Icma.az
close
up
RU
İnfarkt və insultdan necə qorunmalı? Müalicədə yeniliklər var...

İnfarkt və insultdan necə qorunmalı? Müalicədə yeniliklər var...

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Arterial hipertenziya dünyada ürək-damar xəstəlikləri, infarkt və insultun əsas risk amillərindən biri hesab olunur. Mütəxəssislərin fikrincə, xəstəliyin vaxtında aşkarlanması və düzgün idarə olunması minlərlə insanın həyatını xilas edə bilər. Son illərdə hipertoniyanın diaqnostikası və müalicəsinə yanaşmalarda mühüm yeniliklər tətbiq olunub, süni intellekt və rəqəmsal texnologiyalar isə bu sahədə yeni imkanlar açır.

Pravda.az mövzu ilə bağlı Səhiyyə Nazirliyi C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova ilə müsahibəni təqdim edir.

- Gülnaz xanım, son illərdə hipertoniyaya yanaşmada nə dəyişib?

- Ən böyük dəyişiklik ondadır ki, biz artıq yalnız təzyiq rəqəmini azaltmağa fokuslanmırıq. Müasir yanaşma xəstəni bütöv şəkildə qiymətləndirməyə əsaslanır. Yəni yaş, yanaşı xəstəliklər, lipid profili, diabet kimi faktorlar nəzərə alınaraq fərdi risk hesablanır və müalicə buna uyğun qurulur. Bundan əlavə, artıq daha erkən mərhələdə müdaxilə tövsiyə olunur. Aşağı səviyyəli təzyiq artımları belə diqqətə alınır və bu, ağırlaşmaların qarşısını almaqda çox vacibdir. İnsanlar çox vaxt “özümü yaxşı hiss edirəm, deməli problem yoxdur” deyirlər. Bu yanaşma olduqca təhlükəlidir, hipertoniya ilə bağlı ən böyük yanlış düşüncələrdən biridir. Təzyiq hiss olunmaya bilər, amma bu o demək deyil ki, o zərər vermir. Hipertoniya damar divarlarını zədələyir, aterosklerozu sürətləndirir, nəticədə infarkt və insult riskini artırır. Əksər hallarda bu multifaktorial xəstəlikdir. Genetik meyillik rol oynasa da, həyat tərzi əsas determinantdır. Həddindən artıq xörək duzu qəbulu, artıq çəki, fiziki passivlik, siqaret, alkoqol və xroniki stress hipertoniya riskini ciddi şəkildə artırır. Hipertoniya ilə mübarizədə ən güclü silah profilaktikadır.

- Xəstəliyə yanaşmada tövsiyələrdə əsas yeniliklər nələrdir?

- Avropa və Amerika kardiologiya cəmiyyətlərinin hipertoniyaya dair tövsiyələrində bir sıra yeniliklər təqdim edilib. İlk olaraq daha erkən diaqnoz və daha sərt nəzarət tövsiyə olunur. Yeni yanaşmalarda artıq daha aşağı təzyiq göstəricilərində belə risk qiymətləndirilir və erkən müdaxilə məsləhətdir. Bu yanaşma riskə əsaslanan yanaşmadır, belə ki, təkcə təzyiq rəqəmi deyil, xəstənin ümumi ürək-damar riski (yaş, diabet, lipidlər və s.) nəzərə alınır. Bununla yanaşı, ev ölçmələri və 24 saatlıq monitorinq ön plandadır, klinik ölçmədən daha etibarlı hesab olunur, müalicə qərarlarında daha çox istifadə edilir.

Kombinə müalicəyə erkən başlanğıc bu tövsiyələrin tərkibində mühüm yer tutur. Həyat tərzi müalicənin əsasıdır. Belə ki, tövsiyələr bunu artıq “əlavə” yox, müalicənin əsas hissəsi kimi qəbul edir.

- Süni intellektin tətbiqi hipertoniya xəstəliyinin idarə olunmasında nəyi dəyişəcək?

