İnfantino: “Trampla demək olar ki, hər gün danışırıq”
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
FIFA prezidenti Canni İnfantino DÇ-2026 zamanı ABŞ prezidenti Donald Trampla mütəmadi əlaqə saxladığını açıqlayıb.
İdman.Biz xəbər verir ki, isveçrəli funksioner “Blue Sport”a müsahibəsində tərəflərin demək olar ki, hər gün telefonla danışdıqlarını bildirib.
“Biz mütəmadi əlaqə saxlayırıq. Demək olar ki, hər gün danışırıq. O, razıdır və turnirdən böyük zövq alır. Bütün oyunları televiziya vasitəsilə izləyir”, - İnfantino deyib.
FIFA rəhbəri Trampın indiyədək stadionlarda görünməməsinin təhlükəsizlik məsələləri ilə əlaqəli olmadığını vurğulayıb.
“Xeyr, xeyr. Düşünürəm ki, onun başqa işləri də var. O, stadiona gəlsə, insanlar soruşacaqlar: “Dünyada bu qədər hadisə baş verdiyi halda stadionda nə edir?” Mən daim onunla və dünya çempionatının təşkilində əla iş görən hökuməti ilə əlaqədəyəm”, - o əlavə edib.
İnfantino Donald Trampın iyulun 19-da keçiriləcək final matçına qatılacağına ümid etdiyini də söyləyib. Onun sözlərinə görə, plan dəyişməsə, FIFA prezidenti və ABŞ lideri dünya çempionuna kuboku birlikdə təqdim edəcəklər.
Baxış sayı:149
Bu xəbər 12 İyul 2026 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















