Icma.az
close
up
RU
İndidən fevral ayı üçün proqnoz vermək şarlatanlıqdır Meteoroloq  Şərq ə izah etdi

İndidən fevral ayı üçün proqnoz vermək şarlatanlıqdır Meteoroloq  Şərq ə izah etdi

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hətta hansı günlərdə qar yağacağını konkret bildirmək gülüncdür

Meteoroloq Cavidan Əliyev: “Baxarsınız, bir neçə gün sonra həmin hava proqnozu şirkəti tamam fərqli proqnozlar verəcək” 

Yağıntılı havalar davam edir və bu, irəlidə qışın da sərt keçəcəi ilə əlaqələndirilir. Ümumiyyətlə, bu il Avropa qitəsində qışın sərt keçəcəyi proqnozlaşdırılır. Hətta Bakıya ilk qarın nə zaman yağacağına dair konkret vaxt da göstərilib. ABŞ-də hava proqnozu üzrə özəl şirkət olan “Accuweather"in məlumatına görə il sonuna qədər Bakıya qar yağmayacaq.

Hətta, dekabrın 25-dən sonra yağıntı bir müddətlik dayanacaq. Bakıya ilk qarın 2026-cı ilin Fevral ayının 15,16, 18, 19, 20 və 22 tarixlərində yağacağı proqnozlaşdırılır. Avropada da qışın sərt keçəcəyinə dair məlumatlar var. Meteoroloqların məlumatına görə, qütb burulğanının zəifləməsi nəticəsində Almaniya və ətraf ölkələr bu il çox sərt və anormal dərəcədə soyuq qışla üzləşə bilər. Mütəxəssislərin proqnozları tam uyğunlaşmasa da, xüsusilə bayramlardan sonra arktik soyuqların baş vermə ehtimalı yüksək qiymətləndirilir. Belə bir məlumatı "Euronews" yayıb. Sinoptiklərin dəyərləndirməsinə əsasən, qütb burulğanı bu qış adi illərlə müqayisədə daha zəif görünür. Məhz belə atmosfer şəraiti 1978-1979-cu illərdə baş verən və "əsrin qışı" adlandırılan ekstremal hava hadisələrinə - güclü qar fırtınalarına, uzunmüddətli şaxtalara və nəqliyyatın iflic olmasına səbəb olub. Avropa Hava Mərkəzi bayram dövründən sonra soyuq axınların güclənəcəyini proqnozlaşdırır. ABŞ-ın NOAA təşkilatı aylıq orta temperaturun normadan yüksək olacağını bildirsə də, bu göstəricinin yaxın günlərdə müşahidə olunan isti hava hesabına formalaşdığı qeyd edilir. Bu isə kəskin temperatur düşməsinin hələ də mümkün olduğunu göstərir. Modellərin çoxunda yanvar ümumilikdə dəyişkən və nisbətən mülayim görünür. Lakin EFFIS modelləri daha aşağı temperatur və az yağıntı ehtimalını vurğulayır. Bu vəziyyət Mərkəzi Avropada dayanıqlı yüksək təzyiqin formalaşmasına, gündüzlər sakit hava, gecələr isə şiddətli şaxta və duman səbəbindən yolların uzun müddət buz bağlamasına gətirib çıxara bilər. Əlavə risk isə qışın ortasında qütb burulğanında baş verə biləcək pozulma nəticəsində arktik soyuqların qəfil Avropaya yönəlməsi ehtimalıdır. NOAA iqlim mütəxəssisləri bildirirlər ki, dünya okeanında La-Nina effekti hələ də aktivdir və 2026-cı ilin əvvəlinə qədər davam edəcək. Bu fenomen adətən Qərbi Avropada daha soyuq və rütubətli qışlarla müşahidə olunur. Alp dağlarında isə güclü qar yağması gözlənilir. 

Dünya ölkələrini bir kənara qoyaq, ölkəmizlə bağlı proqnozlar nə dərəcədə realdır? 

Lənkəran Dövlət Universitetinin “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının baş müəllimi, meteoroloq Cavidan Əliyev “Şərq”ə açqlamasında qeyd etdi ki, 2 ay əvvəldən hava proqnozu vermək, hətta konkret tarixlər göstərmək yanlışdır və hətta gülüncdür: 

- İqlim normasının aşıldığını və ya aşağı-yuxarı dərəcədə olmasını temperatur fərqləri göstərir. Bəli, hazırkı yağıntılı hava dekabr ayı üçün o qədər də xarakterik sayılmaz. Azərbaycanda adətən noyabr ayında yağıntıların miqdarı yksək olur. Bu il oktyabr və noyabr ayları demək olar quraq keçdi. Dekabr ayı isə yağıntılı. Maraqlıdır ki əvvəlki illərdə dekabr ayının bundan da çox yağıntılı keçdiyi vaxtlar olub. 2002-ci ildə dekabr ayında düşən yağıntın ın miqdarı 189 mm.olub ki, bu da normadan xeyli yüksək idi. Yağıntının normal miqdarı 30 mm-dən çox olmamalıdır. Hava haqqında proqnozlar isə uzaqbaşı 1 həftəlik verilə bilər. Belədə dəqiqliyə az şübhə olur. İndidən fevral ayı üçün proqnoz vermək, hətta hansı günlərdə qar yağacağını konkret bildirmək gülüncdür. Bu, şarlatanlıqdır. Baxarsınız, bir neçə gün sonra həmin hava proqnozu şirkəti tamam fərqli proqnozlar verəcək.   

Meteoroloq bildirdi ki, ölkə ərazisində havanın soyuması dekabrın 13-dən sonra başlaya bilər və səbəbini izah etdi: 

- Dekabrn 13-dən qütb çökəkliyinin cənuba doğru irəliləməsi gözlənilir, eyni zamanda Yer səthində Skandinaviya anti-siklonu şimal-qərbdən hərəkət edəcək. Bu, şaxtalı hava kütlələrinin ölkəmizə doğru hərəkət etməsinə səbəb olacaq. Belə halda zonal axın pozulur, qərbdən şərqə doğru olan mülayim hava kütlələrinin axını pozulur. Axınlar meridianal şəkil alır və cənuba doğru hərəkət edir. Belə halda bizim ölkədə soyuq və şaxtalı hava, sulu qar, qar müşahidə edilir, bəzi yerlərdə sulu qar qara keçir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Dekabr 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri