İndoneziya ilə dağ mədən fəaliyyəti müzakirəsi
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində İndoneziya Respublikasının investisiya və aşağı axın sənayesi nazirinin müavini, İnvestisiyaların Əlaqələndirilməsi Şurasının sədr müavini Todotua Pasaribunun rəhbərlik etdiyi heyətlə görüş keçirilib.
Söhbət zamanı “AzerGold” QSC İdarə Heyətinin sədri Zakir İbrahimov Cəmiyyətin 10 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi strateji layihələr və gələcək inkişaf hədəfləri barədə məlumat verib.
Tərəflər Azərbaycan və İndoneziya arasında dağ-mədən sənayesi üzrə investisiya əməkdaşlığının potensialını və birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər. Xüsusilə “AzerGold” QSC-nin İndoneziyada perspektivli mədən layihələrində investor qismində iştirakı və investisiya tərəfdaşlığının qurulması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
İndoneziya tərəfi isə Azərbaycanda həyata keçirilən dağ-mədən layihələrinə, xüsusilə “AzerGold” QSC-nin strateji layihələrindən olan Daşkəsən dəmir filizi layihəsinə maraq ifadə edib. Layihənin icra perspektivləri və mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Görüşün yekununda tərəflər qarşılıqlı maraq doğuran layihələr üzrə texniki müzakirələrin davam etdirilməsi və onların nəticələri əsasında əməkdaşlığın növbəti mərhələlərinin müəyyənləşdirilməsi barədə razılığa gəliblər.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:242
Bu xəbər 31 Oktyabr 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















