Icma.az
close
up
RU
İndi pensiyaya necə çıxım?!” Stajlı müəllimlər ixtisara düşdü VİDEO

İndi pensiyaya necə çıxım?!” Stajlı müəllimlər ixtisara düşdü VİDEO

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şuşa Humanitar Kollecində əmək müqavilələrinə xitam verildiyini bildirən bir qrup müəllim qərara etiraz edib. Onlar uzun illər çalışdıqları müəssisədən pensiya yaşına az müddət qalmış uzaqlaşdırıldıqlarını deyirlər.

Modern.az Baku TV-yə istinadən xəbər verir ki, şikayətçilərin sözlərinə görə, kollecdə 16 nəfər işdən çıxarılıb. Onların arasında şəhid ailəsi üzvlərinin və əlilliyi olan şəxslərin də olduğu bildirilir.

Müəllimlərdən biri 1985-ci ildən kollecdə fortepiano dərsi dediyini söyləyib:

“41 il stajım var. Şəhid qızıyam, üçüncü qrup əlilliyim var. Himayəmdə azyaşlı uşaq var. Pensiyaya çıxmağıma dörd il qalıb”.

Şikayətçilər kollecdə orta ixtisas təhsilli digər müəllimlərin işləməyə davam etdiyini əsas gətirərək ixtisarın hansı meyarlarla aparıldığını soruşublar. Onlar aidiyyəti qurumlara müraciətlərinin hələlik nəticəsiz qaldığını bildiriblər.

Kollecin direktoru Mehriban Qasımova isə ixtisara düşən şəxslərin orta ixtisas təhsilli fortepiano və musiqi nəzəriyyəsi müəllimləri olduğunu deyib. O, xanəndəlik və qarmon üzrə iki orta ixtisas təhsilli müəllimin yarımştat saxlanıldığını, onlara başqa iş tapmaq və ya ali təhsil almaq barədə xəbərdarlıq edildiyini bildirib.

Direktor yeni işə götürülən üç müəllimin isə xanəndəlik üzrə çalışdığını, şikayətçilərin tədris etdiyi fənlərə aid olmadığını vurğulayıb.

M.Qasımova həyat yoldaşını işə götürməsi barədə iddianı da təsdiqləyib. Onun sözlərinə görə, həyat yoldaşı müəllim deyil, texniki işçi kimi işə qəbul olunub:

“Bizim komendantımızın 65-dən çox yaşı var idi. Bu, təsərrüfat işidir. Ola bilər, bu da mənim səhvim, nöqsanım olsun. Hər kəs öz səhvini, nöqsanını boynuna almalıdır”.

Elm və Təhsil Nazirliyindən Baku TV-nin sorğusuna cavab olaraq bildirilib ki, musiqi nəzəriyyəsi ixtisasının orta ixtisas təhsili üzrə ixtisasların təsnifatından çıxarılması və musiqi ixtisaslarına qəbulun azalması nəticəsində 2026–2027-ci tədris ilində kollecdə dərs saatları kəskin azalıb. Buna görə bir sıra müəllimləri dərs yükü ilə təmin etmək mümkün olmayıb.

Nazirliyin açıqlamasına əsasən, həmin müəllimlərə kollecin 28 sentyabr 2026-cı il tarixli əmri ilə sentyabr ayı üçün aylıq vəzifə maaşlarının üçdə ikisi məbləğində ödəniş edilib.

Qurum həmçinin qeyd edib ki, orta ixtisas təhsili müəssisələrində müəllimlərin müvafiq ixtisas üzrə ali təhsili olmalıdır. Müraciət edən müəllimlər isə pedaqoji fəaliyyət göstərdikləri sahə üzrə yalnız orta ixtisas təhsilinə malikdirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Noyabr 2026 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri