İndoneziya və İtaliya Qəzzada “stabilləşdirici qüvvələr”ə qoşulmağa hazırdır Səfir
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl Rusiya mətbuatına müsahibəsində deyib.
“Dohada keçirilmiş görüşə baxmayaraq, bu günədək çoxmillətli qüvvələrdə iştirak etməyə hazır olduqlarını yalnız iki ölkə – İndoneziya və İtaliya bəyan edib”, – deyə səfir bildirib.
O vurğulayıb ki, bunun nəticəsində “vəziyyət hələ də durğunluq mərhələsində qalır”.
Nofəl qeyd edib ki, Fələstin münaqişənin nizamlanmasının birinci mərhələsinin “mümkün qədər tez başa çatdırılmasında” maraqlıdır. Bu, sərhəd-keçid məntəqələrinin tam açılması, humanitar yardımın daxil olması və İsrail ordusunun Qəzza sektorundan tam çıxarılmasının başlanması məqsədi daşıyır. “Lakin hazırkı göstəricilər ümidverici deyil”, – deyə səfir əlavə edib.
Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev Donald Trampın Qəzzadakı münaqişənin həllinə yönəlmiş “hərtərəfli plan”ını açıqlayıb. 20 maddədən ibarət sənəddə, o cümlədən anklavda müvəqqəti xarici idarəetmənin tətbiqi və beynəlxalq stabilləşdirici qüvvələrin yerləşdirilməsi nəzərdə tutulur. Oktyabrın 9-da münaqişə tərəfləri sülh planının birinci mərhələsinin icrası barədə saziş imzalayıblar, oktyabrın 10-da isə Qəzzada atəşkəs qüvvəyə minib.
Noyabrın 17-də BMT Təhlükəsizlik Şurası Vaşinqton administrasiyasının Qəzza üzrə sülh planını dəstəkləyən ABŞ layihəli qətnaməni qəbul edib. Sənədin lehinə TŞ-nin 15 üzvündən 13-ü səs verib, Rusiya və Çin bitərəf qalıb.
Daha sonra "The Wall Street Journal" mənbələrə istinadən yazıb ki, hələlik heç bir ölkə İsrail ilə radikal Fələstin hərəkatı HƏMAS arasındakı münaqişənin nizamlanması çərçivəsində Qəzza sektoruna beynəlxalq stabilləşdirici qüvvələrin tərkibində öz hərbçilərini göndərməyə ABŞ-a razılıq verməyib.
"Reuters" agentliyinin məlumatına görə, ABŞ hakimiyyəti Qəzzada beynəlxalq stabilləşdirici qüvvələrin yerləşdirilməsi planı üzərində işləməyə başlayıb. "The National" qəzeti isə daha sonra bildirib ki, bu qüvvələrin tərkibinə Misir, Azərbaycan, Türkiyə və İndoneziyadan azı 4 min hərbçi daxil olacaq. Onlar ağır silahlarla təchiz olunmayacaq və səlahiyyətləri sülhməramlı qüvvələrə yaxın olacaq. Gözlənilir ki, beynəlxalq kontingent səhra hospitalının yerləşdirilməsinə, kritik infrastrukturun bərpasına, həmçinin 3 min yerli könüllünün iştirakı ilə dağıntılar altından həlak olmuş fələstinlilərin çıxarılması üzrə axtarış-xilasetmə işlərinə nəzarət edəcək.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 20 Dekabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















