Icma.az
close
up
RU
İnformasiya və Kommunikasiya Texnologiyalarının cəmiyyətdə rolu

İnformasiya və Kommunikasiya Texnologiyalarının cəmiyyətdə rolu

Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.

İnformasiya-komunikasiya texnologiyaları, cəmiyyətin inkişafına hərtərəfli təsir göstərir. Təhsil, iqtisadiyyat, ünsiyyət, səhiyyə və digər sahələrdə inqilabi dəyişikliklərə səbəb olmaqla, cəmiyyətin inkişafını daha sürətli və daha effektiv edir. Lakin, bu texnologiyaların düzgün və etik şəkildə istifadəsi vacibdir. Cəmiyyətin inkişafı üçün İKT-nin imkanlarını mənimsəmək və sosial məsuliyyətlə istifadə etmək əhəmiyyətlidir. Azərbaycanda da bu səhə cəmiyyətin həyatında mühüm rol oynayır. 

Mövzu ilə bağlı Manset.az-a danışan Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, müasir cəmiyyətlərin inkişafının əsas göstəricilərindən biri, informasiya-komunikasiya texnologiyalarının inkişafıdır:

"Çünki cəmiyyət, elektron sistemlər, məlumatların yayılması və xidmətlərin təşkili birbaşa İKT ilə əlaqəlidir. Buna görə də, BMT-nin inkişaf indeksini müəyyənləşdirən ekspertlər, cəmiyyətdə İKT-nin nə qədər yer tutmasına əsaslanaraq, həmin cəmiyyətin inkişaf göstəricilərini müəyyən edirlər.

Əlbəttə, bu məsələyə media da daxildir. Texnoloji sistemlər düzgün işlədikdə, məlumatın əldə olunması, yayılması və rahat şəkildə ötürülməsi birbaşa İKT ilə bağlıdır.

Qulu Məhərrəmli qeyd edib ki, ümumiyyətlə, texnologiya bəşəriyyətin inkişafının ən vacib elementlərindən biridir:

"Məsələn, ictimai həyatı və fərqli sahələri təhlil edərkən, sivilizasiya anlayışına rast gəlirik. O dövrün texnoloji nailiyyətləri və yanaşmaları, həmin dövrün sivilizasiyanın başlanğıcı sayılır. Bu baxımdan, bəşəriyyət elmi və texniki tərəqqinin ən yüksək səviyyəsinə çatıb. Bugün isə informasiya texnologiyalarının, süni intellektin inkişafı və internet şəbəkələrinin, media profillərinin bu qədər yayılması, texnoloji inkişafın birbaşa nəticəsidir".

Mövzu ilə bağlı fikirlərini bölüşən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov vurğulayıb ki, artıq informasiya və kommunikasiya texnologiyaları dünyada prioritet sahədir və bütün sahələr əhatə edir:

"Yəni ki, həm səhiyyəni, təhsili, iqtisadiyyatı, ekologiyanı, təbiət sahələrini, kənd təsərrüfatı və digər sahələri informasiya və kommunikasiya texnologiyaları əhatə edir.

Bu, o deməkdir ki, artıq bütün sahələr komputer və komputer texnologiyaları ilə idarə olunur. İnformasiya texnologiyaları ilə idarə olunur. Onların bütün mərhələlərində artıq informasiya texnologiyalarından tam formada istifadə olunur və informasiya texnologiyaları bütün sahələrə tam olaraq töhvə verir. Bütün bunların fonunda biz deyə bilərik ki, informasiya texnologiyaları cəmiyyətin hər təbəqəsində, istər iş fəaliyyətində, istər sosial fəaliyyətlərdə, bilirsiniz, artıq rəqəmsal media, sosial media və bir çox insanın sosial sahədə istifadə etdiyi, artıq münasibətlər qurduğu, onlayn konferanslar etdiyi və həm də biznesdə müxtəlif alətlər var ki, bunlar hər birisi rəqəmsal texnologiyalarla tənzimlənir.

Deyə bilərək ki, cəmiyyətin bütün istiqamətlərində rəqəmsal texnologiya tövbələrini verir. Az yaşlıları üçün başqa informasiya texnologiyaları ilə onların kontrol mexanizmləri həyata keçirilir. Məktəblilər üçün başqa bir texnologiyalarla onların təhsil həyatlarında tövbə verilir. Daha sonra biznes, iş həyatı və bütün sahələr üzrə. Nəticə etibarilə, informasiya psixologiyaları həyatın bütün istiqamətlərində insanlara tövbə verir, onun işini rahatlaşdırır. İnsanlara asudə vaxtını daha çox istifadə edə biləcək bir şərait yaradır".

Seyranə Quliyeva

6.3.13informasiya  kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;

Bu yazı Medianın İnkişafı  Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 17 Mart 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri