İndoneziyada son üç gündə 1700 dən çox şəxs zəhərlənib SƏBƏB İSƏ...
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bu barədə hakimiyyət və təhsil müəssisələrinin nümayəndələri məlumat veriblər.
Qeyd olunub ki, Mərkəzi Yavadakı Lasem şəhərinin tam orta məktəbində pulsuz nahar yedikdən sonra 777 nəfər (onlardan 752-i şagird və 25-i müəllimidir) xəstələnib. Bu həftə daha üç yaşayış məntəqəsində baş verən ayrı-ayrı insidentlər nəticəsində 950 indoneziyalı qida zəhərlənməsindən əziyyət çəkib.
Agentliyin məlumatına görə, qida zəhərlənməsindən zərər çəkənlərin sayı üç gün ərzində 1700 nəfəri keçib. İndoneziya parlamentinin deputatı Çarlz Honoris bunu "tam bir uğursuzluq" adlandıraraq sentyabrın 1-nə olan məlumata görə, bu dövlət proqramı çərçivəsində 50 min qida zəhərlənməsi halının qeydə alındığını bildirib.
Qeyd olunub ki, İndoneziya Prezidenti Prabovo Subianto on milyonlarla uşağın qida rasionunu yaxşılaşdırmaq üçün ötən il 12,94 milyard dollar dəyərində pulsuz qidalanma proqramına start verib, lakin bahalı proqramın icraçıları bu kimi halların yaşanmasına gətirib çıxaran korrupsiya və rəhbərliyin tez-tez dəyişdirilməsində ittiham olunurlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 03 Sentyabr 2026 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















