vədələşməsini xatırlamışdım. Elçinin 14 ildən sonraya vəd verdiyini heç vaxt unutmayacağını və buna əməl edəcəyini gözləyirdim.

Özümü bu vədin reallaşacağına çox inandırmışdım!

Olmadı...

***

Səhv etmirəmsə, Kafka haqda belə bir fikir oxumuşdum: “Ölüm onun arxasınca bu dünyanın qapısını bağlayanda o, fürsət tapıb, qapıya “Mən bu dünyada olmuşam” sözünü yaza bildi”.

Məncə, Elçin də ona verilən fürsəti qaçırmadı və əgər onun ölümündən 2 aydan da çox zaman keçməsinə baxmayaraq, o, mənimlə - bizimlə davam edirsə, demək, qorxusu əbəs imiş...

Anar Niftəliyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Oktyabr 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri