Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Nicat Kazımov oğluna toy etdi Video

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Nəcibənin toyudur Fotolar

Mərhum Xalq artistinin yaxın qohumu imiş

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

ING gələn il Azərbaycanda 2,5 3 % iqtisadi artım üçün potensial görür

ING gələn il Azərbaycanda 2,5 3 % iqtisadi artım üçün potensial görür

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 1,5 %, 2026-cı ildə isə 2,8 % artacağını proqnozlaşdırır.

Bu barədə "Report" ING-yə istinadən xəbər verir.

Əvvəlki proqnozlarla müqayisədə 2025-ci il üçün ümumi daxili məhsulun (ÜDM) artım tempi 0,8 faiz bəndi azaldılıb, 2026-cı il üçün isə 0,3 faiz bəndi artırılıb.

Beləliklə, ING 2025-2026-cı illərdə Azərbaycanda ÜDM-in orta illik artımını 2,15 % səviyyəsində proqnozlaşdırır.

Bankın proqnozlarına görə, cari ildə nominal ÜDM 79,6 milyard ABŞ dolları təşkil edəcək, gələn il isə 81,3 milyard ABŞ dollarına çatacaq.

"Biz Azərbaycanın ÜDM, büdcə, xarici balans və inflyasiyası (CPI) üzrə qısamüddətli proqnozları bu ilin birinci yarısının göstəricilərinə əsaslanaraq aşağı salırıq. Ölkənin maliyyə mövqeyi əhəmiyyətli dövlət aktivləri və balanslaşdırılmış büdcə siyasəti sayəsində dayanıqlı olaraq qalır. "Moody's"in suveren reytinqinin "Baa3" investisiya səviyyəsinə yüksəldilməsi portfel investisiyalarının axını üçün müsbət amildir. Buna baxmayaraq, cari hesabın gələn il mənfi zonaya keçməsi riski yüksək olaraq qalır", - bankın hesabatında vurğulanıb.

ING analitikləri qeyd ediblər ki, 2024-cü ildə 4,1 %-lik artımdan sonra bu il ÜDM artımının yavaşlaması gözlənilməz olmayıb, ancaq yavaşlamanın miqyası əvvəlki proqnozları üstələyib.

"Həm neft, həm də qeyri-neft sektorları - nəqliyyat, tikinti və digər sahələr daxil olmaqla - 2025-ci ilin birinci rübündə təzyiqə məruz qalıb və ikinci rübdə qismən bərpa olunub.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, iyul-avqust ayları üzrə ilkin aylıq ÜDM göstəriciləri artım tempinin daha da zəiflədiyini göstərir, sənaye istehsalı və xidmət sahəsində də yavaşlama müşahidə olunur.

Uzunmüddətli perspektivdə məhz yanacaq sektoru artım üçün əsas maneə olaraq qalır, qeyri-neft sahələri isə dayanıqlılıq nümayiş etdirir, lakin onlar da ümumi azalmadan sığortalanmayıb", - müəlliflər qeyd ediblər.

Onların fikrincə, istehlakın fundamental amilləri hələ də müsbətdir:

"Ev təsərrüfatlarının istehlakı real əmək haqlarının artımı və sabit məşğulluq hesabına dəstəklənir; əmək bazarına dair son məlumatlar orta aylıq gəlirlərin mülayim artımını göstərir. Korporativ sektor sabitləşib: biznes ilə bağlı sorğular qeyri-neft sahələrində ehtiyatlı nikbinliyi göstərir. Lakin yanacaq sektoru (son aylar istisna olmaqla) ümumi sənaye artımına təzyiq göstərməyə davam edir. Korporativ kreditləşmənin son zamanlar yavaşlaması isə investisiya tələbinin davamlı zəifliyindən xəbər verir. Buna görə də biz bu il üçün ÜDM artımı proqnozumuzu 2,3 %-dən 1,5 %-ə endirdik. Lakin xarici şəraitin yaxşılaşması və dövlət investisiyalarının sürətlənməsi halında gələn il 2,5-3 %-ə qədər bərpa üçün potensial görürük", - analitiklər vurğulayırlab.

İqtisadiyyat Nazirliyinin proqnozuna görə, ÜDM-in artımı 2025-ci ildə 3 %, 2026-cı ildə 2,9 % və 2027-ci ildə 3,6 % səviyyəsində gözlənilib.

Beynəlxalq reytinq agentliklərinin 2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozları fərqlənir. "S&P Global" - hər il üçün 2 %, "Fitch Ratings" - 2025-ci ildə 3,5 % və 2026-cı ildə 2,5 %, "Moody's" - hər il 2,5 % səviyyəsində proqnozlaşdırır.

Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illərdə müvafiq olaraq 3,5 % və 2,5 % səviyyəsində artım proqnozlaşdırır. Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın iqtisadi artımının 2025-ci ildə3 %, 2026-cı ildə 2,5 % olacağını proqnozlaşdırır. Asiya İnkişaf Bankı növbəti 2 ildə iqtisadi artımı müvafiq olaraq 2,4 % və 2 % səviyyəsində gözləyir.

Dünya Bankı bu il Azərbaycanda iqtisadi artımın 2,6 %, 2026-cı ildə isə 2,4 % səviyyəsində olacağını gözləyir.

2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 %, 2025-ci ilin yanvar-avqust aylarında isə 1 % artıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see520

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see228

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

19 Noyabr 2025 11:04see180

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see174

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see160

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see150

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see150

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see144

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see142

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see141

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see136

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see136

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see136

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see136

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see135

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see134

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see133

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri