Icma.az
close
up
RU
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? AÇIQLAMA

İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? AÇIQLAMA

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

İnfluenserlik və bloqerlik fəaliyyətinin sahibkarlıq fəaliyyəti kimi tanınması bu sahədə gəlirlərin rəsmiləşdirilməsi və vergi öhdəlikləri məsələsini yenidən gündəmə gətirib.

Avtosfer.az xəbər verir ki, yeni yanaşmanın bloqer və influenserlərin vergiyə cəlb olunmasına, gəlirlərinin şəffaflaşdırılmasına və reklam bazarında qiymətlərin formalaşmasına necə təsir edəcəyi maraq doğurur. Bəs influenserlik və bloqerliyin sahibkarlıq fəaliyyəti kimi tanınması bu sahədə gəlirlərin rəsmiləşdirilməsinə və vergidən yayınmanın qarşısının alınmasına necə təsir göstərəcək?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, influenserlik və bloqerlik onsuz da əvvəldən sahibkarlıq fəaliyyəti hesab olunurdu:


"Yəni burada hər hansı bir dəyişiklik yoxdur, sadəcə fəaliyyət üzrə kod müəyyənləşdirilib. Bunların vergi öhdəliyində də hər hansı dəyişiklik baş verməyib. Əvvəldən hansı vergini ödəməli idilərsə, indi də həmin vergini ödəməlidirlər. Kim yayınmaq istəyirsə və buna imkan tapırsa, onsuz da vergidən yayınacaq. Yəni siz pul qazanırsınızsa, bunun hansı fəaliyyət hesabına olması – öz ağlınızla, gözəlliyinizlə, bacarığınızla və ya başqa yolla  fərq etmir. Pul qazanan şəxs vergi ödəməlidir. Məsələn, JEK-də çalışan, səhər saat 6-da işə gələn və 400 manat maaş alan insanlar da vergilərini ödəyirlər. Həmin məbləğin hamısı onların əlinə keçmir. Yəni kiminsə hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, gəlir əldə edirsə, Vergi Məcəlləsinə uyğun şəkildə vergi ödəməlidir. Bir şəxsdə sadələşdirilmiş vergi sistemi tətbiq oluna bilər, digəri mənfəət vergisi üzrə bəyannamə təqdim etməli ola bilər. Müxtəlif fəaliyyət sahələri üzrə hesabat formaları, hesabat dövrləri və faiz dərəcələri fərqlənir".
İqtisadçı qeyd edib ki, influenserlik və bloqerliklə bağlı isə hər hansı yeni vergi öhdəliyi yaranmayıb:
"Əvvəldən hansı kateqoriyada idilərsə və nə qədər vergi ödəməli idilərsə, indi də həmin qaydada vergi ödəməlidirlər. Sadəcə olaraq, fəaliyyətə ayrıca kod verilə və fəaliyyətin adı müvafiq siyahıya əlavə edilə bilər. Kim əvvəllər vergidən yayınırdısa, indi də yayınmağa çalışa bilər. Amma bu, qanunsuzdur və sonradan cərimə və digər məsuliyyətlər yarada bilər. Vergi qalxacaq məsələsinə gəlincə, dediyim kimi, burada hər hansı dəyişiklik yoxdur. Qiymət məsələsinə gəldikdə isə, qiymətlər bazarda formalaşır. Bu, rəqabətdən və həmin bloqerin populyarlığından asılıdır. Hansısa bloqer qiyməti qaldıra bilər, hansısa qaldıra bilməz və ya qiyməti endirə bilər. Bu, su, benzin, qaz və ya işıq kimi məcburi alınan məhsul deyil. Burada qiymət bazardakı rəqabətdən, həmin şəxsin nüfuzundan və sahibkarın ondan əldə edəcəyi faydadan asılı olaraq formalaşır".

Fatimə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 Sentyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri