Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Qəzzadan sonra Ukraynada...

Qəzzadan sonra Ukraynada...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tramp administrasiyası Mərkəzi Avropada sabitlik üçün sülh planı təklif edir

Yaxın və Orta Şərqlə bağlı sülh planının reallaşmasının ardından ABŞ diqqəti Mərkəzi Avropaya yönəldib. “Politico” xəbər verir ki, Rusiya - Ukrayna müharibəsinə son qoymaq üçün Vaşinqtonun sülh planı noyabr ayının sonuna, hətta “bu həftə” bütün tərəflər tərəfindən razılaşdırıla bilər. Nəşr Tramp administrasiyasının yüksək vəzifəli məmuruna istinadən bildirib ki, bütün tərəflərin bu plana razılıq verəcəyi gözlənilir. Prosesin artıq bir müddətdir davam etdiyi bildirilir - nəşr ABŞ Ordu naziri Daniel Driskollun Kiyevə gözlənilməz səfərini önə çəkib. Qeyd edək ki, Driskoll noyabrın 19-da Kiyevə səfər edib. Onun daha sonra Rusiya rəsmiləri ilə görüşəcəyi bildirilir.

Bu arada, “Axios” ABŞ-ın sülh planının 28 maddədən ibarət olacağını iddia edib. Bildirilib ki, Rusiya Prezidentinin elçisi Kirill Dmitriyev oktyabrın sonlarında bu planı müzakirə etmək üçün Mayamiyə səfər edib. Tramp administrasiyasının rəsmiləri “Politico”ya böyük bir irəliləyişin astanasında olduqlarını bildiriblər. Maraqlı burasındadır ki, nəşr Ukraynanın və Avropa müttəfiqlərinin sənədin hazırlanmasında birbaşa iştirak etmədiyini yazıb.

Ukrayna sülh planından imtina edir...

NBC-nin yüksək vəzifəli ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, razılaşma ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff, vitse-prezident C.D. Vens, dövlət katibi Marko Rubio və Cared Kuşner tərəfindən hazırlanıb. Onlar Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevlə məsləhətləşiblər. Məlum olub ki, Vitkoff və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) katibi Rüstəm Umerov arasında nizamlanma planı ilə bağlı danışıqlar zamanı ilkin mərhələdə “müəyyən anlaşma” əldə edilib. Amma sonradan bundan imtina olunub. “The Financial Times” Ukraynanın mövqeyini belə izah edib - plan demək olar ki, tamamilə Kremlin “maksimalist tələblərinə” cavab verir. “The Daily Telegraph” qəzeti isə Tramp administrasiyasının Avropa liderləri ilə məsləhətləşməməsinə diqqət çəkib - nəşrin qənaətinə görə, bu, Avropanı sülh planı barədə xəbərsiz qoymaqdır. Britaniya mətbuatının məlumatına görə, siyasətçini sülhü qəbul etməyə inandırmaq cəhdləri isə son günlərdə Ukrayna ilə bağlı yayılan korrupsiya qalmaqalı ilə bağlıdır.

“The Wall Street Journal” da mənbələrə istinadən Ukraynadakı münaqişənin həlli ilə bağlı yeni sülh planının əsasən Rusiya lideri Vladimir Putinin Alyaskada keçirilən görüşdə səsləndirdiyi təkliflər ilə uyğun gəldiyini bildirib. Nəşrin məlumatına görə, Ağ Evin yeni planının elementləri Putinin avqust ayında Trampın xüsusi elçi Stiv Vitkoffla görüşlərində və daha sonra Alyaskada aparılan müzakirənin elementləri ilə səsləşir.

28 bəndlik plana görə...

“Axios” təklif olunan planın detalları barədə xəbər dərc edib. Nəşrin məlumatına görə, plan bütün Donetsk bölgəsinin Rusiyaya təslim edilməsini, ABŞ-ın Krım və Donbası Rusiya əraziləri kimi tanımasını, Zaporojye və Xerson bölgələrində cəbhə xəttinin dondurulmasını nəzərdə tutur. Nəşrin məlumatına görə, Tramp administrasiyası Donbas ərazisinin - yəni Ukraynanın könüllü olaraq geri çəkiləcəyi Donetsk və Luqansk bölgələrinin - Rusiyanın nəzarətinə verilməsini, eyni zamanda silahsızlaşdırılmış zonaya çevrilməsini təklif edir.

“Axios”un məlumatına görə, ABŞ özü və Avropa müttəfiqləri üçün Krım və Donbası rəsmi olaraq Rusiya əraziləri kimi tanımağa söz verir, lakin Ukraynanı buna məcbur etməyəcək.

Sənəddə həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayının 50 faiz azaldılması, respublikada xarici qoşunların yerləşdirilməsinə qadağa qoyulması,  Moskva və Sankt-Peterburqdan Kiyevə çata bilən uzun mənzilli silahların tədarükünə məhdudiyyətlər nəzərdə tutulur. Başqa bir bənddə Ukraynanın “ən azı bir neçə il” NATO-ya qoşulmaqdan imtina etməsi də qeyd edilir.

Bütün bu güzəştlər müqabilində ABŞ Ukraynaya və Avropaya təhlükəsizlik zəmanətləri təklif edir - lakin bu zəmanətlərin mahiyyəti dəqiq bəlli deyil.

Rusiya razıdır...

Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev “Axios”a verdiyi müsahibədə plana nikbin baxdığını bildirib - onun sözlərinə görə, “Rusiyanın mövqeyi ilk dəfə eşidilib”. O, əlavə edib ki, plan Rusiya və ABŞ prezidentlərinin avqust ayında Alyaskada müzakirə etdikləri prinsiplərə əsaslanır. “Bu, əslində, daha geniş çərçivə müqaviləsidir və mahiyyət etibarilə təkcə Ukraynada deyil, Avropada uzunmüddətli təhlükəsizliyə necə nail ola biləcəyimizi göstərir”, - deyə Dmitriyev bildirib. O əlavə edib ki, amerikalılar bu planın “üstünlüklərini” həm avropalılara, həm də ukraynalılara izah etməyə çalışırlar.

Hər iki tərəfdən güzəşt tələb olunur...

ABŞ isə məsələdə qətiyyətli görünür. Belə ki, ABŞ-ın dövlət katibi Antoni Rubio sosial şəbəkə X-da Ukraynada davam edən müharibənin dayandırılması üçün həm Kiyevin, həm də Moskvanın çətin və ağrılı güzəştlərə razı olmalı olacağını bildirib. Rubio qeyd edib ki, uzun sürən və ölümcül müharibələrin yekunlaşdırılması üçün hərtərəfli, real və ciddi ideyaların mübadiləsi zəruridir: “Ukraynada gedən mürəkkəb və dağıdıcı müharibənin bitməsi hər iki tərəfdən ciddi, real və çətin kompromislər tələb edəcək. Biz münaqişənin hər iki tərəfində səsləndirilən təkliflərə əsaslanaraq, müharibənin dayandırılması üçün mümkün ideyalar siyahısını hazırlayırıq və hazırlamağa davam edəcəyik”.

Avropa iştirakçı olmaq istəyir...

Avropa isə prosesə müşahidəçi qalmaq niyyətində deyil. belə ki, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlamasında bildirib ki, Ukrayna üzrə istənilən sülh planında Avropa da iştirak etməlidir. “Biz Ukraynada davamlı sülhü dəstəkləyirik. Amma istənilən sülh planının nəticə verməsi üçün Ukrayna və Avropa bu planın tərkibində olmalıdır”, - Kallas vurğulayıb.

SADİQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see643

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see342

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see325

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see236

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see233

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see232

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see231

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see224

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see220

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see216

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see216

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see216

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see215

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see214

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see212

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see210

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see210

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see209

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see208

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri