Diplomsuzlara sosial şəbəkə qadağası Azərbaycana da çatır? AÇIQLAMA
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çində universitet diplomu olmayan şəxslərin sosial şəbəkələrdə vacib mövzularda danışması qadağan edilib.
Əgər influnserlər maliyyə, səhiyyə, tibb, hüquq və ya təhsil kimi ciddi mövzuları müzakirə etmək istəyirsə, həmin sahələrdə universitet dərəcəsi, lisenziyası və ya sertifikatı olmalı, ya da sahə üzrə təlimə getmiş olmalıdırlar.
Qaydalar “Douyin” “Weibo” və “Bilibili” kimi əsas platformalardakı influnserlərə şamil edilir. Sözügedən platformalarından influnserlərin müvafiq sənədlərinin olub-olmadığını yoxlamaq, paylaşımlarda müvafiq istinadlar və rədd cavablarının qeyd edilməsini təmin etmək tələb olunur.
Sosial şəbəkələrlə bağlı yeni qaydalar Çində birmənalı qarşılanmayıb. Bunun bəzi azadlıqları məhdudlaşdırdığını düşünənlər olsa da, qərarı müsbət qarşılayanlar da var. Çİndə qəbul olunan yei qaydaların bütün dünyada örnək olub-olmayacağını demək tezdir.
Bununla belə Azərbaycanda da influnserlərin və onların yüz minlərlə izləyicilərinin olduğunu nəzərə alsaq, ölkəmizdə də influnserlərə hər hansı qadağanın gələcəkdə tətbiq olunub-olunmaması sualı yaranır.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli influnserlərdən diplom tələbini dügün hesab edir:
“Sosial şəbəkələrdə fikir bildirmək həm də söz və fikir azadlığının əsas göstəricilərindən biridir. Hər kəsin ifadə azadlığı olduğuna görə, istənilən bir şəxs hər hansı mövzu haqqında fikir bildirə bilər. Amma burada incə bir məqam ondan ibarətdir ki, Çində qəbul edilən bu qərar birbaşa influnserlərə aid olunan bir məsələdir. “İnflunser” sözünün mənası “təsir edən” deməkdir və onların çox geniş kütlələri mövcuddur. İnflunserlər istənilən mövzu haqqında ictimai rəyi dəyişmək gücündə olan şəxslərdir. Düşünürəm ki, influnserlərlə bağlı bu qərar düzgündür. Çünki biz influnserlərin öz təsir güclərindən istifadə edərək çox vaxt öz şəxsi maraqları çərçivəsində hərəkətlər etdiklərinin, kimləri isə qararlamalarının nüfuza xələl gətirdiklərinin və istənilən mövzuda fikir bildirdiklərinin şahidi oluruq. Bu, həm də onun göstərir ki, influnserlərin ixtisaslaşması çox önəmlidir. Onların həssas, cəmiyyət üçün təhlükə yarada biləcək mövzularda fikir bildirmələrinin qarşısının alınması çox düzgün addımdır".
H.Heydərlinin fikrincə, Azərbaycanda da növbəti illərdə belə bir dəyişiklik edilə bilər:
"Məncə, spesifik influensorlar olmalıdırlar, məsələn, mətbəx və yeməklərlə bağlı “food” blogerlər, ya da səyahətlə bağlı “travel” influnserlər yaxud da iqtisadi, sosial sahə ilə bağlı influnserlər və s. Sosial şəbəkələrin inkişafı ilə biz belə fərqləndirmənin şahidi ola bilərik.
Bilirsiniz ki, Çində də əhali çoxdur və belə olan təqdirdə, deməli, Çində qəbul edilən bu qanun cəmiyyətin sifarişi əsasında olub. Çünki biz görürük ki, influenserlər çox vaxt istədiklərini paylaşırlar. Artıq onların ixtisaslaşmasından sonra da biz influnserlərin yalnız öz təhsillərinə uyğun istiqamətlərdə fikir bildirmələrinin şahidi olacağıq. Amma bunu bütövlükdə bütün sosial şəbəkə istifadəçilərində aid etmək düzgün olmaz və Azərbaycanda da belə bir şey gözlənilmir.
Çünki Azərbaycanda söz və fikir azadlığı var və hər bir insan sosial şəbəkələrdə istədiyi şəkildə, istədiyi mövzuda fikir bildirə bilər. Amma kimsə influnser olmaq niyyətindədirsə, artıq həm ali təhsilli olmalı, həm də öz ixtisasına uyğun şəkildə fəaliyyət göstərməlidir”.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan İT ekspert Elvin Abbasov Çindəki yeni tələbin radikal olduğunu söyləyib. Bununla belə o düşünür ki, yeni qaydaların müsbət tərəfləri də var:
“Çinin sosial şəbəkələrdə fəaliyyət göstərən şəxslər üçün xüsusilə maliyyə, səhiyyə, tibb, hüquq və təhsil kimi həyati sahələrdə universitet dərəcəsi və ya sertifikat tələbi qoyması, rəqəmsal mühitdə məlumatın keyfiyyətini və etibarlılığını təmin etmək məqsədi daşıyan radikal bir addımdır. Bu, cəmiyyəti qeyri-peşəkar və potensial zərərli məsləhətlərdən qorumağa yönəlmiş mühüm bir sosial məsuliyyət yanaşmasıdır. Hazırda, xüsusən maliyyə və tibb sahələrində, qeyri-peşəkar influenserlərin yaratdığı dezinformasiya, fərdlərin sağlamlığına və iqtisadi rifahına ciddi ziyan vura bilər. Platformaların hətta Süni İntellekt tərəfindən yaradılmış məzmunu (Sİ-generated content) etiketləmə tələbi isə, rəqəmsal şəffaflığın və hesabatlılığın artırılması baxımından beynəlxalq standart olmalıdır.
Lakin bu qaydalar ifadə azadlığı və məlumatın yayılması prinsipləri baxımından ciddi etik və praktiki müzakirələr yaradır. Təhsil sertifikatı tələbi, bir çox hallarda həmin sahədə böyük təcrübəyə və dərin biliyə malik olan, lakin akademik dərəcəsi olmayan şəxslərin vacib müzakirələrə qatılmasının qarşısını alır. Bu, informasiyanın mərkəzləşdirilməsinə və rəqəmsal fəzada fikirlərin plüralizminin məhdudlaşdırılmasına səbəb ola bilər. Qaydaların müsbət tərəfi qeyri-peşəkar məsləhətlərin qarşısını almaq olsa da, mənfi təsiri qeyd olunan sahələrdə innovativ və qeyri-ənənəvi fikirlərin yayılması üçün zəmin yaradan azad müzakirə mühitinin zəifləməsindədir. Nəticə etibarı ilə, bu qaydalar rəqəmsal mühitin etibarını artırır, lakin eyni zamanda yaradıcılıq və ifadə azadlığı arasındakı incə balansı pozma riski daşıyır”.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 02 Dekabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















