İndoneziya Qəzzadan yaralı və yetimləri qəbul edə biləcəyini bildirir
Icma.az, Aznews.az saytına istinadən bildirir.
İndoneziya prezidenti Prabowo Subianto ölkənin Fələstin hökuməti ilə məsələni müzakirə etdikdən sonra Qəzzadan gələn yaralıları və yetimləri qəbul etməyə hazır olduğunu bildirib.
Bu barədə “Jakarta Globe” qəzeti məlumat yayıb.
Nəşr Subiantodan sitat gətirib: "Biz qurbanları qəbul etməyə hazırıq. Ona görə də xarici işlər nazirimizi Fələstin hökuməti ilə məsləhətləşməyə göndərəcəyik".
Qəzet yazır ki, birinci mərhələdə İndoneziya 1000-ə yaxın qəzzalıya sığınacaq vermək üçün öz təyyarələrindən təxliyə üçün istifadə etməyə hazırdır. Eyni zamanda İndoneziya prezidenti şərt irəli sürüb: bölgədə vəziyyət yaxşılaşdıqdan sonra təxliyyə olunanlar öz vətənlərinə qayıtmalıdırlar.
Mövsüm
Aznews.az

