Icma.az
close
up
RU
İnflyasiya azaldı, məşğulluq artdı... Şəbəkə marketlərin Azərbaycana gətirdiyi yeniliklər

İnflyasiya azaldı, məşğulluq artdı... Şəbəkə marketlərin Azərbaycana gətirdiyi yeniliklər

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın pərakəndə ticarət sektorunda son illərdə şəbəkə marketlərinin payının sürətlə artması müşahidə edilir. İstehlakçılar tərəfindən bu tip ticarət obyektlərinə rəğbətin artması, onların göstərdiyi xidmətə qarşı istehlakçı məmnuniyyətinin yüksəlməsi şəbəkə marketlərin genişlənməsini stimullaşdırıb. 

Sfera.az bildirir ki, əhalinin gündəlik tələbat məhsullarına əlçatanlılığının təmin edilməsi baxımından şəbəkə marketlərinin rolu əvəzsizdir. 

Bu tip marketlərin saylarının artması bir tərəfdən rəqabəti gücləndirir, digər tərəfdən isə ölkəmizdə izafi inflyasiyasının qarşını alır. Geniş ticarət şəbəkəsi təchizat zəncirinin optimallaşdırılmasına, topdansatış qiymətlərindən daha effektiv istifadə edilməsinə və bu səbəbdən də qiymətlərin əlverişli səviyyədə saxlanılmasına imkan yaradır.

Azərbaycanın pərakəndə ticarət sektorunda 25 il əvvəl mövcud olan vəziyyətlə indiki vəziyyəti müqayisə etdikdə görürük ki, son iki onillikdə şəbəkə marketlərinin sayının artmasının əsas faydalarından biri aralıq inflyasiyanın aradan qaldırılması oldu. Əvvəllər marketlər kiçik dövriyyəyə sahib olduğundan istehsalçı ilə birbaşa təmas quraraq məhsul əldə edə bilmirdi. Arada bir topdansatıcı vasitəçi kimi çıxış edirdi və bu səbəbdən marketlərdə məhsulların qiymətində izafi marjalar, xərclər öz əksini tapırdı. 


Şəbəkə marketlərinin genişlənməsindən sonra vəziyyət dəyişdi. Şəbəkə marketləri böyük dövriyyəyə sahib olduğundan istehsalçı ilə birbaşa əlaqəyə girərək məhsulu daha aşağı qiymətə əldə edib, istehlakçıya daha münasib dəyərdə təklif etmək imkanına sahib olurlar. Buna görə də eyni malın dəyəri pərakəndə fəaliyyət göstərən marketlərdən fərqli olaraq şəbəkə marketlərində daha əlverişli olur.

Şəbəkə marketlərində qiymətqoyma siyasəti də alıcı üçün əlverişlidir. Pərakəndə şəkildə fəaliyyət göstərən marketlərdə qiymətlər bir qayda olaraq yuvarlaqlaşdırılır. Amma şəbəkə marketlərində qiymət müəyyən edilən zaman məhsulun dəyəri daha dəqiq ifadə olunur. 


Şəbəkə marketlərinin bu üstün tərəfi aralıq və izafi inflyasiyanın qarşısını alır. 

Şəbəkə marketlərinin sayının artmasının inflyasiyaya təsiri haqqında danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, istənilən xidmət növünün sayının artması sağlam rəqabəti formalaşdırır. 

Onun sözlərinə görə, sağlam rəqabət şəraitində qiymət artımının qarşısı alınır və bu hal inflyasiyaya qarşı bir alət kimi istifadə olunur: 

“İnstitutsional dəyərlərlə getsək, şəbəkə marketlərinin sayı və şaxələnməsi əlbəttə ki, sağlam mühitdə inflyasiyaya təsir etmiş olur. Amma neqativ hal ondan ibarətdir ki, normativdən artıq getmək olmaz, şəbəkə marketlərinin sayı həddən çox artmamalıdır. Onların sayı istehlakçı səbətinin gücünə uyğun olsa daha yaxşıdır. Mağazaların sayının daha çox olması onların öz fəaliyyətinə, rentabelliyinə ziyan vuracaq”.  

Şəbəkə marketlərin digər üstün xüsusiyyəti müştəri məmnuniyyətini əsas götürməsidir. Məmnuniyyəti qazanmaq üçün şəbəkə marketləri məhsul çeşidini zənginləşdirir, xidmət keyfiyyətini yüksəldir.

Şəbəkə marketləri yalnız iri sahibkarlıq subyektlərindən ibarət olub, fərdi maraqlar üçün çıxış etmir. Bu tip ticarət müəssisələri həm də minlərlə yerli istehsalçı və distribütor üçün satış platforması rolunu oynayır. Onlar vasitəsilə bazara daxil olan yerli məhsulların həcmi artır, brendlərin tanınması genişlənir və kiçik biznes subyektləri üçün davamlı satış imkanları yaranır. Bu cür əməkdaşlıq forması həm yerli sahibkarlar, həm də ümumi iqtisadiyyat üçün faydalıdır.

Eyni zamanda, pərakəndə satış şəbəkələri mikro səviyyədə fəaliyyət göstərən müəssisələr üçün də təlim, sertifikatlaşdırma və logistika sahəsində dəstək verə bilir. Beləliklə, orta və kiçik sahibkarlığın təcrübə toplaması və bazar standartlarına uyğunlaşması prosesini sürətləndirir.

Pərakəndə sektor məşğulluğun təmin olunmasında da mühüm rol oynayır. Xüsusilə, regionlarda yeni marketlərin açılması yerli əhalinin işlə təmin olunması, gənclərin əmək bazarına inteqrasiyası baxımından əhəmiyyətlidir. Bu sektorda satış təmsilçilərindən başlayaraq idarəedici heyətədək müxtəlif ixtisaslara tələbat formalaşır.

Azərbaycanda fəaliyyət göstərən iri ticarət şəbəkələrinin hər birində yüzlərlə insan çalışır. Bu isə təkcə iqtisadi yox, sosial baxımdan da böyük təsir deməkdir. Həmçinin, qeyri-formal məşğulluğun azalması və əmək hüquqlarının qorunması baxımından da şəbəkə marketlərinin rolu önəmlidir.

Gündəlik tələbat mallarının satışı üzrə ixtisaslaşmış mağazalar, yəni supermarketlər və hipermarketlər, pərakəndə sektorun onurğa sütunu sayılır. Çünki bu mağazalar geniş əhali təbəqəsinə xidmət edir və məhsul dövriyyəsi böyük olur. Bu amil həm logistika zəncirinin işləkliyini, həm də məhsulların vaxtında istehlakçıya çatdırılmasını təmin edir.

Dünyanın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan “Walmart”, bu sahənin iqtisadiyyata və məşğulluğa təsirini aydın şəkildə göstərir. 2024-cü ilin sonuna olan məlumata görə, “Walmart” dünya üzrə təxminən 2,1 milyon əməkdaşa sahibdir ki, bunun da 1,6 milyonu ABŞ-də fəaliyyət göstərir . Bu nəhəng şəbəkə, eyni zamanda yüz minlərlə kiçik istehsalçının məhsulunu bazara çıxarmaqda mühüm rol oynayır. “Walmart” modeli göstərir ki, düzgün qurulmuş pərakəndə satış infrastrukturu həm iqtisadi, həm də sosial baxımdan ölkənin dayanıqlı inkişafında əhəmiyyətli rol oynayır.

Mövzu ilə bağlı saytımıza açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, ilkin qiymətləndirməyə görə, Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin təxminən 40 faizə yaxını şəbəkə marketlərin payına düşür.

Onun sözlərinə görə, şəbəkə marketlərinin bütövlükdə dövriyyəsinin genişlənməsi müşahidə olunsa belə, amma hələlik qeyri-şəbəkə market bütövlükdə pərakəndə ticarət dövriyyəsinin daha çox payına malikdir. 

Millət vəkili qeyd edib ki, şəbəkə marketləri bir tərəfdən kiçik və orta sahibkarlığın inkişafına, digər tərəfdən isə rəqabətin gücləndirilməsinə xidmət edir:

“Çünki şəbəkə marketləri sifarişləri əsasən kiçik və orta sahibkarlara verirlər və bu da kiçik və orta sahibkarların şəbəkə marketlərinin əməkdaşlığı və bu kontekstdən gəlir əldə etməsi anlamına gəlir. Bu, eyni zamanda, şəbəkə marketləri vasitəsilə mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi deməkdir. 


Digər tərəfdən isə şəbəkə marketi ərzaq təhlükəsizliyi baxımından vacibdir. Çox vacib məqamlardan biri şəbəkə marketlərinin stoklarının olması və ərzaq təhlükəsizliyini təmin etməsidir. Çünki şəbəkə marketləri məhz birbaşa idxal imkanına malikdirlər, ehtiyatları var, ərzaq saxlamaq və xüsusən standartlara uyğun olan ərzağın saxlanması və təklif edilməsini həyata keçirir. Bu baxımdan, təbii ki, ərzaq təhlükəsizliyində şəbəkə marketlərin rolu yüksəkdir. Eyni zamanda, bəzi ölkələrdə şəbəkə marketləri, xüsusən də strateji ehtiyatların yığılmasında da iştirak edirlər. Məsələn, İsraildə və bir sıra Avropa ölkələrində şəbəkə marketləri üçün strateji ehtiyatların müddətli saxlanması məcburi xarakter daşımasa belə, onlar strateji ərzaq ehtiyatlarına malik olurlarsa, bu zaman artıq dövlət tərəfindən dəstək alırlar, subsidiya və digər mexanizmlərdən, o cümlədən vergi güzəştlərindən yaxından istifadə etmək imkanı qazanırlar. Düşünürəm ki, Azərbaycanda ərzaq təhlükəsizliyində məhz bu kontekstdən şəbəkə marketlərin rolunun artırılması vacibdir. Çünki ərzaq ehtiyatlarının formalaşdırılması yalnız dövlətin funksiyası deyil, həm də şəbəkə marketlərin dəstəyi hesabına daha səmərəli şəkildə həyata keçirilə bilər”.

V.Bayramov nəzərə çatdırıb ki, burada çox vacib məqamlardan biri şəbəkə marketlərinin Azərbaycanda nağdsız ödənişlərin inkişafına dəstək verməsidir, çünki şəbəkə marketlərində müştərilər praktiki olaraq plastik kartlardan istifadə edə bilirlər, şəbəkə mərkəzlərinin müştəri xidmətləri var. Bu da təbii ki, müştəri məmnunluğunun güclənməsinə xidmət edir.


Qeyd edk ki, “OBA Market" MMS Azərbaycanda ən çox filiala malik market şəbəkəsidir. Onun 800-dən çox filialı var. 2011-ci ildə yaranan “Araz”ın 400-dən artıq filialı var. 


Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi ölkənin ən böyük pərakəndə satış şirkətidir. Hazırda şirkətin 11 mindən çox əməkdaşı var və 400 mindən çox müştəriyə xidmət göstərir.  

"Bravo" və "Neptun" ölkədə hipermarket açan yeganə supermarket şəbəkələridir. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 62,2 milyard manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə real ifadədə 3,9 faiz artım deməkdir. Bu dövriyyənin 34,1 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 28,1 milyard manatı isə qeyri-ərzaq mallarının satışından əldə edilib.

Beləliklə, şəbəkə marketlərinin çoxalması qiymətlərin sabitləşməsinə, məhsul keyfiyyətinin yüksəlməsinə, yeni iş yerlərinin yaranmasına və yerli sahibkarlığın genişlənməsinə birbaşa təsir edir. Bu baxımdan, pərakəndə satış infrastrukturunun gücləndirilməsi və regionlarda genişləndirilməsi strateji əhəmiyyət daşıyır.


Firuzə Əliyeva

Qeyd: Yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 Aprel 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri