Icma.az
close
up
RU
ING: Xarici maliyyə buferlərinin artımı manatın sabitliyini möhkəmləndirir

ING: Xarici maliyyə buferlərinin artımı manatın sabitliyini möhkəmləndirir

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda artan xarici maliyyə buferlərinin manatın ABŞ dollarına qarşı 1,70 səviyyəsində qorunan məzənnə rejimi üçün riskləri əhəmiyyətli dərəcədə azaldır.

APA-Economics” xəbər verir ki, bu barədə Niderlandın ən böyük maliyyə qrupu olan "ING Group"dan bildirilib.

Qeyd edilib ki, 2025-ci ilin yekununda Azərbaycanın ticarət profisiti 1 mlrd. ABŞ dollarından aşağı düşüb. Neft qiymətləri üzrə daha zəif gözləntilər isə 2026-cı ildə cari hesab üzrə mənfi saldo risklərini gündəmdə saxlayır. Bununla belə, analitiklər bu risklərin manat üzərində ciddi təzyiqə çevrilmə ehtimalının xeyli azaldığını qeyd edirlər.

Hesabatda bildirilir ki, ötən il ÜDM-in 2,6%-i həcmində formalaşan gözləniləndən daha güclü konsolidə olunmuş büdcə profisiti Dövlət Neft Fondu (SOFAZ) və Mərkəzi Bankda likvid aktivlərin həcmini təxminən ÜDM-in 110%-i səviyyəsinə yüksəldib. Bu isə zərurət yarandığı halda məzənnənin müdafiəsi üçün hökumətə və pul-kredit qurumlarına geniş manevr imkanları yaradır. Eyni zamanda, Qazaxıstan tengesi və Özbəkistan somu kimi üzən regional valyutaların möhkəmlənməsi manatın regionda nisbi olaraq daha az təzyiq altında qalmasına səbəb olub.
Faiz siyasəti ilə bağlı qiymətləndirmələrdə isə ING Group nisbətən yumşaq (dovish) mənzərə formalaşdığını vurğulayır. 2025-ci ildə iqtisadi artımın 1,4% səviyyəsində zəif qalması, inflyasiyanın illik ifadədə 5,2–5,3%-ə qədər enməsi, həmçinin bank depozitlərində xarici valyutanın payının azalması gələcəkdə monetar yumşalma ehtimalını dəstəkləyən amillər kimi göstərilir.

Bununla yanaşı, analitiklər ehtiyatlı mövqenin qorunmasını vacib sayırlar. SOFAZ-ın yanacaq gəlirləri nəzərə alınmadan hesablanan konsolidə olunmuş fiskal balans ötən il artan xərclər fonunda ÜDM-in 11%-i səviyyəsinə qədər genişlənib, idxalın ixracı üstələməsi isə xarici ticarət balansının pisləşməsinə gətirib çıxarıb.

ING Group-un proqnozuna əsasən, yaxın müddətdə monetar siyasətdə dəyişiklik gözlənilmir və Azərbaycan Mərkəzi Bankının 4 fevral tarixli iclasında uçot dərəcəsini 6,75% səviyyəsində dəyişməz saxlaması ehtimalı yüksəkdir. Faiz endirimi yalnız davamlı dezinflyasiya və fiskal intizamın möhkəmlənməsi fonunda mümkün hesab olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 Yanvar 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri