İndoneziyada bərə qəzası: Gəminin qalıqları tapılsa da, 129 sərnişin hələ də axtarılır
Icma.az, Moderator.az saytına istinadən bildirir.
İndoneziyada artıq üç gündür ki, 129 sərnişini itkin düşmüş hesab olunan "Virgo Transport 8" bərəsinin qalıqları suyun 30 metr dərinliyində aşkar edilib.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli xilasetmə xidmətinin rəhbəri məlumat yayıb.
Onun sözlərinə görə, hazırda İndoneziya Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıq çərçivəsində gəmi qalıqlarının dayaz sulara köçürülüb-köçürülməməsi məsələsi müəyyənləşdirilir. Bununla yanaşı, xilasetmə idarəsinin rəisi vurğulayıb ki, itkin düşən şəxslərin axtarışları dayaz sularda da davam etdiriləcək.
"Biz hələ də onların yaxın vaxtlarda sağ-salamat tapılacağına ümid edirik", - deyə, o bildirib.
Son məlumatlara əsasən, baş vermiş qəza nəticəsində 6 nəfər həyatını itirib, daha 108 sərnişin və heyət üzvü xilas edilib. Hazırda 129 nəfər itkin düşmüş olaraq qalır.
Xatırladaq ki, göyərtəsində ümumilikdə 243 nəfərin olduğu "Virgo Transport 8" gəmisi ilə ötən həftəsonu güclü fırtına zamanı əlaqə kəsilmişdi. Hazırda qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 15 Sentyabr 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