- Ən maraqlı dəyişikliklərdən biri süni intellektin tibbdə tətbiqidir. Fərdi riskin dəqiq proqnozu bu istiqamətin əsas gələcək perspektivlərindən biridir. Nəzərdə tutulur ki, süni intellekt xəstənin bütün məlumatlarını analiz edərək infarkt və insult riskini daha dəqiq hesablayacaq. Eyni zamanda, erkən xəbərdarlıq sistemləri, məsələn, geyilə bilən cihazlar (smart saatlar və s.) təzyiq dəyişikliklərini izləyərək riskli vəziyyətləri əvvəlcədən xəbər verə bilər. Müalicənin fərdiləşdirilməsi məqsədilə hər xəstə üçün “ən uyğun dərman və doza” daha sürətli seçilə biləcəkdir.

- Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda bu sahədə hansı yeniliklər var?

- Son illərdə bizim institutda hipertoniya ilə bağlı yanaşma təkcə “təzyiqi azaltmaq” səviyyəsində qalmayıb. Biz artıq xəstəliyi daha erkən aşkar etmək, riskləri fərdiləşdirmək və müalicəni daha dəqiq yönləndirmək istiqamətində işləyirik. Yeni yanaşmamız - riskə əsaslanan idarəetmədir. İnstitutda aparılan müzakirələrdə və çıxışlarda vurğulanır ki, hipertoniya yalnız rəqəm deyil, risk faktorları kompleksi kimi qiymətləndirilməlidir. Müalicə taktikasını seçmək üçün yaş, yanaşı xəstəliklər və orqan zədələnməsi mütləq nəzərə alınmalıdır. İnstitutun mütəxəssisləri son Avropa və Amerika tövsiyələrini aktiv tətbiq edir: “Yüksəlmiş qan təzyiqi” anlayışı ayrıca mərhələ kimi qəbul olunur, erkən mərhələdə müdaxilə ön plana çəkilir, daha aktiv və erkən nəzarət strategiyası tətbiq edilir.

Xüsusi qeyd olunmalı məqam odur ki, erkən diaqnostika, monitorinq gücləndirilir. İnstitut səviyyəsində əsas fokuslardan biri mütəmadi təzyiq ölçülməsi, maarifləndirmə tədbirləri, əhali arasında erkən aşkarlama kampaniyalarının keçirilməsi, ev monitorinqinin təşviqidir. Bu yanaşma xüsusilə ona görə vacibdir ki, hipertoniya çox vaxt simptomsuz gedir.

Səhiyyə Nazirliyinin dəstəyi ilə institutda son zamanlar bir sıra infrastruktur və texnoloji yeniliklər tətbiq olunmağa başlanıb. Yeni angioqrafiya şöbəsinin açılması, invaziv və qeyri-invaziv diaqnostikanın genişlənməsi hipertoniya ilə bağlı fəsadların (məsələn, koronar xəstəlik) daha erkən aşkarlanmasına imkan verir. İnsitutun elmi əməkdaşlıq, multidissiplinar yanaşmada roluna gəldikdə isə milli və beynəlxalq konfranslarda aktiv iştirak, multidissiplinar əməkdaşlığın gücləndirilməsi, kardiologiyada yeni elmi istiqamətlərin davamlı şəkildə müzakirəsi insitutun prioritet istiqamətlərini təşkil edir.

- Hipertoniya ilə mübarizənin gələcəyini necə görürsünüz?

- Vurğulamaq istərdim ki, arterial hipertenziya artıq sadəcə “təzyiq xəstəliyi” kimi deyil, kompleks və idarə oluna bilən xroniki vəziyyət kimi qəbul olunur. Müasir yanaşmalar erkən diaqnostika, fərdiləşdirilmiş müalicə, davamlı nəzarət prinsiplərinə əsaslanır, bu isə ağırlaşmaların qarşısını almaqda əsas rol oynayır.

Gələcəkdə hipertoniya ilə mübarizə dəqiq, texnoloji və daha fərdi olacaq. Süni intellekt, rəqəmsal monitorinq, biomarkerlər sayəsində biz xəstəliyi yalnız müalicə etməyəcək, onu əvvəlcədən proqnozlaşdırıb qarşısını ala biləcəyik.

Yaxın perspektivdə gözlənilir ki, xəstələr ev şəraitində fasiləsiz izlənəcək, müalicə sxemləri hər fərd üçün ayrıca optimallaşdırılacaq, ağırlaşmaların yaranma riski daha erkən mərhələdə müəyyən ediləcək.

Nəticə olaraq, hipertoniya ilə mübarizənin gələcəyi proaktiv, fərdiləşdirilmiş və texnologiya ilə inteqrasiya olunmuş tibbdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 İyun 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri