Icma.az
close
up
RU
İngilis Con da bizim o Məmmədhəsən əminin yaşadığı hissləri yaşayır..?

İngilis Con da bizim o Məmmədhəsən əminin yaşadığı hissləri yaşayır..?

Sia Az saytına istinadən Icma.az xəbər verir.

İngilisin “oğurlana bilməz” deyimli avtomobili alındıqdan 60 saat sonra oğurlanıb

...Deməli, bir ingilis 183 000 funt-sterlinq ödəyib özünə (227 000 dollar) Range Rover 2024 SV Edition One avtomobili alıb.

Lakin o, alışından həzz almağa başladığı ərəfədə, yəni 60 saat sonra evinin altından dəbdəbəli məhdud buraxılışlı yolsuzluq avtomobili oğurlanıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Daily Mail yazıb.

Demə, Böyük Britaniyanın Uorvikşir əyalətindən olan 45 yaşlı Conu avtomobil dilerləri bu nəqliyyat növünün “oğurlana bilməz”liyinə inandırıbmışlar.

O da bildirilir ki, bu avtomobillərin cəmi 550-si Böyük Britaniyada istehsal olunub.

Avtomobildə 10.000 funt sterlinq dəyərində olan qrafit təkərlər, dəbdəbəli yüksək texnologiyalı interyer və avtomobildə səslənən musiqiyə titrəyən oturacaqlar kimi hər cür gözəl xüsusiyyətlər olub.

Con son illərdə dəbdəbəli avtomobil oğurluqlarının artdığı bir ölkədə bunun arzuolunmaz diqqəti cəlb edəcəyini bilirmiş, lakin o, iddia edir ki, diler ona avtomobildə yeni Jaguar Land Rover (JLR) təhlükəsizlik yeniləməsi olduğunu deyib. Yəni, "Con, qorxub eləmə, heç kim bu maşını oğurlaya bilməz!?."

Amma avtomobili alandan 60 saatdan az bir müddət sonra, dediyimiz kimi, Conun avtomobili evinin yaxınlığındakı yoldan oğurlanıb

Conun dediyinə görə, avtomobil izləmə şirkətindən gələn bir neçə buraxılmış zəngə ayağa qalxaraq evinin pəncərəsindən baxıb.

CCTV görüntülərində üç nəfərin gecə saat 1 radələrində dayanmış avtomobildən çıxdığı görünür. Biri keşikdə qalır, ikisi isə yolsuzluq avtomobilinə tərəf gedib. Maraqlıdır ki, oğrular açar skanerindən istifadə filan etməyiblər, cəmi 15 dəqiqə ərzində maşını işə salıb uzaqlaşıblar.

O da maraqlıdır ki, əsil sahib hələ də başa düşmür ki, oğrular onun lüks Range Rover avtomobilini pəncərəni belə sındırmadan necə oğurlaya biliblər.

Bu arada SİA ingilis Cona özünü darıxdırmamağı tövsiyə edir. Çünki...“uqon” hadisələri tarix boyu həmişə olub və təbii ki, həmişə də olacaq..?

...Niyə uzağa gedək, deyim ki, o vaxt bizim Danabaş kəndində Məmmədhəsən əminin eşşəyini gecəynən “uqon” eləmişdirlər.

Və yazıq kişi elə həmin eşşəyin təəssüfün çəkə-çəkə bu dünyadan köç elədi..?

Ona görə də çox dərd eləmə...

Nazlı Almuradova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Fevral 2025 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri