Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Hara gəldiyimi və məndən nə gözlədiklərini anlayıram”

“Hara gəldiyimi və məndən nə gözlədiklərini anlayıram”

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Andoni İraolanın “Liverpul”un “sükanı arxasına” keçəcəyini xəbər vermişdik. Artıq Mersisayd klubu ilə 2028-ci ilin yayına qədər müqavilə bağlayan bask mütəxəssis iyunun sonunda vəzifəsinin icrasına başlayacaq. “Qırmızılar” məhz həmin vaxt yay məzuniyyətindən dönərək yeni mövsümə hazırlaşmağa başlayacaq.

"Football-plus.az"ın məlumatına görə, İraola təyinatından dərhal sonra klub telekanalına müsahibə verib. Müsahibənin ən önəmli məqamlarını təqdim edirik.
Təyinatla bağlı
Çox həyəcanlıyam, çox. “Liverpul”un nə demək olduğunu bilirsiz, dünyanın nəhəng, ən böyük klublarından biridi. Həmişə bu klubu xüsusi saymışam, təkcə futbol baxımından yox, ilk növbədə emosional baxımdan. Oyunlar arasındakı bütün həftə boyunca adamlar burda futbolu düşünür, kluba xüsusi ehtirasla yanaşırlar. “Atletik”də oyun təcrübəm olub, orda da vəziyyət hansısa mənada oxşardı. Həmin hissləri bir daha yaşamaq əla olacaq.
Futbola münasibəti ilə bağlı
Mənim üçün futbol emosiyadı, ehtirasdı. Yəqin ki, soyuqqanlı adamam, deyərdim ki, adi həyatda yetərincə rasional adamam. Ancaq o da düzdü ki, oyun başlayandan sonra, qolu bayram etmək lazım gələndə adamın içində nəsə yanır, eləmi? Mənə elə gəlir ki, bu daxili enerji sənə oyunçu, azarkeş, məşqçi kimi lazımdı. Bunun üçün “Enfild”dən yaxşı yer yoxdu. Və mən istərdim ki, - bunu öz tərəfimdən, oyunçularım tərəfindən deyirəm - bütün bu insanlar da özlərini futbolla, komandanın üslubu və dəyərləri ilə eyniləşdirsinlər. Biz tam şəkildə can yandıracağıq, buna söz verə bilərəm.
“Enfild”lə bağlı
Mən rəqib düşərgədəydim – Kyezanın ötən mövsümdəki birinci oyunun sonunda vurduğu qolu hələ də xatırlayıram. Hesab 2:2-di, mən özlüyümdə düşünürəm ki, 0:2-dən sonra hesabı bərabərləşdirmişiksə, xal qazana bilərik. Ancaq Kyeza vurdu və stadion az qala partlayacaqdı. Bu, sadəcə, dəlilik idi, düzdü? İndi isə bunu digər tərəfdən hiss etmək istəyirəm. İstənilən kluba gələndə əvvəlcə özünü göstərmək lazımdı, ona məxsus olduğunu göstərməlisən. Ancaq mən bunu mümkün qədər tez etmək istəyirəm ki, bu icmanın tamhüquqlu bir parçası olum.
“Liverpul”a keçmək qərarı ilə bağlı
Əlbəttə, Riçard Hyuzun (“Bornmut”un sabiq, “Liverpul”un indiki idman direktoru – red.) mənlə əlaqə saxlaması həlledici oldu. Masanın o biri tərəfində vaxtilə birgə çalışdığın adam əyləşirsə, hər şey daha asan olur. Ancaq deyərdim ki, ilk növbədə hər şey klubla bağlıdı. Məhz bu məqam məni cəlb etdi. “Liverpul” mənə dünyanın yaxşı oyunçularını çalışdırmaq imkanı yaradır, yaxşı oyunçular isə sənə həmişə titullar uğrunda mübarizə aparmaq, onları qazanmaq şansı verir. Aydın məsələdi ki, yeni iş yerinə gələndə hər şeyi birdən qazanmağı vəd edə bilməzsən. Ancaq həqiqət ondan ibarətdi ki, hara gəldiyimi və məndən nə gözlədiklərini anlayıram.
İyun planları ilə bağlı
Bütün informasiyanı əldə edəcəyim günü səbirsizliklə gözləyirəm. Klubu, meydandan kənarda yaşananları daha yaxşı anlamaq üçün hər kəslə danışıram. Hələ vaxtımız var. Oyunçularla praktik işə başlayana qədər hələ bir ay vaxtımız var, ancaq bu müddətdən elə yararlanmaq istəyirəm ki, burda işə başlayanda tam hazır olum. Bu işin məndən tələb etdiyi dərəcədə yaxşı hazırlaşmalıyam.
Gənc oyunçularla işlə bağlı
Dünya çempionatı və orda iştirak edəcək təcrübəli oyunçuların komandaya bir qədər gec qoşulacağı sayəsində gənc oyunçulardan bəziləri ilə ayrıca və məqsədəuyğun şəkildə çalışmaq imkanımız olacaq. Bu isə mənə akademiyadan gələn və icarədən dönən oyunçuları daha yaxından tanımaq imkanı yaradacaq. Mövsümə hazırlığın ilk mərhələsində, Amerika turunda bəzi vacib işlər görəcəyik. Hələ ki hər şey bizim üçün yetərincə uğurlu görünür, mövsüm başlayana qədər vacib qərarlar vermək üçün əlimizdə yetərincə informasiya olacaq.
Oyun üslubu ilə bağlı
Artıq üç ildi premyer-liqada çalışdığıma görə müəyyən üstünlüyüm var. Yəqin ki, adamlar “Bornmut”un necə oynadığını görüb. Aydın məsələdi ki, bəzi şeyləri dəyişməli və “Liverpul”un reallıqlarına uyğunlaşdırmalıyıq. Ancaq klub identikliyini itirmək istəməzdim: intensivlik, aqressivlik və bununla yanaşı, mütəşəkkillik! Bu fundamental prinsiplər “Liverpul”un uzun illər ərzində əsaslandığı oyun fəlsəfəsinə uyğundu. Oyunçulara və ətrafdakı şərtlərə uyğunlaşmalıyıq.
Bu anın özü və ailəsi üçün əhəmiyyəti ilə bağlı
Bu yalnız mənim günüm deyil. Mən San-Sebastyanın yaxınlığına olan, fəhlə sinfinin yaşadığı çox kiçik şəhərcikdənəm. Əvvəlkə peşəkar futbolçu olmağa aparan yolu keçdim, sonra Kiprdə yeni yola başladım, La Liqaya, ardından premyer-liqaya köçdüm. İndi isə burdayam. Bu yolda mənə çox, lap çox adam yardım edib. Və hər dəfə bu və ya başqa adamdan mesaj alanda onların mənim üçün etdiklərini, mənə necə yardım göstərdiklərini xatırlayıram. İndi isə onlara nəyisə göstərməklə bağlı motivasiyalıyam: birlikdə bura qədər gəlib çıxmışıq, bu anın ləzzətini birlikdə yaşayaq.
Azarkeşlərə mesajı ilə bağlı
Onlardan çox şey xahiş edə bilmərəm, komandaya necə yanaşdıqlarını bilirəm. Yalnız onu deyə bilərəm ki, sizlərdən biri olmaq, işimlə bunu haqq etmək istəyirəm. Birlikdə oyunumuzdan və bizi irəlidə gözləyənlərdən həzz almalıyıq.
Bonus əvəzi
Yürgen Kloppun 2024-cü ilin yanvarında İraolanın “Bornmut”u haqda dedikləri:

“Liverpul”u İraolanın komandasına qarşı oyunlara hazırlamadığım zaman onun etdiklərinə heyran olmaq üçün vaxt tapıram. “Bornmut”da işi çətin başladı - bu normaldı, məşqçi dəyişikliyi və sair. Onun haqqında çox şey bilmirdim və mövsümün əvvəlindəki nəticələr elə idi ki, oyunları izləməsəydiz, səhv nəticələr çıxara bilərdiz. Amma “Bornmut”un vəziyyəti necə dəyişməsi - vau! Bu, əsl məşqçilikdi. İraola öz komandasını qurmağın yolunu tapdı. “Bornmut”un oyunundakı balansa heyranam: onlar əla hücum futbolu oynayırlar, eyni zamanda çox yaxşı, çox yığcam müdafiə olunurlar. Mənim ən böyük hörmətimi haqq edirlər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 İyun 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri